Qaxda yollar niyə hamar deyil... - Yeyinti ittihamı...
Tarix: 5-05-2016, 10:27 | Çap et
Azərbaycanın turizm üçün əlverişli rayonlarından olan Qaxda durum ürəkaçan hesab olunmur. Əhməd Əhmədzadənin nəzarətində olan və qohumları tərəfindən idarə olunan rayonda büdcə vəsaitlərinin göyə sovrulduğu, mənimsənildiyi də kimsəyə sirr deyil.
JAM.AZ xəbər verir ki, rayonun təbii imkanları da yetərli qədər istismar olunmaqdadır. Hətta iş o yerə çatıb ki, İlisu şəlaləsinin qurumaq təhlükəsi yaranıb. Çünki Əhmədzadələr bu şəlalənin ətrafındakı bütün qayalıqları uçuraraq, ondan xırda daşlar kəsdirib, həyətlərinə döşəmə kimi vurdururlar. Bəzi məlumatlara görə, bu dağıntılar şəlalənin ya yatağını dəyişdirəcək, ya da qurumasına gətirib çıxaracaq.
Rayonun əsas problemlərindən biri də yolla bağlıdır. Düzdür, dövlət büdcəsindən bu məqsədlə kifayət qədər pul ayrılıb. Hərçənd Qax rayonu da elə böyük deyil və onun yollarını çəkib, başa çatdırmaq da uzunmüddət vaxt tələb etmir. JAM.AZ xəbər verir ki, külli aləmin bildiyi bu məsələni neçə illərdir 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyova izah etmək qeyri-mümkünə çevrilib. Çünki deyilənlər qəti şəkildə sərf eləmir.
Elə bu səbəbdəndir ki, Qax rayonunda yol problemləri həll olunmur. Məsələn, ötən il döşənmiş asfaltın bir il sonra yenidən təmirə dayandırılması həmin qəbildən olan məsələlərdəndir. JAM.AZ xəbər verir ki, Əhməd Mirzəbəyovun pul qazanmaq üçün düşündüyü planı hazırda da yüksək səviyyədə işləyir.
Qeyd edək ki, Əhməd Mirzəbəyov Qaxın Əmircanlı kəndindəndir. Bu kənd özünün qonaqpərvərliyi, mərdliyi ilə seçildiyi qədər, ambisiyaları, monolitliyi və aqressivliyi ilə də tanınır. Bu kənddə kimin qonaq olmasından asılı olmayaraq, yalnız özünküləri başda otura bilərlər. Düzdür, gələn qonağa zərrəcə sayğısızlıq edilməz, hörməti saxlanılar. Amma yenə də özlərindən önə buraxmazlar.
Bundan başqa, Əmircanlı kəndinin sakinləri bir vəzifəyə keçdikləri təqdirdə, mütləqdir ki, digərlərini də özləriylə aparsınlar. Təbii ki, bu da mahiyyətcə pis xarakter deyil. Amma bir çox hallarda zərər verici tərəfləriylə də diqqəti çəkir. Qayıdaq Əhməd Mirzəbəyov cənablarının fəaliyyətinə. Bu 16 saylı Yol İstismar İdarəsinin rəisi ambisiyalarına görə, həddən ziyadə diqqət çəkən biridir. Onun mətbuata məlumatlar ötürməsi də daha qabarıq şəkildə diqqəti çəkmək istəyindən irəli gəlir. Həmçinin mətbuat orqanlarında özüylə bağlı tərifli yazılar yazdırmaq şakəri də var. Ki, bu da onun özünü gözə soxmaq cəhdlərindən biridir.
JAM.AZ bildirir ki, Əhməd Mirzəbəyov hər nə qədər özünü təriflətdirsə də, Qaxda onunla bağlı düşüncələr tamam fərqlidir. İnsanların ondan yol istədiyi vaxtlarda, bu adam başqa mətləblərdən danışıb, onları başından etməyə çalışır. Çünki hər hansı bir kəndə yol çəkilməsi üçün büdcədən pulun ayrılması yetərli deyil. Bu zaman Mirzəbəyov qaydalarına da riyayət etmək lazımdır. Məsələn, kənd sakinləri mütləqdir ki, pul yığıb, ona versinlər. Yəni, kənd əhalisinin sayından asılı olaraq məbləğ müəyyən edilir və həmin pul yığılıb idarə rəisinə verilir, o da büdcənin puluyla yol çəkir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|