Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                 

Rafael Cəbrayılova qarşı ağır ittiham - "...qəsdən çalışır ki, ölkədə xaos yaransın"
Tarix: 30-01-2016, 09:50 | Çap et
Rafael Cəbrayılova qarşı ağır ittiham
Prezident İlham Əliyev sahibkarlığın inkişafına qayğı göstərərək, onu hər cür təhlükələrdən qoruyacağına söz verib və reallıqda bu istiqamətdə ciddi addımlar da atır. Lakin bəzi məmurlar yenə də ölkənin biznes mühitinə zərbə vurmaqda davam edirlər.

Yenicag.az Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibədə bu barədə məsələlərə toxunub. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

– Prezident İlham Əliyev ölkədə sahibkarların incidildiyini, onların fəaliyyətinə əngəllər yaradıldığını dəfələrlə vurğulayaraq, belə hallara qarşı mübarizə apardığını dəfələrlə bildirib. Amma bir sıra məmurlar öz maraqlarından çıxış edərək, yenə də sahibkarlara əngəl törətməkdə, onlara ziyan vurmaqda davam edirlər. Məmurların bu özbaşınalığını necə aradan qaldırmaq olar?

– Məmurların sahibkarlara zülm etmələri barədə geniş açıqlamalar vermişəm. Bu fonda da düşünürdüm ki, həmin açıqlamalarımdan sonra artıq danışmağa da dəyməz. Amma nə etmək olar, taleyimiz elə gətirib ki, millətimiz yolunda hər an ölümə getməyə hazırıq. Amma gərək millət də bilsin ki, onlara görə böyük zülm çəkir, təhlükələrlə qarşılaşırıq. Lazım olanda millət də çağırışımıza cavab versin. Nə qədər ki, hökumətdə xalqını sevməyən bu kimi insanlar var, Azərbayanda nə sahibkarın, nə də sadə vətəndaşının işi getməyəcək. Bir sıra məmurlar var ki, oğrudurlar. Onlar sahibkarlardan qanunsuz yolla pul almayanda dözə bilmirlər. Mənimlə əlaqə saxlayan sahibkarlar deyir ki, prezident göstəriş verdi, amma məmurlar yenə də köhnə qayda ilə onları incitməkdə davam edir, haqq qoyurlar. Görünür ki, indiki hökumət üzvlərinin əllərini kəssəndə, dilləri, gözlərilə qaş-göz edib, rüşvət almaqda davam edəcəklər. Maliyyə naziri deyir Azərbaycan xaricdən 4 milyard dollar almayacaq. Amma Beynəlxalq Valyuta Fondu nümayəndəsi ANS-ə açıqlamasında bildirib ki, Azərbaycana 4 milyard dollarlıq borc verilməsi üçün danışıqlar aparılır. Buna ehtiyac yoxdur. Ölkədəki bütün resursları inkişaf etdirmək, dəniz məhsullarını üzə çıxarmaqla həmin 4 milyard dolları əldə edə bilərik. Milləti borca salmağa ehtiyac yoxdur. Sahibkara şərait yaradılmalıdır ki, o məhsul istehsal edib, xaricə satsın. Amma buna da imkan vermirlər. Yenə də əvvəlki kimi haqq qoyur, pul tələb edirlər. Prezident onların əllərini də kəssə, amma xeyri yoxdur, həmin məmurlar yenə də hansı yol olsa da belə sahibkarı sıxışdırmaqda davam edəcək. Ona görə də hazırda bu sahədə irəliləyişin olduğundan danışmaq hələlik yersizdir. Nə qədər ki, "Qocalar evi” tam tərkibdə istefaya getməyib, yeni iqtisadi islahatlar aparılmayıb, prezident baş nazir səlahiyyətini üzərinə götürüb, ətrafında çevik qurum yaratmayıb, Azərbaycanda yalandan, söz yığnağından irəli gedə bilməyəcəyik. Bu çıxışlarıma görə mənə təzyiqlər də artır. Axı qardaşım İlham Əliyevə ürəyim yanır. Məmurlar da hamısı ona xəyanət edir, çalışırlar ki, prezidentin dediklərinə əməl etməsin, xalq da görsün ki, dövlət başçısı desə də heç bir tədbir görülmür. Bu baxımdan narahatam. Prezident özü də müşavirədə bildirdi ki, verdiyi tapşırıqlar yerinə yetirilmir. Nə qədər ki, "Qocalar evi”ndə yığışan qoca nazirlər var, işləri rüşvət toplamaqdan, millətin malını talan etməkdən başqa heç nəyə yaramayan bu insanlar ölkəmizi düşdüyü böhran vəziyyətindən çıxara bilməyəcək. Prezident millətini sevən bir insandır, amma ətrafındakıların hamısı, bəlkə də Şaumyanın nəvələridir. Milləti bu günə salan məmurlar cavab verməlidir. Amma məmurlar istefa vermir, milləti də incitməkdə davam edirlər.

