Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinə veriləcək suallar... - İTTİHAM VAR
Tarix: 13-04-2016, 10:47 | Çap et
…AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən «Təzadlar»a göndərilən bir məktub bizi düşünməyə vadar etdi… Adının çəkilməsini istəməyən müəlliflər yazırlar ki, Azərbaycan ordusunun son zamanlar Qarabağı işğal edərək buradakı tarixi abidələrimizi, bir sözlə, daş yaddaşımızı məhv ettməkdə olan düşmənə ağır zərbələri fonunda bu tarixi torpaqlarımızda aparılan arxeoloji qazıntı işlərinə xüsusi önəm verilməli olduğu halda, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ Ekspedisiyası uzun illərdir fəaliyyətsizliyi ilə diqqəti çəkir… Müəlliflər bunun səbəblərinə aydınlıq gətirilməsi üçün bir sıra suallar da göndəriblər. Bizi həmin suallara cavab tapmaq üçün araşdırma aparıb məsələni ictimai gündəmə gətirməklə Prezident İlham Əliyevin diqqətinə çatdırmağı vacib hesab edirlər…
Qarabağ ekspedisiyasının son illərdə hansı fəaliyyəti olub?
…Və biz də həmin sualların izi ilə kiçik bir araşdırma apardıq. Fakt uzaqda deyildi… Məlum olurdu ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ Ekspedisiyasının rəhbəri tarix elmləri doktoru, professor Hidayət Cəfərovdur. Sən demə, hörmətli Hidayət Cəfərov həm də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit və tunc dövrü arxeologiyası şöbəsinin müdiri, paralel olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin tarix kafedrasının müdiridir… Elə AMEA-nın rəsmi internet saytındaca Qarabağ Ekspedisiyasının son 10-15 ildə apardığı tədqiqat və arxeoloji fəaliyyəti ilə maraqlandıq. Rəsmi saytda adı çəkilən şöbə barədə yazılır: «Eneolit və tunc dövrü arxeologiyası şöbəsinin da də 10 işçi fəaliyyət göstərməkdədir. Şöbəyə Hidayət Fərrux oğlu Cəfərov rəhbərlik edir. Eneolit və tunc dövrü arxeologiyası şöbəsinin əsas faəliyyət istiqamətlərinə Eneolit və tunc dövrü maddi-mədəniyyət abidələrini tədqiq edib, onların Azərbaycan tarixində mövqeyini və əhəmiyyətini bərpa etmək daxildir. Şöbə fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi fəaliyyət aşaıdakılardır: • Şomutəpə erkən əkinçi-maldar tayfalarının mədəniyyəti • Qafqazda ən qədim yerli metal istehsalı (e.ə. IV minillik) • Mesopotamiya tayfalarının e.ə IV minillikdə Azərbaycana gəlməsi • 5 min il əvvəl nehrənin icad olunması, yağ istehsalı».
İnstitutun direktoru, tibb elmləri doktoru Maisə Rəhimovanın Qarabağ Ekspedisiyasının fəaliyyətindən xəbəri varmı?
Biz institutun rəsmi internet səhifəsində də Qarabağ Ekspedisiyasının fəaliyyəti barədə hansısa bilgi əldə etməyə çalışdıq. Lakin tutarlı heç nəyə rast gəlmədik… Sonra da deyirik ki, niyə ermənilər filan maddi mədəniyyət nümunələrimizi öz adına çıxır, Qarabağda min illərdir yaşadıqlarını iddia edirlər və s. Burdan-bura özümüzün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda uzun illərdir yaradılmış, hər il ekspedisiya araşdırmalarına külli miqdarda pul ayrılan Qarabağ Ekspedisiyasının rəhbəri, tarixçi alim Hidayət Cəfərov bir iş görmürsə, daha ermənilərdən niyə inciməliyik? Halbuki hörmətli Hidayət Cəfərovun bu istiqamətdə apardığı tədqiqatları dünya mediasının müzakirə mövzusu olmalı, ermənilərə Qarabağ həqiqətlərinin sübutunda, dünya ictimaiyyətinə isə bu faktların və tutarlı sübutların çatdırılmasında ən samballı təsdiq olmalıdır. Amma çox təəssüflər olsun ki, bu belə deyil… Fəaliyyəti arxeologiya və etnoqrafiya tədqiqatları ilə tamamlanan bir institutun direktoru ixtisasca kimyaçı, direktor təyin ediləndən sonra isa tarixçi olursa, onun şöbə müdirinin fəaliyyətsizliyi də başa düşülən deyilmi?
