2 saylı Şəhər Klinik Xəstəxanasında özbaşınalıq - ŞİKAYƏT VAR
Tarix: 13-07-2016, 10:06 | Çap et
Bildiyiniz kimi, 2008-ci ildə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğv olunmasına dair müvafiq əmr imzalanıb. Bura ödənişi dövlət tərəfindən həyata keçirilən dərmanların xəstələrə verilməsilə yanaşı, müalicə və müayinə prosesi də daxildir. Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrinin pulsuz tibbi xidmətə keçirilməsi hər il dövlət büdcəsindən səhiyyə sahəsinə kifayət qədər böyük məbləğdə vəsaitin ayrılması ilə izah edildi. Səhiyyə nazirinin sözügedən əmri sosial durumu aşağı olan əhali təbəqəsi üçün çox sevindirici oldu. Lakin verilən əmrdən keçən bu illər ərzində ölkənin səhiyyə sistemində vəziyyət yaxşılaşmaqdansa getdikcə daha da pisləşdi. Misal kimi Sərdar Əjdər oğlu Əsədovun baş həkimi olduğu M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasını göstərmək olar. Gundelik-baku.com-a verilən məlumata görə, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında dözülməz şərait hökm sürür: «M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasındakı sinif otaqları bərbad vəziyyətdədir. Adıçəkilən tibb müəssisəsində yaşanan neqativ halların başında xəstəxananın baş həkimi dayanır. Belə ki, o, vəzifə səlahiyətindən sui-istifadə edərək rəhbəri olduğu səhiyyə ocağını bazara çevirib. O istisnasız olaraq bütün xəstələrdən nəsə umur və bu kimi hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqdadır. Onun bu tip əməllərilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət olunsa da, məlum olmayan səbəblərdən üzündən heç kim baş həkimə heç bir irad tutmur». M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında xəstələrdən fond pulu adı ilə müxtəlif məbləğdə pul yığıldığını qeyd edən mənbənin sözlərinə görə, fond pulu daha çox bu iş üçün ayrılan müvafiq tibb bacıları tərəfindən toplanılır: «Tələb olunan məbləği ödəməkdən imtina edən xəstələr haqqında baş həkimə məlumat verilir. Belə olan hallarda isə həkimin işi həmin xəstəni fond pulu verməyin vacibliyinə inandırmaq və onun «ümumi qayda-qanundan» çıxmasının qarşısını almaq olur. Xəstələr isə hesab edirlər ki, dövlət müəssisəsində belə bir tendensiyanın mövcudluğu rüsvayçılıqdır. Hələ bu, harasıdır M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında adi təzyiq ölçməyə görə 5-10 manat pul istəyirlər. Guya pulsuz xidmət göstərməli olan xəstəxanada pambığı belə, pulla verirlər. M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında iynə vuran tibb bacısından tutmuş süpürgəçisinə kimi hər kəsə pul verməlisən. Əks təqdirdə sizinlə çox pis rəftar edəcəklər. Ümumiyyətlə, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanası baxımsızlıqdan əziyyət çəkir. Onun xarici görünüşü heç də ürəkaçan deyil. Elə giriş qapısının çox pis vəziyyətdə olması xəstəxananın daxilindən xəbər verir. Xəstəxanadakı çarpayılar da bərbad vəziyyətdədir. Bu tibb müəssisəsinin su-kanalizasiya, istilik sistemi yox səviyyəsindədir. Vaxtı keçdiyindən su boruları çürüyüb. Mərkəzləşdirilmiş istilik sisteminin olmamasına görə şöbələr qızdırılmır. Tibb texnikasının köhnəliyi və yoxluğu müşahidə edilir. Məsələn, anesteziya aparatı, eləcə də əməliyyat masası artıq istifadə müddətini çoxdan başa vurub. Elə bu səbəbdən də əməliyyatlar bir o qədər də uğurlu nəticə vermir». Məlumatlı şəxsin iddiasına görə, bu gün əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərməkdən ötrü M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasının müasir avadanlıqlara, ultrasəs aparatına, qastrofibroskopa, süni tənəffüs aparatına, cərrahi avadanlıqlara, müasir mini laboratoriyalara ciddi şəkildə ehtiyacı var: «Xəstəxananın əməliyyat bloku, reanimasiya və digər şöbələrin əsaslı təmiri lazımdır. Əksər tibbi avadanlıqlar müasir tələblərə cavab vermir. Xəstəxananın rentgen aparatına da ehtiyacı var. Əməliyyat blokunda, reanimasiya şöbəsində tibbi aparatlara ehtiyac var. Doğum şöbəsi də bərbad vəziyyətdədir. Məhz elə buna görə də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi keyfiyyətsiz və aşağıdır». Xəstəxanada mövcud olan digər problemlərlə bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|