Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”
Əsas Səhifə > Partiya, Güney Press > “KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”

“KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”


2-10-2014, 11:27
“KXCP Milli Şuranın təyin etdiyi mitinqdən xəbərsizdir”
“Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqdən xəbərsizdir”. Bunu APA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

O, partiyasının mitinqdə iştirak edib-etməyəcəyi ilə bağlı suala “Mənim mitinqdən xəbərim yoxdur” - deyə cavab verib.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil də APA-ya bildirib ki, Milli Şuranın mitinqi barədə məlumatı yoxdur. Onun sözlərinə görə, KXCP-nin mitinqdə iştirak məsələsi partiyanın İdarə Heyətində müzakirə olunduqdan sonra qərar veriləcək.

Xatırladaq ki, KXCP rəhbərliyi son vaxtlar Milli Şuranın tədbirlərində iştirak etmir. KXCP sədrinin müavini Xəzər Teyyublu sentyabrın 28-də qurumdan istefa verib.

Geri qayıt