Ağstafada səhiyyədə özəl qaydalar... - Kim kimədir...
Tarix: 14-07-2016, 11:13 | Çap et
Qəzetimizin ötən saylarında Ağstafa rayon səhiyyə sisteminin son vaxtlar olduqca ağır duruma düşməsinin bəzi səbəblərinə dair tənqidi materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda mənbələr bir çox problemlərin Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) keçmiş baş həkimi Elşad Məmmədovdan miras qaldığını bildirirlər. Digər tərəfdən də RMX-nın indiki baş həkimi İlham Mustafayevin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmir. Qeyd etmək lazımdır ki, rayondan aldığımız məlumatlarda Ağstafa səhiyyə sisteminin ən zəif nöqtələrindən birinin də RMX-nın doğum şöbəsi olduğu vurğulanır. Bildirilir ki, əslində bu şöbə artıq bir neçə müdətdir ki, Ziba Məmmədovanın ailəsi tərəfindən faktiki olaraq “özəlləşdirilmişdir” və indinin özündə də ailə podratı prinsipi ilə idarə olunmaqdadır.
Məlum olduğu kimi, şöbənin keçmiş baş həkimi Ziba Məmmədova hələ iki il əvvəl şöbədə baş vermiş ölüm hadisəsindən sonra işdən azad olunmuşdu. Qeyd edək ki, həmin vaxt bu hadisə barədə ölkə mətbuatında dərc olunmuş məlumatlarda ətraflı açıqlamalar da təqdim edilmişdi: “Doğum şöbəsinin həkimləri baş həkimin “planı”nı doldurmaq üçün xəstələrə normal xidmətdən yayınmağa başlamışlar. Bu isə ağır fəsadlara yol açıb. Martın 2-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında 1988-ci il təvəllüdlü Təranə Əhmədova qeyseriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Martın 3-də isə, ana dünyasını dəyişib. Bundan sonra Səhiyyə Nazirliyi işə müdaxilə edib. Baş vermiş ölüm hadisəsi təhlil edildi. Ciddi nöqsanlar üzə çıxdı. Nazirliyin Doğumayardım komissiyası iclas keçirdi və qərar qəbul etdi. Doğum şöbəsinin müdiri Ziba Məmmədova tutduğu vəzifəsindən azad edildi. Digər bir neçə həkimlərə xəbərdarlıq olundu, töhmət verildi...” Qeyd edək ki, əldə etdiyimiz məlumatlarda Təranə Əhmədovanın Poylu bələdiyyəsi sədrinin gəlini olduğu bildirilir (bir daha Allah rəhmət eləsin!).
Lakin bununla məsələ bitmədi. Bir müddət sonra, bir başa Səhiyyə nazirinin əmri ilə işdən çıxarılmış Ziba Məmmədovanın yerinə, nazir müavini Nigar Əliyevanın səyləri nəticəsində, Ziba xanımın doğma bacısı Aidə xanım təyinat aldı. Buna qədər isə, Ziba xanım həmin şöbədə həkim-ginekoloq kimi çalışırdı. İndi isə, bacılar sadəcə olaraq yerlərini dəyişiblər. Yəni Ziba Məmmədova artıq həkim-ginekoloq, Aidə xanım isə, baş həkim vəzifəsini daşıyırlar. Lakin mənbələrin bizimdovr.az-a verdiyi məlumatda deyilir ki, şöbənin faktiki olaraq idarə olunması, indinin özündə də Ziba Məmmədova tərəfindən həyata keçirilir. Bu xüsusda mənbələr iddia edirlər ki, bacılar doğuşların qəbulunda əsil monopoliya yaradıblar. Belə ki, burada doğuş üçün konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. İndi isə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin “tarixi” barədə ən maraqlı bir faktı diqqətinizə çatdırmağn əsil vaxtıdır. Sizcə, Ziba Məmmədovadan əvvəl bu şöbəyə rəhbərlik edən şəxs kim olub? Bəlkə də, daha diqqətli oxucularımız yazının əvvəlində işlətdiyimiz “əslində bu şöbə artıq bir neçə müdətdir ki, Məmmədovlar ailəsi tərəfindən faktiki olaraq özəlləşdirilmişdir” ifadəsini nəzərə alaraq, bu sualın cavabını artıq təxmin ediblər. Əlbəttə ki, başqa variant ola da bilməz. Ziba Məmmədovadan əvvəl bu şöbəyə rəhbərlik edən şəxs onun doğmaca anası olub. Göründüyü kimi, redaksiyamıza açıqlama verən mənbələrin şöbənin “özəlləşdirilməsi” barədə səsləndirdikləri fikirlər heç də əsassız deyil...
Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|