"Əgər vicdanları yoxdusa, özləri bilərlər, nə istəyirlər danışsınlar" - Müxalifət yenə qarışdı
Tarix: 2-10-2015, 08:33 | Çap et
AXCP funksioneri, jurnalist Xaliq Bahadırın “Azadlıq” qəzetində “Saxta seçki subyektləri” başlıqlı köşə yazısı dərc olunub. Yazıda jurnalist seçkilərdə iştirak edən qurumların və onların rəhbərlərinin ünvanına ağır ittihamlar səsləndirib.
AXCP təfəkkürünün açıq şəkildə sezildiyi köşədə X.Bahadır seçkilərə qatılan qurumların hakimiyyətə işlədiyini, hakimiyyətlə əlbir olduğunu bildirib. Partiya funksioneri MSDM rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, AXP lideri Pənah Hüseyn və KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına aşağılayıcı tonda ittihamlar irəli sürüb.
X.Bahadır adları çəkilən bu şəxslərin seçkilərdə iştirak etməklə, hakimiyyətlə bazarlığa getdiklərini qeyd edib. Qeyd edək ki, X.Bahadır zaman-zaman bu tipli yazılarla gündəmə gəlir. Daim də təhqirlər yağan yazılarında bir müxalifət liderini çıxmaqla, digərlərini ittiham edir. Sanki Əli Kərimlidən başqa bütün müxalifət hakimiyyətə işləyir...
Heç şübhəsiz ki, köşə yazarının fikirləri müxalifət düşərgəsində ciddi narazılıq doğurub. Müsavat başqanının müavini Elman Fəttah AXCP funksionerinin ittihamlarının məqsədli şəkildə ortaya atıldığı qənaətindədir: “Biz dəfələrlə qeyd etmişik ki, Müsavat Partiyasının siyasətinin əsasını siyasi məhbuslar və mübarizəni müxalifətin daxilindən çıxarıb hakimiyyətə qarşı yönəltmək təşkil edir. Çünki mübarizəni müxalifətin daxilində aparmağa səy göstərən qüvvələr var. Bunun üçün həmin qüvvələr gecə-gündüz çalışırlar. Biz bu prosesdə iştirak etməməyə, iştirak edənlərin isə qarşısını almağa çalışırıq. Xaliq Bahadırın həmin köşə yazısı, Müsavata qarşı yönəltdiyi murdar ittihamlar müxalifətdaxili intriqanı artırmağa, hakimiyyətə qarşı aparılan mübarizənin qarşısını almağa çalışan düşərgəyə xidmət edən fikirlərdir. Mütəmadi olaraq, biz Xaliq Bahadırın bu cür yazılarını görürük. Məqsəd bu cür ittihamlara Müsavatdan da kimlərinsə cəlb edilməsi və bununla mübarizəni hansısa qurumlar, yaxud partiya funksionerləri səviyyəsinə endirməkdir”.
E.Fəttah X.Bahadırın həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun da adını köşə yazısına salmasına münasibət bildirdi: “Çox absurd bir yanaşmadır. Çünki Tofiq bəyin özü Müsavatın seçkidə iştirakından məlumatlıdır və hətta namizədliyi də irəli sürülüb. Siyasi məhbusları önə çəkən qurum və köşəni yazan şəxs mövqeyini Avropa Oyunları zamanı ortaya qoymalı idi. Çünki həmin vaxt beynəlxalq aləmlə siyasi məhbuslar məsələsində birgə iş gedirdi. Müsavat siyasi məhbuslar azad olunmasa, xarici ölkələrin dövlət başçılarının Avropa Oyunlarında iştirak etməməsi ilə bağlı çağırış edib. Eyni sənədə Avropa Birliyi də imza atıb. Faktiki olaraq, oyunlar Avropa ölkələrinin rəhbərlərinin iştirakı olmadan keçirilib. Həmin vaxt nəinki siyasi məhbusları alver predmetinə çevirən bu şəxslər münasibət bildirmədilər, hətta Avropa Oyunlarının Azərbaycanın milli maraqlarına xidmət etdiyini göstərən yazılarına rast gəldik. İndi Xaliq Bahadır da bu yazıda Tofiq bəyin adını çəkməklə onu müdafiə etmir, əksinə, siyasi məhbus üzərindən öz maraqlarını təmin etmək istəyir. Bununla da siyasi məhbus adını istismar edir”.
Müsavat başqanının müavini AXCP funksionerinin seçkiləri boykot etmək çağırışına da münasibət bildirdi: “Siyasətimiz ondan ibarətdir ki, mübarizə fasiləsiz, prinsipal şəkildə davam etməlidir. Seçki dövründə də, əlimizdə olan imkanlardan yüksək səviyyədə istifadə edib, rejimə qarşı mübarizəni davam etdiririk. Bu çox əziyyətlidir. Böyük fədakarlıqlar tələb olunur. Seçkidə iştirak etməyən qurumlara qarşı hər hansı bir təzyiq aparılmır. Amma Müsavatın namizədlərinə qarşı edilən təzyiqlər hər kəsə məlumdur. Əgər seçkidə mübarizə üçün bir şans qalmayacaqsa, yalnız o zaman iştirak edib-etməmək məsələsi müzakirə oluna bilər. Siyasəti düzgün aparmaq lazımdır”.
KXCP sədri Mirmahmud Mirəlioğlu X.Bahadırın onun barəsində səsləndirdiyi fikirlərə daha sərt münasibət bildirdi: “Azərbaycanda elə adamlar var ki, çoxdan oxunmuş kitablardır. Onlar oxunub, qatlanıb, arxivə qoyulublar. Hətta üzərinə yazılıb ki, ”oxumaq olmaz!" Bu yazının müəllifi aşağıdan-yuxarı öz ətrafına baxmalıdır. Ona məsləhət verənlərə, yazılarını redaktə edənlərə, yazılarına senzura qoyanlara yaxşı baxmalıdır. Əgər baxsa, ayıbına kor olub danışmaz. Onlar çox istəyirlər ki, mən bu işi görənlərin, icra edənlərin layiqli paylarını verim. Amma onlar heç nəyə layiq olmadıqlarına görə heç bir cavab vermirəm. Hər şeyi vicdanlarına buraxıram. Əgər vicdanları yoxdusa, özləri bilərlər, nə istəyirlər danışsınlar. Heyf o çörəkdən ki, belə yeyirlər. Heyf o uşaqlardan ki, bunların qələmi ilə qazanılan çörəyi yeyirlər. Belə Azərbaycan övladlarına heyfsilənirəm. Bu adamlar ad-soyadlarını dəyişməlidirlər. İmzalarını da dəyişib, başqa ad götürməlidirlər. Məsələn, filankəs böhtançı, şər filankəs, “işverən” filankəs kimi adlar ola bilər. Nəyi mən haqq bilirəmsə, o yolda da olacam. Dövlətçiliyin bərpasında iştirak etmişəm, qan, övlad vermişəm. Bu dövlətin mahiyyətini də, iqtidarını da, bu cür müxalifətçilik etməyin mahiyyətini də, kimin hansı dəyirmana su tökdüyünü də yaxşı bilirəm".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|