Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                 

MƏMURLAR AQRESSİVLƏŞİBLƏR
Tarix: 5-06-2012, 13:45 | Çap et
MƏMURLAR AQRESSİVLƏŞİBLƏR

«EUROVİSİON» A VERDİKLƏRİMİ HARDAN ÇIXARMALIYAM?”

Xocasən icra nümayəndəliyinin müavini İsa Gözəlov I qrup əlili ölümcül döydü- ŞOK

Azərbaycan dövləti dünya birliyində yerini və mövqeyini möhkəmləndirir. Lakin bütün bu irəliləyişləri gözü götürməyənlər də az deyil. Onların arasında bəzi yerli dövlət idarəçiliyi orqanlarında oturşmuş təxribatçı məmurlar da var ki, hər vasitə ilə sadə xalqı dövlətdən və hakimiyyətdən narazı salmağa çalışırlar.

Xocasən qəsəbə sakini Kələntərli İntiqam İbrahimoğlu tərəfindən olduqca maraqlı bir müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Xocasən qəsəbəsində son zamanlar ard-arda baş verən hadisələri də bu təxribatın bir hisssəsi hesab etmək olar. Belə ki, Binəqədi rayon Xocasən qəsəbəsi üzrə icra nümayəndəliyinin müavini İsa Gözəlov dövlət başçısının fərman və göstərişlərinə biganə yanaşaraq camaatın gözü qarşısında özünü dövlət nümayəndəsi kimi deyil, qoçu kimi aparır. Qəsəbə cammatı üçün sirr deyil ki, onun qoçu dəstəsinin əsas fəaliyyəti qanunlara məhəl qoymadan ərazidə yaşayan vətəndaşları şantaj edərək pul qazanmaqdan ibarətdir.

Məlumat üçün bildirim ki, mən 23.06.1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Valideynlərimi erkən itirmişəm. Uşaqlıq illərim maddi sıxıntılar altında keçib. Yetimliklə bir təhər çörək qazanmışam. 1995-ci ildə Naxçıvan səmasında baş verən təyyarə qəzasından möcüzə nəticəsində sağ çıxmışam. I qrup əliləm, çətinliklə hərəkət edə bilirəm. Hazırda Bakı şəhərinin Nəsimi rayonunda, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi 4/63 ünvanında qeydiyyatdayam. Xocasən qəsəbəsində müvafiq qanuni sənədlərlə rəsmiləşdirdiyim evdə yaşayıram. Bu günlərdə, daha doğrusu, 2012-ci il iyun ayının 1-də İsa Gözəlovun qoçu dəstəsi tərəfindən məruz qaldığım təpki və təhqirlərdən hələ də özümə gələ bilməmişəm. Həmin gün günorta vaxtı eşitdim ki, Ruslan Allahverdiyev küçəsində, Binəqədi rayon İcra Hakimiyyətinin verdiyi qanuni sənədlər əsasında mənə ayrılmış torpaq sahəsində uçub dağılmış köhnə hasarın bərpası ilə bağlı tikinti işləri aparan fəhlələrə bir neçə şəxs yaxınlaşaraq hasarın kimə məxsus olduğunu soruşmuş və məni “söhbətə” dəvət etmişlər. Fəhlələr mənə zəng vuraraq tikinti sahəsinə çağıranda “söhbətin” nədən ibarət olacağı üzərində düşünürdüm. Həmin şəxslərlə görüşəndə isə məlum oldu ki, onlardan biri Xocasən qəsəbə icra nümayəndəliyinin müavini İsa Gözəlovdur. Söhbət zamanı özünü aqressiv aparan İsa Gözəlov utanıb-çəkinmədən məndən tikinti işlərinin aparılmasına görə 1000 (min) manat özü də təcili rüşvət istədi. I qrup əlil olaraq bu qədər məbləği verməyə hazır olmadığımı dedikdə o, təhqiredici ifadələrlə məni yana itələyərək el arasında “qoçu” Rafael kimi tanınan “cangüdəninin” köməyi ilə hasarı uçurmağa başladı. Siz kimsiniz, nə edirsiniz, deyə onlardan bu əməli dayandırmağı tələb etdikdə isə İsa Gözəlov üstümə atılaraq yaxamdan yapışdı, təhqirlərinə davam etməyə başladı:

- Sən bilmirsən ki, mən yerazam, özü də öz motoruynan? Xocasənin sahibi İsanı deyəsən tanımırsan. Sənə kim olduğumu göstərərəm…

Bunun cavabında xəstə və köməksiz olduğumu söyləyərək dedim ki, “pulu əlil adamdan necə alacaqsan?”. İsa Gözəlov şəstlə öyünərək “sən vermə, o verməsin, bəs «Eurovision» a verdiklərimi hardan çıxarmalıyam?” deyə yaxamı bir neçə dəfə silkələdikdə ayaqlarım tab gətirmədi, yıxıldım. Ətrafdakı fəhlələr və qonşular olmasaydı İsa mənə bəlkə də daha ağır xəsarətlər yetirəcəkdi. Sağ olsunlar haraya gələn qonşuları.


Lakin onları görüncə İsa Gözəlov daha da aqressivləşərək “sökəcəm, dağıdacam” deyə-deyə barmaq silkələdi, hətta bir neçəsi ilə mübahisə etməyə başladı. İlyas, Əhliman adlı qonşuları isə sərt şəkildə təhqir edərək başlarına oyunaçacağını söylədi. Yanındakı qoçular isə fəhlələrin alətlərini təpikləyərək bir kənara səpələmişdilər. Qonşum İlyas İsa Gözəlovu sakitləşdirmək üçün ona dövlət nümayəndəsi olduğunu xatırlatdı, tələb etdi ki, camaatı prezidentimizdən, hakimiyyətdən narazı salmasın. Axı dövlətimizin başçısı bütün məmurlara Bakıətrafı qəsəbələrdə evlərin sənədləşdirilərək qeydiyyata alınması barədə göstəriş verib! Siz yerlərdəki məmurlar isə bu göstərişlərə nəinki məhəl qoymur, hətta özbaşınalıq edərək səlahiyyətlərinizi aşğrsınız, camaatı təşvişdə saxlayır, təxribat aparırsınız. Budurmu dövlətə və dövlətçiliyə sədaqətiniz?! Bu sözləri eşitdikdə və qonşuların yığışdığını gördükdə İsa Gözəlov başının dəstəsi ilə aradan çıxdı. Gedərkən mənə sarı dönərək baxarsan, səni məhv edəsəyəm deyib barmaq silkələdib. Mən isə fəhlələrin köməyi ilə həkim müayinəsinə aparıldım. Baş verənlər barədə Binəqədi RPİ 40-CI Polis Bölməsinə məlumat vermək məcburiyyətində qaldım.

Mənim bu dünyada ailə və övladlarımdan, bir də ki, müstəqil dövlətimdən və onun Prezidentindən savayı bir kəsim yoxdur. Ölümdən də qorxmuram, ölümlə çox çarpışmışam, iradəmi sındırmamışam. Lakin İsa Gözəlovun qanunsuz hərəkəti bir yana, təpkiləri, ünvanıma söylədiyi təhqirlər, işlətdiyi ədəbsiz ifadələr məni xeyli sarsıdıb. Qəhər içərisində boğuluram. Düşünürəm ki, rüşvət vermədiyimə görə bu qoçunun qəzəbinə tuş gəlmişəm. Onun müqəddəs qanunlarımıza qarşı həqarəti fikrimcə, cəzasız qalmayacaq.

Qeyd edək ki, I qrup əlil başına gətirilənlərlə bağlı ölkə başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib.

O, I qrup əlil olduğunu nəzərə alaraq təhlükəsizliyimin təmin edilməsi, İsa Gözəlovun barəsində isə araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi üçün prezidentdən göstəriş verməsini acizanə surətdə xahiş edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru