QIZ NÖMRƏSİ İSTƏDİYİNƏ GÖRƏ ÖLDÜRÜLDÜ
Tarix: 9-06-2012, 11:17 | Çap et
HƏR HALDA QATİL BELƏ İZAHAT VERİR
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə Balakən rayon sakini Nastakalov Namiq Təyib oğlunun məhkəmə istintaqı yekunlaşıb.
Məhkəmə yolu ilə müəyyən edilib ki, Namiq Nastakalov 28 iyul 2011-ci ildə Balakən rayonunun Qullar kəndində yerləşən "Göygöl məkanı" adlanan çayxanada həmkəndlisi Nizir İsmayılovun kənd sakinləri ilə birlikdə oturduğunu görüb onu öldürmək qərarına gəlib. Buna səbəb isə Nizir İsmayılovun qumarda onun pulunu udması və ondan həmkəndlisi Elnarə adlı qadının telefon nömrəsini istəməsi olub. Namiq Nastakalov xalası Hökümə Bəhrəmovanın əri Əli Xanpəriyevin evdə ov tüfəngi saxladığını bildiyinə görə əvvəlcə oraya gedib. Evdəki qoşalülə ov tüfəngini və iki ədəd patronu götürdükdən sonra yenidən çayxanaya qayıdıb. Tüfəngi Nizir İsmayılova tuşlayaraq ona yaxın məsafədən atəş açıb. Atəş nəticəsində atdığı güllə Nizir İsmayılovun kürək nahiyəsindən dəyib, onunla bir stolda oturmuş Nurullah Teliyevin isə sol dirsək nahiyəsini yaralayaraq, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Çayxanadakıların dağılışdıqlarını görən Namiq Nastakalov Nizir İsmayılovun yanına yaxınlaşaraq kürək nahiyəsinə daha bir atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:
Nastakalov Namiq Təyib oğlu - 1984-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Subaydır. Balakən rayonunun Qullar kəndində yaşayır. AR CM-nin 120.2.2, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinir.
MƏHKƏMƏ PROSESİNDƏN:
"Məndən qız nömrəsi istəmişdi"
Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Nastakalov ona elan olunmuş ittihamla özünü təqsirli bilib: "Özümüzə məxsus ərzaq mağazasında bacım Sevinclə birlikdə satıcılıq edirdim. Boş vaxtlarımda isə dayım İsaya məxsus çayxanada olurdum. Çayxanada çox vaxt həmkəndlim Nizir İsmayılovla pulla qumar oynayırdıq. Bir dəfə Nizir məndən yolun digər tərəfində yerləşən mağazada işləyən həmkəndlim Elnarə Rüstəmovanın telefon nömrəsini istəmişdi. Onun bu hərəkəti xoşuma gəlməmişdi. Bu səbəbdən də Niziri öldürməyi qərara almışdım.
"Kürəyindən atəş açdım"
28 iyul 2011-ci ildə təxminən saat 19 radələrində Nizirin kənd sakinləri ilə birlikdə dayım İsanın işlətdiyi "Göygöl məkanı" adlanan çayxanada oturduğunu gördüm. Xalam Hökümənin əri Əlinin evdə ov tüfəngi saxladığını bilirdim. Ona görə də əvvəlcə onlara getdim. Xalamgilin evində olan ov tüfəngini və iki ədəd patronu götürüb, həmin patronları tüfəngin patronluğuna yerləşdirib, çayxanaya qayıtdım. Nizir İsmayılov oturduğu yerdə onun kürək nahiyəsinə bir dəfə atəş açdım. Atəş nəticəsində atdığım güllə Nizirin kürək nahiyəsindən dəyib ön nahiyəsindən çıxaraq onunla bir stol ətrafında oturmuş Nurullah Teliyevin dirsəyinə dəydi.
"Dayım tüfəngi əlimdən aldı"
Bu hadisədən sonra çayxanada oturanlar dağılışdılar. Nizir üzüstə yerə yıxıldı. Yenidən ona yaxınlaşdım və kürək nahiyəsinə daha bir atəş açdım. Həmin vaxt dayım İsa gəlib tüfəngi əlimdən aldı. Mən qaçıb oradan uzaqlaşdım.
Törətdiyim cinayət əməlini dərk edirəm. Hadisə zamanı spirtli içki və narkotik vasitə qəbul etməmişəm. Nizir İsmayılovu öldürərkən əsəbi olmuşam və onu səbəbsiz yerə öldürmüşəm".
"Ərimin qatilinə ən ağır cəza verilməsini tələb edirəm"
Zərərçəkmiş şəxs qismində dindirilən Xalidə İsmayılova (mərhumun həyat yoldaşı) ifadəsində ərinin əvvəllər polis işlədiyini göstərib: "Nizir əvvəllər Balakən Rayon Polis Şöbəsində polis nəfəri işləyirdi. Bir müddət işlədikdən sonra ailə vəziyyəti ilə əlaqədar ərizə yazıb işdən çıxdı. Heç bir yerdə işləmir, fərdi qaydada təsərrüfatla məşğul olurdu.
28 iyul 2011-ci ildə təxminən saat 14 radələrində Nizir evdən çıxıb çayxanaya getdi. Təxminən axşam saat 19-20 radələrində evdə olduğum vaxt həmkəndlim İsaya məxsus çayxanada Namiq Nastakalovun tüfəngdən iki dəfə atəş açıb Niziri öldürdüyünü və sonuncunun xəstəxanaya aparıldığını eşitdim. Dərhal xəstəxanaya getdim. Oraya çatanda gördüm ki, Nizir artıq ölüb. Səhəri gün Nizirin meyitini dəfn etdik.
