Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Partiya, Güney Press > "Əvvəllər DAK-ın onun üçün müqəddəs və böyük təşkilat olduğunu deyirdi"
"Əvvəllər DAK-ın onun üçün müqəddəs və böyük təşkilat olduğunu deyirdi"7-05-2015, 11:14 |
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı DAK-ın fəaliyyəti ilə bağlı Əjdər Tağızadənin səsləndirdiyi ittihamlara cavab verib. S. Rüstəmxanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ə. Tağızadə qurultayda DAK-ın İdarə Heyəti üzvlüyündən çıxıb: “Onun bundan sonra DAK haqqında dediyi fikirlər ancaq birtərəfli və qərəzli olacaq. Əvvəllər DAK-ın onun üçün müqəddəs və böyük təşkilat olduğunu deyirdi. İndi isə, ayrı fikirlər deyir. Bu, qeyri-ciddi məsələdir. Əgər lazım olsa, qurumun Mətbuat Şurası ona cavab verər”. Qeyd edək ki, Ə. Tağızadə “Yeni Müsavat” qəzetinə müsahibəsində DAK-ın sonuncu qurultayı ilə bağlı bir sıra ittihamlar səsləndirib. O qeyd edib ki, Sabir Rüstəmxanlı DAK-ı Azərbaycan Respublikasına köçürdü və burda dəfn elədilər: “DAK faktiki olaraq Güneyin problemlərindən uzaq, ölü bir quruma çevrilib. Hər kəsə bəllidir ki, Sabir Rüstəmxanlı əslində DAK-ın həmsədri olsa da, qurumun siyasətini tək müəyyən edir. Onun ətrafında cəmi 3 güneyli var. Qalan hamısı Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan Quzeydən olan təsadüfi şəxslərdir. Onların vasitəsilə Sabir Rüstəmxanlı özünü dördüncü dəfədir həmsədr seçdirir". Geri qayıt |