BU DA OQTAY ŞİRƏLİYEVİN “QARA SİYAHISI”
Tarix: 15-06-2012, 12:00 | Çap et
DƏRMAN BAZARINA ADMİNİSTRATİV MÜDAXİLƏ
Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının qərarı əsasında dövlət qeydiyyatı ləğv olunmuş dərman vasitələrinin son siyahısını açıqlayıb. Şuranın sədr müavini, SN-nin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev APA-ya açıqlamasında bildirib ki, bu vasitələr aşağıdakılardır:
1. Bor turşusunun toz dərman forması (toksiki təsirliyini nəzərə alaraq) 2. Bufeksamak və Bufeksamak tərkibli preparat Proktozan (kontakt allergik reaksiyaya səbəb olmasını nəzərə alaraq) 3. Aşağımolekullu polivinilpirrolidon tərkibli infuziya məhlulları (yüksək toksiki təsirini nəzərə alaraq) 4. Oktaqam (istehsalçı müəssisə tərəfindən istehsalı dayandırılıb) 5. Buflomedil (neyro və kardiotoksikliyə səbəb olduğuna görə istehsalı istehsalçı tərəfindən dayandırılıb) 6. Buflomedil tərkibli preparatlar – İrrodan və Dialon (yuxarıda qeyd olunan səbəbə görə) 7. Qatifloksasin və Qatifloksasin tərkibli preparatların dövlət qeydiyyatına alınmasına icazə verilməyib (hipo- və hiperqlikemiyaya səbəb olduğunu nəzərə alaraq)
R. Ağayevin sözlərinə görə, çox vaxt əhali arasında uzun illər ərzində təbabətdə istifadə olunan dərmanların təhlükəsinin olmaması, insan orqanizminə zərər vurmaması haqqında fikir formalaşır: “Alimlər tərəfindən aparılan tədqiqatlar və klinik araşdırmalar isə belə fikirlərin yanlış olduğunu sübut edir. Belə stereotip fikir illərlə çoxlarının ev aptekində yer alan bor turşusu haqqında da yaranıb. Zəif turşu kimi xarakterizə olunan bor müxtəlif sahələrdə - kənd təsərrüfatında gübrələrin və insektisidlərin istehsalında, fotoçap işlərində - aydınlaşdırıcı məhlulların, kimyada – bufer məhlulların hazırlanmasında və s. istifadə olunur. XIX əsrin axırlarında alimlər tərəfindən bor turşusunun mikroblar əleyhinə (antiseptik) təsiri müəyyən edildikdən sonra bu preparat təbabətdə də geniş istifadə olunmaqa başlayıb. Bu antiseptikin bəzi xüsusiyyətləri - tamı və qoxusunun olmaması, paltarda ləkə qoymaması, yaralarda qıcıqlanma yaratmaması onun ev şəraitində geniş istifadəsinə səbəb olub. Lakin bor turşusunun antimikrob təsiri digər preparatlarla müqayisədə dəfələrlə aşağıdır. Belə ki, bor turşusu antimikrob təsirini minimal 2% konsentrasiyada göstərirsə, kalium permanqanat həmin təsirə – 0,1%, furasillin - 0,01%, xlorheksidin – 0,005% qatılığında malikdir, yəni, bor turşusundan 20-400 dəfə artıq aktivdir”.
R. Ağayev bildirib ki, dünyanın müxtəlif ölkələrində aparılan tədqiqatlar və klinik müşahidələr bor turşunun orqanizmə toksiki təsir göstərdiyini sübut edib: “Avropa və Amerika tədqiqatçıları elmi məqalələrində bor turşusunun istifadəsindən uşaqların zəhərlənmə, hətta ölüm hadisələri ilə nəticələnən halları vurğulayıblar. Zəhərlənmənin əsas səbəbi odur ki, bor turşusu böyrəklərdən dəyişilməmiş vəziyyətdə ifraz olunur. Böyrəklərin funksiyası normal olduğu halda zəhərlənmə yüngül keçir, hər hansı səbəbdən onların funksiyalarında problemlər yarandığı halda isə bu turşu orqanizmdə daxili ağır zəhərlənməyə gətirib çıxara bilər. Uşaqlarda, xüsusilə körpələrdə, böyrək funksiyalarının nisbi zəif və lazımınca inkişaf etməməsi ilə əlaqədar bor turşunun zərəredici təsiri daha güclü olur və onun istifadəsi zəhərlənmə riskini artırır. Məhz buna görə bor turşusunun istifadəsi nəticəsində ağır zəhərlənmə və ölüm hadisələri əksər hallara körpə uşaqlar arasında baş verir. Bunları nəzərə alaraq, keçən əsrin 70-ci illərindən etibarən bor turşusu toksik preparat kimi hesab edilir və onun təbabətdə istifadəsinə məhdudiyyətlərin qoyulmasına dair tədbirlər görülür. Belə ki, əksər ölkələrdə bor turşusunun istifadəsində onun konsentrasiyası 1-3% ilə məhdudlaşdırılır və tərkibində bu preparat olduğu dərmanların etiketlərinə “yalnız xarici istifadə üçün”, “geniş dəri zədələnmələrində istifadə oluna bilməz”, “uşaqlar üçün istifadə edilmir” xəbərdarlıq yazıları qeyd edilir. Hazırda əksər ölkədə bor turşusu demək olar ki, konservant kimi, qeyd olunan faizdə göz, qulaq, burun damcılarında istifadə olunur və 3 yaşına qədər uşaqlarda istifadə edilməsinə qadağa qoyulur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda da bor turşusunun toz şəkilində istifadəsinə qadağa qoyulub və preparatın tərkibində bor turşusunun yalnız 1-3% konsentrasiyası olduğu halda icazə verilir”.
R. Ağayev deyib ki, ümumiyyətlə, bor turşusu tərkibli preparatlarla bağlı nəzarət gücləndirilməlidir: “Bu preparatların içlik vərəqələrində mütləq xəbərdarlıq edilməlidir ki, onun daxilə qəbulu nəticəsində hansı toksiki nəticələri ola bilər, hansı qrup insanlarda istifadəsi təhlükəlidir və s.”.
O, həmçinin qeyd edib ki, Azərbaycanda istehsal olunan “Teymurov” pastası və “Leyner” məlhəminin tərkibində də bor turşusu komponenti var: “Bunlar istifadəsinə icazə verilən preparatlardır. Amma həmin dərmanların içlik vərəqələrində göstərilməlidir ki, onları böyük bir sahəyə, açıq yaraya istifadə etmək təhlükəlidir. Biz bu preparatların istehsalçısı “Azərfarm” şirkətinə təkrarən müraciət edəcəyik ki, onun texnologiyasına nəzarət gücləndirilsin, içlik vərəqələrində əks göstərişlər, istifadəsi zamanı yaranan yan təsiri haqqında daha geniş məlumat və xəbərdarlıq verilsin”.
Onu da bildirək ki, həm “Buflomedil” və həm də “Qatifloksasin” prezidentin əmisi oğlu İlqar Əliyevə məxsus “RiadFARM” tərəfindən ölkəyə gətirilir. Elə buna görə də DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, əslində səhiyyə nazirliyinin həmin adda dərmanlara qadağa qoyması sırf olaraq dərman bazarında cərəyan edən olaylarla bağlıdır.
Xatırladaq ki, neçə müddətdir sözügedən bazarda ciddi rəqabət gedir. Birbaşa olaraq SN rəhbərliyinin dəstəklədiyi “Avromed” (deputat Cavanşir Feyziyev rəhbərlik edir –red.) şirkəti dərman bazarından İlqar Əliyevin şirkətini sıxışdırıb çıxarmaqdadır. Keçən dəfə isə bu şirkətin Hindistan və Pakistandan dərman idxalına qadağa qoyulmuşdu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|