Namiq Nastakalovun ifadəsində göstərdiyi kimi Nizir İsmayılovla qumar oynamaları və Elnarə adlı qadının nömrəsini istəməsi barədə göstərdiyi xüsusatlar yalandır. Kənddə hamı Niziri sakit insan kimi tanıyır. Nizir dindar insan idi, namaz qılıb oruc tuturdu.
Namiq narkotik maddələrdən istifadə edirdi. Kənd ərazisində dəfələrlə xuliqanlıq etmişdi. Hətta bir dəfə YPX-nin əməkdaşını döymüşdü. Namiq Nastakalov əlində tüfəng kənddə gəzirdi. O, mənim ərimi heç bir səbəb olmadan öldürüb. Ona ən ağır cəza verilməsini tələb edirəm".
"Qəflətən atəş səsi eşitdim"
Zərərçəkmiş şəxs qismində dindirilən Nurullah Teliyevin ifadəsindən:
- Axşamüstü İsanın işlətdiyi çayxanaya getmişdim. Həmkəndlilərim Əhma, Əzizxan və Kənan da orada idilər. Onlarla birlikdə “uduzan çayın pulunu ödəməlidir” şərti ilə domino oynadıq. İsa bizə çay verən vaxt digər həmkəndlimiz Nizir də bir stul gətirib yanımızda oturdu. Təxminən saat 19 radələrində qəflətən sol tərəfimdə atəş səsi eşitdim, bərk qorxdum. Çünki başım dominoya qarışmışdı. Qəflətən atəş səsi gəldiyinə görə nə edəcəyimi bilmədim, başımı yuxarı qaldıranda Namiq Nastakalovun əlində qoşalüləli ov tüfəngini Nizirin kürəyinə tuşladığını gördüm.
"Çayxanadakılar hamısı qaçdılar"
Namiq Nastakalovun Niziri vurduğunu başa düşdüm. Bu vaxt çayxanada olanların hamısı qaçdılar. Nizir isə yerə yıxıldı. Sol qolumun keyiməsini hiss etdim, mənə güllə dəydiyini sonra anladım. Aralıdan gördüm ki, Namiq bir az da irəli gəlib yerdə Nizirin kürək nahiyəsinə bir dəfə də atəş açdı. Bundan sonra Namiq qaçıb getdi. Mən çığırıb camaatı köməyə çağırdım. Niziri xəstəxanaya apardılar. Qolumdakı yaraya görə vəziyyətim pisləşdiyindən mən də xəstəxanaya getdim. Xəstəxanada qolumu əməliyyat etdilər. Nizirin öldüyünü sonradan eşitdim. Namiqin narkoman olduğunu bilməmişəm. Onun kənd ərazisində tüfənglə gəzdiyini görməmişəm. Nizirlə Namiqin hadisədən qabaq münasibətləri normal olub. Hətta onların bir-iki dəfə birlikdə çayxanada oturub domino oynadıqlarını görmüşəm.
"Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm"
Şahid qismində dindirilən İsa Bəhrəmov ifadəsində təqsirləndirilən şəxsin onun doğma bacısı oğlu olduğunu göstərib: "28 iyul 2011-ci ildə işlətdiyim çayxanada idim. Həmkəndlilərim Əzizxan, Nurullah, Kənan, Əhma, Əli və Nizir çay içə-içə domino oynayırdılar. İçəridə çay hazırladığım vaxt atəş səsi eşitdim, çölə çıxdım, gördüm Nizir yerdə uzanıb. Bu vaxt bacım oğlu Namiqin əlində tüfəng olduğunu gördüm. Namiqə yaxınlaşıb, acıqlandım, sifətinə bir sillə vurub tüfəngi əlindən aldım. Namiq də qaçıb getdi. Niziri maşınla xəstəxanaya yola saldım. Amma sonra xəstəxanada öldüyünü eşitdim. Hadisə vaxtı yaralanmış Nurullahı isə əməliyyat etdilər. Namiqlə Nizirin mübahisə etdiklərini görməmişəm. Namiqin narkotik maddə qəbul etməsini eşitmişəm. Lakin ondan soruşduqda çəkmədiyini deyib".
"Oğlum qeyri-adi hərəkətlər edirdi"
Şahid qismində dindirilən Sevil Nastakalova ifadəsində Balakən rayon Qullar kəndində iki mağazası olduğunu göstərib: "Hadisə olan vaxt mən işdə olmuşam. Mobil telefonuma zəng vurub mənə dedilər ki, oğlun Namiq günortanın istisində günün altında dəli kimi o yana, bu yana qaçır. Taksini Namiq olan tərəfə sürdürdüm. Ondan nə etdiyini soruşdum, idman etdiyini dedi. Namiqi saxladım, əlindən tutub mağazaya yemək yeməyə apardım. Yemək yedikdən sonra Namiqə yatmasını bildirdim. Namiq də yıxılıb yatdı. Oyandıqdan sonra yemək istədi, qızım Sevinc Namiqə yemək vermək istəyən zaman mağazaya müştəri gəldi. Mağazaya getmək istəyən zaman qızım məni qoymadı, orda qalıb Namiqə nəzarət etməyimi dedi. Bu vaxt Namiq mağazadan çıxıb 5 dəqiqəyə gələcəyini bildirdi. Bir müddət sonra atəş səsləri eşitdim. Səs gələn yerə getdim. Orada Nizirin cəsədini gördüm. Hadisə yerində bildim ki, oğlum Namiq Niziri tüfənglə vurub öldürüb.
Hərbi xidmətdən sonra oğlum qeyri-adi hərəkətlər edirdi, həftələrlə yemək yemir, günlərlə yatırdı. Onu həm Balakən rayonunda, həm də Şəki şəhərində həkimə aparmışdım".
QEYD: Məhkəmənin hökmü ilə Namiq Nastakalov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|