– Ayrı-ayrı məmurların, Eldar Mahmudov, Akif Covdarovun sahibkarları müflis etdikləri ilə bağlı mətbuatda məlumatlar gedir. A. Covdarov artıq həbsdədir. Amma yenə də bəzi məmurlar sahibkarları incitməyi tərgitməyiblər. Bu barədə yəqin ki, sizə də şikayətlər gəlir. Bu barədə nə deyə bilərdiniz?

– E. Mahmudovla, A. Covdarov ölkəni talan etdilər, dövlətin 90 milyard dollara qədər pulu talandı. Sahibkarlar sözümü deyə bilən adam kimi mənə də məmurların özbaşınalığı barədə müraciət edirlər. Cənab prezident məmurlara müraciət edərək dedi ki, elə etməsinlər onlar da o birilərinin aqibətini yaşasınlar. Bundan artıq prezident nə deməlidir. Məmurların isə yenə də sözlərilə işləri düz gəlmir. Prezident tapşırıq verir, amma məmurlar onu yerinə yetirmir. E. Mahmudovla məsələ bitmədi ki. İqtisadi sektorda o qədər canavarlar var. Siz 10 min manat belə kredit ala bilməzsiniz. Bir dostuma sahibkarlığı inkişaf etdirmək üçün Sahibkarlığa Dəstək Milli Fondu kredit ayırdı. Amma banklar həmin pulu ödəmədilər, çünki şərt qoymuşdular ki, yarısını onlarla bölüşməlidir. Bu kimi məmurların şüuru yoxdur. Bir E. Mahmudovla məsələ bitmir. Məsələ tamamilə kökündən həll olunmalıdır. Köklü həll olunmasa, heç bir uğurlu məsələdən danışa bilməyəcək, vəziyyət günü-gündən pisləşəcək. Sonda da ac millət ayağa qalxacaq. Məmurlar da qəsdən çalışır ki, ölkədə xaos yaransın, oğurladıqları pullar da özlərinə, başı qırxıq, xaricdə eyş-işrətlə yaşayan övladlarına qalsın və Azərbaycanda prezidenti təkləsinlər. Amma imkan verməyəcəyəm ki, qardaşım təklənsin. Hələlik dözürük, amma möhkəm də təşkilatlanırıq. Lazım olan anda onlara elə bir dərs verəcəyik ki, özləri də hara qaçıb gizlənmək lazım olduğunu bilməyəcək. Prezidentin qərarlarını sabotay etməyə çalışsalar da bunu görməyəcəklər. Çünki, prezidentin mənim kimi qorxmaz, cəngavər qardaşı var. Hər halda belə məmurlara qan udduracağam. Neçənci dəfədir ki, xəbərdarlıq edirəm, amma görürəm yenə də öz bildiklərini edirlər. Belədə deyəsən əməli işə keçməli olacağıq.

– Mətbuatda sənədlər dərc olunub. Rəsmi sənədlərlə göstərilir ki, Eldar Mahmudovun dəstəsində olan deputatlar, konkret Rəfael Cəbrayılov onunla və Çingiz Əsədullayevlə birgə tikinti biznesilə məşğuldur. Mətbuatın yazdığına görə, Rəfael Cəbrayılov Məlahət Qurbanova adlı bir sahibkar xanımı aldadaraq ondan 300 min manat alıb, belədə onu iflas həddinə çatdırıb. Millət vəkilini belə bir çirkin əməllərə bulaşmaq yaraşarmı, belə bir şəxsin Milli Məclisdə oturması nə qədər doğrudur?

– Rəfael Cəbrayılovun gərək vicdanı olsun. Qadını aldatmaq olmaz. İnsan vəzifəsindən sui-istifadə etməz. Vəzifəsindən sui-istifadə edən belə insanlar üçün Cinayət Məcəlləsində cəzanı nəzərdə tutan maddələr var. Ona qarşı bu maddələr tətbiq olunmalıdır. R. Cəbrayılov kimiləri vəzifəsindən sui-istifadə edərək milləti aldadıblar. Nəinki deputatlar, nazirlər, komitə sədrləri milləti genefonduna qədər məhv ediblər. R. Cəbrayılovu deputat olaraq tanımıram. Bizlər dövlətin müstəqilliyini qoruyanda R. Cəbrayılovlar haralara işləyirdilər? Qadını aldatdığına görə onun vicdanı yoxdur. Görünür, arxasında duranlar da var. Ölkədə kadr və hüquqi sahədə ciddi islahatlar getməlidir. Müstəqil məhkəmə olmalıdır ki, hər şey qanun çərçivəsində öz həllini tapsın. Amma indilikdə bunun əksini görürük. Bu kimi deputatlarda arxayınlıq yaranıb, düşünürlər ki, onlara heç nə edə bilməzlər. Amma yanılırlar, zaman gələr onlardan bütün bunlar tələb olunacaq. Hər halda hər şeyin bir axırı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru