Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Partiya, Güney Press > AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib
AXCP ilə bağlı Ali Məhkəməyə müraciət edilib27-05-2016, 10:11 |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Bu barədə APA-ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin AXCP-nin qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi ilə bağlı iddianı təmin etməmək haqqında qərarından Ali Məhkəməyə şikayət edilib. Xatırladaq ki, AXCP-nin qurultayın 2015-ci ilin sentyabrın 27-də keçirilib və Əli Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. Geri qayıt |