Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

“Heydər Əliyevin məzarını ziyarət edəcəyəm” - İsa Qəmbərin qardaşı
Tarix: 20-11-2015, 11:38 | Çap et
“Heydər Əliyevin məzarını ziyarət edəcəyəm”
Dünya Azərbaycanlıları Məclisinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər Modern.az saytının suallarını cavablandırıb.

Qeyd edək ki, Rövşən Yunis oğlu Qəmbər Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında test üsulunun tətbiqinin təşəbbüskarlarından biri olub.

O, 23 il bundan öncə, 1992-ci ildə Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Rövşən Qəmbərlə söhbəti təqdim edirik:

- Rövşən bəy, yad ölkədə hansısa böyük bir problemlə üzləşirsinizmi?

- İşlərim yaxşı gedir. Heç bir böyük problemlə qarşılaşmamışam. Heç bir şikayətim də yoxdur. Demək olar ki, hər şeydən razıyam. Almaniyada demək olar ki, böyük problemlər olmur. Kiçik və ya böyük problemlər olsa belə, məsuliyyətli insanlar bunları həll etməyin yollarını asanlıqla tapırlar.

- Hazırda nə işlə məşğulsunuz: Biznes ya elmi fəaliyyət?

- Dünya Azərbaycanlıları Məclisinin sədriyəm. Bu təşkilat Almaniyada rəsmi qeydiyyatdan keçib. Mənim qeyri-rəsmi biznes fəaliyyətim də var. Ən çox maraq göstərdiyim məsələ Almaniya istehsalı olan çox yüksək keyfiyyətli dərman preparatlarının ucuz qiymətə Azərbaycanda satılmasına nail olmaqdır. Amma bunu bacaracağımı bilmirəm. Mən istəyirəm ki, Almaniyadan alınan dərman mallarının ticarətini təşkil edəm. Mən insanlara məsələn, Almaniyaya gələn qaçqınlara köməkliklər də edirəm. Bilirsiniz ki, son aylarda Almaniyaya 100 minlərlə mühacir gəlib və bundan sonra da 100 minlər də gələcək...

- Azərbaycanın daxili və xarici siyasəti ətrafındakı proseslərdən xəbərdarsınızmı?

- Mən vacib saydığım prosesləri izləməyə çalışıram. Bu yaxınlarda prezident İlham Əliyev Parisdə YUNESKO-nun baş konfransının 38-ci sessiyasının liderlər forumunda çox məntiqli çıxış etdi. Dövlət başçısı dedi ki, beynəlxalq ictimaiyyət terrorizmə qarşı mübarizə aparmaq üçün bütün səylərini birləşdirməlidir. İlham Əliyevin çıxışını alqışlayıram.

- Amma siz Azərbaycanın xarici siyasətindən danışdınız. Nədənsə ölkə müxalifətindən və ya iqtidarından söz açmadınız.

- Ölkə daxilində gedən böyük prosesləri izləyirəm. Müsavat Partiyasında baş verənlərə münasibət bildirə bilərəm. Nəzərə alaq ki, Müsavat Partiyasının qurultayından sonra bir çox tanınmış simalar partiyadan istefa verdilər və ya çıxarıldılar. Bu, təbii ki, məni narahat edir.

- Partiya sıralarından kimin kənarlaşması sizə daha çox təsir etdi?

- Əslində deyərdim ki, hamısının. Ötən ilin sentyabrında Müsavat Partiyası qurultay keçirdikdən sonra Hikmət Hacızadənin istefa verməsi mənə çox pis təsir etdi. Bir tərəfdən də Hikmət Hacızadənin mövqeyini bəyəndim. Hikmət bəyin partiya sıralarından çıxması Müsavat rəhbərliyini silkələməlidir. Şəxsən mənim siyasətçi olmağımda Hikmət Hacızadənin məsləhəti böyük rol oynayıb.

- Hikmət Hacızadə sizə nə məsləhət görmüşdü ki, bu sizin siyasi fəaliyyətinizdə dönüş nöqtəsi yaratdı?

- 1990-cı ilin yanvar ayının 6-da Elmlər Akademiyasında Əbülfəz Elçibəy, Nemət Pənahlı, Rəhim Qazıyev, İsa Qəmbər, Etibar Məmmədov mübahisəli məsələlərə aydınlıq gətirirdilər. Nemət Pənahlı bizləri ordan çıxartdı və dedi ki, içəridə bomba təhlükəsi var, sonra yenidən otağa daxil ola bilərik. Nemətin adamları özlərinə yaxın olan şəxsləri içəri buraxdılar, yarısını isə içəri daxil olmağa qoymadılar. Mənimlə yanaşı, Hikmət Hacızadəni də müzakirələri dinləməkdən məhrum etdilər.

Mən Hikmət bəyə dedim ki, Azərbaycanın mənfəəti ilə bağlı olan söhbətlərdə mütləq iştirak etmək istəyirəm. Hikmət Hacızadə isə dedi ki, daha bizi burxamayandan sonra nə edə bilərik?! Mən Hikmət bəyə bildirdim ki, qarşıdan gələn parlament seçkilərində Füzulidən millət vəkilliyinə namizəd ola bilərəmmi? O da cavab verdi ki, belə bir şey etsəm, çox yaxşı olar. Onun “çox yaxşı olar” sözü mənim siyasətçi olmağımda böyük rol oynadı. Hikmət Hacızadənin qaranlığa qarşı mübarizə aparmaq üçün çox böyük potensialı, səmimiyyəti var. O, böyük bir şəxsiyyətdir. O, çıxandan sonra Müsavat Partiyası çox zəifləyib.

-Deyəsən, Müsavat Partiyasına qarşı sizdə bir aqressiya var. Nəsə danışığınızdan belə hiss etdim.

- Aqressiya deməzdim. Amma reallıqlar var. Mən indi Müsavatı Məhəmməd Əmin Rəsulzadənin yox, Arif Hacılının partiyası hesab edirəm. İsa Qəmbər də uzaqdan Müsavat Partiyasına məsləhətlər verir. Qubad İbadoğlu, Vurğun Əyyub kimi insanlar partiyadan uzaqlaşdırılıb. Mənə deyirlər ki, guya, 2009-cu ildə partiya sıralarından ayrılmışam. Mən isə tələb edirəm ki, bununla bağlı bir qərar, sənəd ortaya qoysunlar. Bu vaxta qədər mənə heç bir sənəd verməyiblər. Məni Qubad İbadoğlunu müdafiə etdiyimə görə partiyadan uzaqlaşdırıblar.

- Müsavat Partiyası qurultay keçirdikdən sonra partiyadaxili qalmaqallar başladı. Bu haqda ötəri danışdınız. Sizə elə gəlmirmi, belə qurultayın olmasındansa heç olmaması yaxşı idi?

- Belə də düşünürəm. Bu qurultay kimə və nəyə lazım idi?! Bu qurultaya Azərbaycan ziyalıları dəvət olunmadı. Qurultay iştirakçılarının çoxu Arif Hacılını başqan etmək üçün ora yığışmışdılar. Onsuz da 2-3 il əvvəldən bəlli idi, ki, Arif Hacılını başqan etmək istəyirlər.

Müsavat Partiyasında 3 il əvvəldən müxtəlif kvotalarla seçdikləri 600 nümayəndədən 150 nəfərinin qurultaya gəlməməsinin məntiqi izahı yoxdur. Düşünürəm ki, qurultayın gedişində də saxtakarlıqlara da yol verildi.

- Yenidən qurultay keçirilməlidirmi?

- Müsavatı sevənlər partiyanın uğurlar qazanmasını istəyirlərsə, təşkilatın gələcəyinə aid samballı bir konfrans keçirsələr yaxşı olar. Onlar həm də qurultayın mütləq yenidən keçirilməsinə çalışmalıdırlar. Özü də bu qurultaya 100 nəfərdən artıq nümayəndə çağırmaq lazım deyil. Nəyə lazımdır 600 nəfərlik qurultay?! Buna pul hardandır?! Niyə mənim 8 Mart münasibəti ilə Müsavat Partiyasının üzvü olan qadınlara etdiyim yardımın hesabatını mənə vermədilər?! Mən 250 avro ilə müsavatçı qadınları təbrik etmişdim. Düzdür, bu böyük bir şey deyil. Amma hörmət də yaxşı şeydir. Bu gün Müsavat öyünməsin ki, Məhəmməd Əmin Rəsulzadənin partiyasıdır. Bu gün Müsavat Arif Hacılının partiyasına çevrilib. Mən Azərbaycan məhkəmələrinə müraciət edirəm ki, Müsavata üzvlüyümü bərpa etsinlər. Təklif edirəm ki, Müsavat Partiyası bu ilin sonuna qədər mütləq yenidən qurultay səviyyəli konfrans keçirsin. Mən günahı olanları da bağışlayaram.

- Bildiyimizə görə, 20 ildən artıq bir müddətdə müxalifətçi olmusunuz. Amma indi sizdə iqtidara meyllənmə müşahidə edirəm. Bayaqkı söhbətiniz belə deməyə əsas verir. Müsavatın indiki rəhbərliyindən xoşunuz gəlməyə bilər, bu normaldır. Bəs sizi iqtidara yaxınlaşdıran nədir?

