AMİP sədrinin kim olacağı açıqlandı - Sədr kənardan gətirilməyəcək
Tarix: 11-11-2015, 10:14 | Çap et
Oktyabrın 7-də AMİP sədri Yusif Bağırzadənin istefa verməsindən sonra partiyaya müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Partiyaya yeni sədrin seçilməsi üçün qurultay keçirilməlidir. Bu arada məlumatlar yayılıb ki, AMİP-ə sədr kənardan gətiriləcək. Vaxtilə Yusif Bağırzadənin öncə AMİP üzvlüyünə, qısa zaman keçdikdən sonra isə sədrliyə gətirilməsi təcrübəsinin təkrar olunacağı iddia edilir.
Hazırda AMİP sədri vəzifəsini icra edən baş katib Arzuxan Əlizadə isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyaya kənardan sədr gətiriləcəyi barədə deyilənlərin əsası yoxdur. Sədr yalnız partiya daxilindən seçiləcək.
A.Əlizadə qurultayın vaxtının hələ dəqiqləşmədiyini, bunun üçün Mərkəzi Şuranın çağırılmalı olduğunu dedi: “Sədrin istefasından sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti 1 noyabr parlament seçkiləri idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halqa boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. Hazırda bu səlahiyyətlər mənim üzərimə qoyulub, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq, partiyanın Siyasi Şurası, Ali Qanunverici orqanı Mərkəzi Şuranı çağırır və qurultayın yerinin və gününün müəyyən olunması ilə bağlı qərarı Mərkəzi Şura verir. Növbəti etapda Mərkəzi Şura çağırılacaq və qurultayla bağlı qərar veriləcək. Qərar verildikdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaraq”.
A.Əlizadə Etibar Məmmədovun AMİP-ə sədr qayıdacağı barədə deyilənlərə də münasibət bildirdi: “Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiyaya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdıb-qayıtmaması onun şəxsən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə cavab verib və o, partiyanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflər son 10 il ərzində bir neçə dəfə olub və indi də var. Amma bir daha qeyd etmək istəyirəm ki, Etibar bəy kifayət qədər yüksək statusa malik şəxsdir. Partiyanın funksional idarəçiliyində bilavasitə iştirak etməsə də, partiya rəhbərliyi zaman-zaman onun təcrübəsindən və tövsiyələrindən yararlanır”.
“Özünüz sədrliyə namizədliyinizi verəcəksinizmi” sualına isə Arzuxan Əlizadə belə cavab verdi: “Namizədliyimin verilməsi barədə yalnız qurultayın günü müəyyən olunandan sonra açıqlama verəcəyəm”.
AMİP katibi Elşən Mustafayev də bildirdi ki, partiya sədrliyinə kənardan kiminsə gətiriləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur: “AMİP kollegial idarə olunan bir partiyadır. Heç bir vəzifə mütləq hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib. Növbəti sədr də qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq partiyaya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP-ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tuturlarsa, o, 1990-cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr olmamışdan öncə də AMİP-də sıravi üzv, katib vəzifələrində olub”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə dedi ki, sonuncu AMİP sədri Yusif Bağırzadənin kənardan gətirilmə kimi qəbul edilməsi doğru yanaşma deyil. Çünki Yusif Bağırzadə əvvəlcə partiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8-9 aydan sonra qurultay onu sədr seçdi. Sədr partiya üzvləri sırasından seçiləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|