Bəs direktor Maisə Rəhimova Arxeologiya və Etnoqrafiya İnstitutunun 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda niyə Qarabağ Ekspedisiyasının fəaliyyətindən danışa bilmədi?
Bu suala «Təzadlar»a göndərilən məktubda da cavab istənilir… Biz də araşdırma apardıq… Məlum olurdu ki, 2013-ci ilin 10-14 noyabr tarixində Bakıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 20 illiyinə həsr edilmiş “Azərbaycan Arxeologiya və Etnoqrafiya elmləri müstəqillik illərində” adlı beynəlxalq elmi konfrans kecirilib. Konfransın işində Qazaxstan MEA müxbir üzvü, A.Marqulan adına Arxeologiya İnstitutunun direktoru Bauerjan Baytanayev, Moldova EA Mədəni İrs İnstitutunun Arxeoloji Mərkəzinin direktoru Oleq Levitski, Gürcüstan Milli Muzeyinin Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Zurab Maxaradze, Rusiya EA müxbir üzvü Rauf Munçayev, Polşanın Yaqellon Universitetinin professoru Yan Xoxorovski, Macarıstan Etnologiya İnstitutunun Humanitar Elmlər Üzrə Tədqiqat Mərkəzinin nümayəndəsi Mihaly Hoppal və digərləri iştirak ediblər… Çox gözəl! Və bu istəklə də gözləmək olardı ki, institutun direktoru Maisə Rəhimova əcnəbi qonaqlara daha çox Qarabağın etnoqrafiyasından və bu bölgədə son 15-20 ildə aparılmış arxeoloji qazıntıların nəticələrindən, xüsusən də Qarabağ Ekspedisiyasının işindən, əldə etdiyi nəticələrdən, bununla da bu torpağa iddia edən, 25 ildir işğalçılıq niyyətindən əl çəkməyən ermənilərin murdar niyyətindən, Qarabağa Rusiya imperatorluğu tərəfindən təxminən 200 ilə yaxındır İrandan və Türkiyədən köçürülmüş ermənilərin bu torpağa tarixən heç bir halda aidiyyətinin olmadığını sübut edən faktlardan danışacaq… Amma Maisə xanım bir kəlmə də olsun danışmayıb. Niyə??? -Bəs hər il Qarabağ Ekspedisiyasına nə qədər vəsait ayrılır? -Niyə ekspedisiyaya göndərilən qrupa ayrılan vəsait ən azı institutun şöbələrində elan edilmir, aşkarlıq təmin edilmir? -Ekspedisiyaya göndərilənlərin kimliyi və sayı niyə məxfi saxlanılır? -Son illər Qarabağ Ekspedisiyanın fəaliyyəti ilə bağlı hansı tutarlı nəticələr əldə olunub, bunlar hansı elmi hesabatlarda, nəşrlərdə öz əksini tapıb? (Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu P.S.Məsələyə aydınlıq gətirilməsi üçün Qarabağ Ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovla telefon əlaqəsi saxladıq. AMEA-dakı iş yerindən bildirdilər ki, ADİU-dadır… Sonra ADİU-nun rəsmi internet səhifəsindəki telefon nömrəisinə zəng etdik… Bildirdilər ki, o, işdə yoxdur… Məmuniyyətlə Hidayət Cəfərovun da mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Dünən, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Dünən, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Dünən, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Dünən, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Dünən, 15:54 |
|
|
|
|