Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Müsavat iqtidar-müxalifət dialoquna maraqlıdır, amma şərtimiz var”
Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat iqtidar-müxalifət dialoquna maraqlıdır, amma şərtimiz var”

“Müsavat iqtidar-müxalifət dialoquna maraqlıdır, amma şərtimiz var”


17-02-2015, 09:51
“Müsavat iqtidar-müxalifət dialoquna maraqlıdır, amma şərtimiz var”
“Fevralın 12-də keçirilən dialoqu iqtidarla siyasi partiyalar arasında görüş kimi qiymətləndiririk. Görüşdə əsas müxalifət partiyaları iştirak etmirdi”. Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Elman Fəttah deyib.

Onun sözlərinə görə, Müsavat Partiyası da iqtidar-müxalifət görüşünə maraqlıdır:
“Əvvəla, keçən həftə baş tutan dialoqa müxalifət partiyalarından biri dəvət almamışdı. Müsavat Partiyası isə prosesdə iştirakını uyğun görməyərək “yox” deyib. Buna görə həmin görüşün iqtidar-müxalifət dialoqu adlandırılması da mümkün deyil. Sadəcə olaraq, siyasi partiyalarla görüşdür. İstəyirik ki, görüş sırf iqtidar-müxalifət dialoqu müstəvisinə keçirilsin”.

Başqan müavini məsələ ilə bağlı Müsavat Partiyasının rəsmi açıqlamasından da danışıb: “Qeyd etmişik ki, müzakirə olunacaq mövzuların əvvəlcədən iştirak edəcək partiyalarla razılaşdırılması, o cümlədən, iştirak edəcək siyasi qurumların formatının əvvəlcədən razılaşdırılması şəraitində Müsavat Partiyası iqtidarla- müxalifət arasında görüşün və ciddi məsələlərin dialoq çərçivəsində müzakirəsinə maraqlıdır. Dediyimiz kimi, bu məsələ imitasiya xarakteri daşımamalıdır. İmitasiya prosesində Müsavat Partiyası iştirak edə bilməz. Müsavat mövqeyini ortaya qoyub və biz mövqeyimizdə qalırıq”.

Fevralın 12-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir qrup siyasi partiyalarla görüş keçirib. Müsavat Partiyası həmin görüşdə iştirak etməkdən imtina edib.

Geri qayıt