“Çox mürəkkəb vəziyyət yarandığını etiraf etməliyik” - Ayaz Mütəllibov
Tarix: 28-09-2015, 12:03 | Çap et
Ermənistan prezidenti Serj Sərkisyan bir neçə gün öncə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisilə bağlı növbəti iddia səsləndirib. O, Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb.
Bununla da Sərkisyan ilk dəfə Ermənistanın işğalçı dövlət olduğunu etiraf edib.
Halbuki, bu vaxta qədər Ermənistan tərəfi Dağlıq Qarabağdakı separatçı rejimi “müstəqil dövlət” kimi xarakterizə edirdi.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Serj Sərkisyanın dedikləri və Dağlıq Qarabağ münaqişəsi bağlı Modern.az-ın suallarını cavablandırıb.
- Ayaz müəllim, Serj Sərkisyan Dağlıq Qarabağı Ermənistan dövlətinin ərazisi adlandırıb. Sərkisyanın bununla da Ermənistanı işğalçı dövlət kimi təqdim etməsi beynəlxalq gündəmdə nəyi dəyişə bilər?
- Bu səpkidə danışan Ermənistan prezidenti başqa cür danışıb tutarlı nəsə deyə bilməz. Onun dedikləri ilə kimsə oturub-durmur. Azərbaycan beynəlxalq arenada öz yerini tutub. Sərkisyanın nə deyib nə deməməsi ondan asılı deyil. Digər tərəfdən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dövlətlər çoxdur. BMT-nin 4 qətnaməsini nəzərdə tutsaq, Sərkisyanın dediklərinin əsası yoxdur. Sərkisyan deyir ki, Dağlıq Qarabağ Ermənistanındır. Ancaq reallıq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu göstərir. Üstəlik, Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edən dövlətlərin sayı da çoxalır. Sadəcə olaraq, Sərkisyanın bu çıxışı ona köklənib ki, kiminsə qulağına nəyisə çatdırmaq istəyirlər. Çünki müxtəlif dövlətlərdə sponsorlar da var. Onlar bunu dilə gətizdirməklə diqqəti kiməsə yönəldirlər. Bu çıxışların Ermənistana heç bir faydası yoxdur. Biz sadəcə olaraq prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Çox mürəkkəb vəziyyət yarandığını etiraf etməliyik. “Biz gəlsək belə edərik” kimi boş söhbətlərə inam da yoxdur.
- Sizin prezidentlik dövrünüzə qayıtmaq istərdik. Həqiqətən də dediyiniz kimi, Azərbaycan Moskva ilə yaxınlıq etsəydi, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilərdimi?
- Bunu keçid dövrünün ilk mərhələsində etmək olardı. Biz Moskvanın özündən incidik. Amma Moskva rəngarəng paytaxtdır. Orada bizim lehimzə və əleyhimizə çıxış edənlər olub və indi də var. Eyni zamanda, Azərbaycanın hörmətini saxlayanlar da az deyil. Biz isə hər zaman Moskvanın bizə qarşı düşmən olduğunu demişik. O zaman təəssüflər olsun ki, millətçiliyi təmsil edən müxtəlif adamlar bunu deyə-deyə arxada Moskvanın demokratik qüvvələri ilə əməkdaşlıq ediblər. Yəni onların təsəvvüründə Boris Yeltsinin Moskvası Azərbaycana daha yaxın idi, nəinki Qorbaçovun. Böyük səhvə yol verilən bu idi. Mən isə Moskvanın özü ilə işbirliyini önə çəkirdim. Çünki Dağlıq Qarabağ məsələsi geosiyasi məsələdir. Ona görə də siyasi alətlərdən istifadə etməliyik. Təəssüf ki, bu məsələdə mənə irad tutuldu. Düşündüm ki, məndən sonra gələnlər bu məsələni bəlkə həll edə bildilər. Çünki siyasi kürsü əbədi mənim deyildi. Əsas odur ki, ərazi bütövlüyümüz bərqərar olsun.
- Maraqlıdır, Rusiyanın indi yürütdüyü siyasət ona SSRİ-nin taleyini yaşada bilərmi?
- Zənnimcə, yox. Rusiya hər zaman özünün inkişafını davam etdirir. Təbii ki, indiki Rusiya ilə 5-10 il bundan öncəki Rusiya arasında fərq var. Bir anlayışı da qəbul etməliyik ki, Rusiya böyük dövlət olaraq ya dövlətçiliyi saxlamalıdır, ya da murdar əməllərindən əl çəkməlidir. Rusiya Dağlıq Qarabağ məsələsində müəyyən siyasi amillərdən istifadə edirlər və edəcəklər də. Biz isə bu məsələdə düşmənçilik mövqeyini saxlaya bilmərik.Yalnız Rusiyanın mövqeyini saxlamaqla Qərbi sıradan çıxarmağın da bizə bir faydası olmayacaq. Ona görə də indiki vəziyyət çox mürəkkəbdir.
- Bəs Qarabağ məsələsinin həllində Qərbin mövqeyi Rusiya ilə toqquşurmu?
- Qərbi təmsil edən radikal qüvvələr var. Həmin qüvvələr öz radikal yollarını gedirlər və gedəcəklər. Ancaq böyük hesabatda Cənubi Qafqaz Rusiya imperiyası tərəfindən əhatə olunan bir regiondur və belə də qalır. Bunu çox vurğulamasalar da, nəticə etibarilə belədir.
-1994-cü ildən bəri atəşkəs elan olunsa da, atəşkəsin pozulmasına bir növ vərdiş olunmuşuq. Son günlər cəbhədəki vəziyyəti necə şərh edərdiniz?
- İndiki Dağlıq Qarabağ münaqişəsi nə sülhə, nə də sırf müharibəyə köklənib. Real şəkildə atəşkəs mexanizmi işləmir. Cəbhədə vəziyyət gərginləşən kimi bu o deməkdir ki, siyasi nöqteyi-nəzərdən açıq-aşkar xəbərdarlıq sürətlə davam edir.. Dağlıq Qarabağ məsələsi siyasi problem olaraq alətə çevrilib. Bundan da istifadə edən birinci növbədə Rusiyadır. Cənubi Qafqaza ən yaxın dövlət Rusiya olduğundan ən kiçik hadisəyə belə biganə qala bilməz. Həmçinin, müxtəlif alətlərdən istifadə etməyə hazırdırlar və edəcəklər də. Sadəcə olaraq, hər şey bir nöqtədən asılıdır. Biz ki nöqtəni qoyduq, bununla da hər şey bitəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|