- Ötən il qurultayda 10 dəqiqə çıxış etmək istəyimə qarşı dözümsüz yanaşdıqlarına, məni əsassız yerə partiyadan kənarlaşdırdıqlarına görə anladım ki, iqtidarla yanaşı, müxalifət də təndiq olunmalıdır. Digər tərəfdən bu qurultaydan sonra obyektivlik axtardığıma və iqtidarın da müsbət işlərini məntiqimlə anladığıma görə məndə Heydər Əliyevə minnətdarlıq hissi yarandı. Anladım ki, Heydər Əliyev 1970-ci ildə mənim Almaniyada təhsil almağıma səbəb olubmuş və 44 il ərzində bu amili mənə izah edən olmayıb. Mənim o zaman Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti-red.) 3-cü kursunda oxuduğum zaman Drezden Universitetinə göndərilməyim, Heydər Əliyevin siyasətinin nəticəsi deyildimi?

Anladım ki, konstruktiv müxalifət həmişə qüsur axtarmamalı, iqtidarın yaxşı işlərini də etiraf etməyi bacarmalıdır!! Mən və digər tələbələr rüşvətsiz olaraq xaricdə oxumağa getdik. Bununla mənim həyatım tamamilə dəyişdi. Mən Azərbaycanın indiki prezidenti İlham Əliyevin Qarabağ probleminin dünyada tanıdılması istiqamətdə yürütdüyü siyasəti tam dəstəkləyirəm. Qarabağ problemini indiki zamanda ancaq o həll edə bilər, çünki Rusiya prezidenti Vladimir Putinlə necə danışmağın incəliklərini yalnız İlham Əliyev bilir. Məsləhət olsaydı, mən özümü İlham Əliyevin fəxri müşaviri hesab edərək, Qarabağ probleminin həllinə aid ən rasional yolların tapılmasında son nəfəsimə qədər bütün imkanlarımdan səmərəli istifadə edərdim. Mən 50 milyon azərbaycanlını İlham Əliyevin ətrafında sıx birləşməyə və Qarabağ probleminin əbədi həllinin tapılmasında ona kömək etməyə çağırıram.

- Heydər Əliyevlə heç görüşünüz olubmu?

- Bəli. Həsən Həsənov xarici işlər naziri olanda 1994-cü ilin may ayında məni Brüsseldə Heydər Əliyevlə şəxsən tanış etdi. Heydər Əliyevə dedi ki, Rövşən Qəmbərov Azərbaycanın Almaniyadakı səfirliyinin qəhrəman işçisidir.

- Maraqlıdır, mərhum prezidentlə nə danışdınız?

- Mən Azərbaycanın mənafeyi üçün həmişə ona uğurlar arzuladığımı vurğuladım. Amma onu da dedim ki, mən onun siyasətinə müxalifəm. Heydər Əliyev isə qeyd etdi ki, gərək konstruktiv müxalifət olasınız. Mən isə ona onsuz da konstruktiv müxalifətdə olduğumu diqqətə çatdırdım. Müxalifətin Heydər Əliyevlə vaxtında işləməməsi Azərbaycana ziyan gətirdi. Müxalifətiksə, ağıllı, praqmatik fikirlər səsləndirməliyik. Müxalifətçilik fərqli fikirdir. Əsl müxalifət belə olmalıdır. Davakar müxalifət lazım deyil. Mən bu dəfə Bakıya qayıdanda öz tərəfdarlarımla Heydər Əliyevin məzarını ziyarət edəcəyəm, çünki 1970 -74cü illərdə tələbə mübadiləsiylə Almaniyada Drezden Universitetində oxumağımın əsas səbəbkarlarından biri rəhmətlik Heydər Əliyev olub. Bu səbəbdən deyirəm ki, Almaniyada oxumasaydım, heç vəchlə 1992-ci ildə test üsuluna cəhd etmək ağlıma gəlməzdi. Əbülfəz Elçibəyin də çox öyündüyü rüşvətsiz tələbə qəbulu baş tutmazdı!! Heydər Əliyevə Almaniyada ali təhsil aldığıma görə minnətdar olmalıyam!! Onun ruhu, əcdadlarının da ruhu şad olsun!!

- Rövşən bəy, müsahibədə bir yüngüllük üçün siyasi söhbətlərə pauza vermək lazımdır. Ona görə də istərdik ailəniz haqqında məlumat verəsiniz.

