Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Milli Məclisin xüsusi iclasının çağırılması nəzərdə tutulmayıb”
Əsas Səhifə > Partiya, Güney Press > “Milli Məclisin xüsusi iclasının çağırılması nəzərdə tutulmayıb”

“Milli Məclisin xüsusi iclasının çağırılması nəzərdə tutulmayıb”


5-07-2018, 08:42
“Milli Məclisin xüsusi iclasının çağırılması nəzərdə tutulmayıb”
İyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş verən qəzanın araşdırılması, zəruri tədbirlərin görülməsi ilə əlaqədar prezident səviyyəsində tapşırıqlar verilib. Eyni zamanda dövlət başçısının sərəncamı ilə yaradılmış komissiya toplaşaraq mövcud vəziyyəti müzakirə edib.

Artıq ölkənin tam şəkildə elektrik enerjisi ilə təchiz olunduğu ilə bağlı rəsmi açıqlama da verilib. Amma problemin bir daha yaşanmayacağına tam təminatın olmadığı barədə də müxtəlif ekspertlər səviyyəsində fikirlər səslənir. Hesab olunur ki, milli təhlükəsizliyimizi təhdid edən bu kimi problemlərin tam aradan qaldırılması istiqamətində vacib işlər həyata keçirilməlidir. Maraqlıdır, yaranmış vəziyyətlə əlaqədar Milli Məclisin fövqəladə, yaxud növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulurmu? Doğrudur, parlament yaz sessiyasının ardınca növbədənkənar sessiyasını da başa vurub və tətilə gedib. Ancaq ölkədə fövqəladə hallar yaşanan zaman parlamentin xüsusi iclaslarının çağırılması normal sayılır, bu, qanunun ruhuna da uyğundur.

Bununla əlaqədar “Yeni Müsavat”ın sorğusunu cavablandıran Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, ölkədə yaranmış enerji böhranı dövlət başçısının nəzarəti altında həllini tapıb: “Artıq hamı bilir ki, bütün bu məsələlər ölkə başçısının nəzarəti altındadır, müvafiq təşkilatlar hamısı öz işlərini görürlər. Bu gün əhalinin heç bir əziyyət çəkməməsi üçün istənilən səviyyədə işlər görülür. Yəqin ki, Prezident Administrasiyasının bununla bağlı məlumatı ilə də tanışsınız. Görülən işlərlə bağlı ictimaiyyətə də mütəmadi məlumatlar verilir. Artıq hər şey öz qaydasındadır. Təbii ki, Milli Məclisin üzvləri də əllərindən gələn köməyi edirlər. Bu günlərdə millət vəkilləri öz seçicilərinin yanındadırlar, onların qayğıları ilə məşğuldurlar. Cənab prezidentin rəhbərliyi ilə görülən işlər sayəsində əhalinin problemləri həll olunur. Həmçinin ölkə rəhbərliyi səviyyəsində, prezidentin sərəncamı ilə artıq komissiya yaradılıb və işləyir. İşlər hazırda yoluna düşür və baş verən qəzanın səbəbi aydınlaşdırılır, müvafiq tədbirlər görülür”.

A.Nəsirov qeyd etdi ki, bu vəziyyətlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması nəzərdə tutulmayıb: “Şəxsən mən buna heç ehtiyac da görmürəm. Dediyim kimi, artıq bütün tədbirlər həyata keçirilib”.

Geri qayıt