- Mənim üç oğlum var. Böyük oğlum alman qızı ilə evlidir. O elə bir alman qızıdır ki, anamın xəstələndiyini eşidəndə oğlumdan əvvəl onun gözündən yaş tökülmüşdü. Və ya gəlinimə tərifli bir söz deyəndə onun üzünün qızarması göstərir ki, azərbaycanlılara və almanalara məxsus olan bütün müsbət keyfiyyətlər onda cəmlənib. Üç nəvəm var, ikisi qızdır. İnanıram ki, onlar hər iki millətin məziyyətlərini gələcəkdə daşıyacaqlar. Demək olar ki, xarakterləri Azərbaycanla Almaniya arasında yaxşı münasibətlərin yaranmasına səbəb ola bilər!! Nəvələrim gələcəkdə Azərbaycanla Almaniya arasında körpü rolunu oynaya bilərlər. Bir nəvəm də Emin adı ilə Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Mən istəyirəm ki, Almaniyada Dünya Parlamentinin qurulmasına aid etdiyim təşəbbüslər uğurla nəticələnsin ki, nəvələrim və bütün əzizlərim gələcəkdə mənimlə fəxr edə bilsinlər.

- Siz iqtidarın siyasətini dəstəkləyirsiniz. Bu sizinlə qardaşınız İsa Qəmbər arasındakı münasibətlərdə problem yaratmır?

- İsa bəylə münasibətimiz çox zəifləyib. Ötən il mən Qubad İbadoğlunu dəstəklədiyim zaman İsa bəy mənə dedi: “Rövşən, sən bu işə qarışma”. Mən isə dedim: “Qardaş, sənin şəxsi həyatına və ya ailənə aid bir iş olsa, qarışmaram. Amma burada Azərbaycanın, Qarabağın, Müsavatın taleyi həll olunursa, qarışmalıyam”.

- İsa Qəmbərə alternativ bir müxalif sima varmı?

- Əlbəttə ki, var. Dünyanın hər bir ölkəsində alternativlər olur. İsa bəydən 11 yaş gənc İqbal Ağazadə, 14 yaş gənc Qubad İbadoğlunun 2018-ci ildə prezident seçkilərində namizədliklərini irəli sürəcəklərini ehtimal etməyimiz çətin məsələ deyil! Mən hətta Tural Abbaslını da alternativ sayıram. Gənclərə də imkan verilməlidir. Kimlərin alternativ olacaqları ədalətli seçkilər zamanı bəlli olacaq və indidən demək olmaz ki, yeni alternativlər olmayacaq! Dünyada baş verən proseslər o qədər sürətlə inkişaf edir ki, çox sağlam və siqaretçəkməyən namizədlərin şansı daha çoxdur. Məsələn Qubad İbadoğlunu misal çəkə bilərəm!

- Yaxşı, bəs İsa Qəmbərin yenidən Müsavat başqanı olmasını istəyirsinizmi?

- Mən İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı olmasına aid qətiyyən fikir söyləmək istəmirəm. Başqanlıq məsələsi Almaniyadakı partiyalarda ildə bir dəfə səsvermə yoluyla aydınlaşır, Azərbaycanda niyə 10, 20 ildə bir dəfə olsun? Mən məsləhət görürəm ki, İsa Qəmbər özünün qurduğu Milli Strateji Düşüncə Mərkəzini maksimal inkişaf etdirsin və həvəsi varsa, indi mənim sədri olduğum Dünya Azərbaycanlıları Məclisinə fəxri başqan kimi müzakirələrimizə Bakıdan internetlə qoşulsun. 50 milyonluq Dünya Azərbaycanlılarına strateji fəlsəfi konseptual yollar göstərsin, ağsaqqallıq etsin!! Mən arzulayraım ki, Azərbaycan xalqına yol göstərən hikmətli kitablar yazaraq xalqımızı heyran etsın!!!

- Azərbaycana nə zaman gələcəksiniz?

- Mən axırıncı dəfə Azərbaycanda ikinci oğlumun toyunu təşkil etdiyimiz zaman olmuşam. O, Lənkərandan olan bir qızla evləndi. İsa Qəmbər, Qubad İbadoğlu, Akif Nağı və təxminən 250 nəfər əzizlərimiz toyda iştirakları ilə məni məmnun etdilər. Bu yaxın həftələrdə, aylarda mən yenə Azərbaycana gəlmək və Dünya Gənclər Parlamentinin Azərbaycanda qurulması haqda fikirlərimi, Almaniya və Azərbaycan vətəndaşlarının vizasız gediş-gəlişlərinə imkan verən münasibətlərin yaranması haqda təkliflərimi hökumətə, müxalifətə və xalqımıza izah etmək istəyirəm!!! Uğur qazansaq, özümü çox xoşbəxt sayaram, hərçənd özümü kainatda ən xoşbəxt insan sayıram!!! Səbəbini bilmək istəsəniz, lütfən səbr edin! Bu barədə iki ay ərzində yazacağım kitabımdan oxuyarsınız! Azərbaycanı və ədaləti sevən insanların hamısına Qardaş deyirəm və hər birinə planetimiz boyda xoşbəxtlik arzu edərək “Yolunuz Açıq Olsun!” söyləyirəm!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru