Terrorun gülən üzü ağlar qaldı - Azərbaycan şəbəkəsinin gizlinləri
Tarix: 22-07-2016, 18:18 | Çap et
Türkiyədə çevrilişə uğusuz cəhddən sonra nurçuların Azərbaycandakı şəbəkələrinin də son dayaqları artıq çökdü. Görünən budur ki, iki gün öncə Fətullahçıların Azərbaycanda ən nüfuzlu dayağı hesab olunan Qafqaz Universiteti ləğv edildi. Təhsil Şurasının qərarı ilə bu ali məktəb Ali Neft Məktəbinin balansına verildi.
Hafta.az bu şəbəkənin Azərbaycandakı strukturları barədə daha əvvəllər də araşdırmalar aparıb. Mövzunun aktuallığını nəzərə alaraq “terrorun gülən üzü”nün Azərbaycandakı fəaliyyəti, şəbəkə strukturu haqqında əldə etdiyimiz məlumatları oxucuların diqqətinə çatdırmaq qərarına gəldik.
Azərbaycanda ən böyük nurçu şəbəkəsi- Qafqaz Universiteti… İlk olaraq qeyd edək ki, Qafqaz Universiteti bu şəbəkənin Azərbaycandakı ən böyük “düşərgəsi” sayılırdı. Hətta binanın proyektinin“F” hərfi formasında inşa edilməsini də şəbəkə başçısı Fətullah Gülənlə əlaqələndirənlər də az deyildi. Müsahibələrimin birində keçmiş nurçulardan biri də bunu təsdiqləmişdi.
Qafqaz Universitetindən din anlayışı olmayan və ya “Araz” kurslarından bu icmaya rəğbətləndirilən (tovlanan) gənclər isə əvvəlcə universitet yataqxanasına qəbul edilirmiş. Araşdırma nəticəsində öyrəndik ki, əvvəlcə universitetə qəbul olan, sonra da aşağı qiymətlərlə yataqxanada qalmağa sövq edilən bu gənclər sonradan yataqxanadan çıxarılırmış. Əslində onları nurçu “abi”lər bu müddət ərzində “nur evləri” adlı 5-6 nəfərlik kamplara hazırlayırmışlar.
“Nurçuluğa hazırlıq” kampları… Bir zamanlar belə evlərdə qalanlar bildirir ki, bu kamplar üçün şəhərin mərkəz yerlərində, xüsusən də metrostansiyalara yaxın ərazilərdə aylıq kirayəsi 600-1000 manat arası kirayə evlər tutulurdu. Tələbələr isə maksimum halda ev kirayəsinin 400-500 manatını ödəyə bildiklərini deyirdilər. Çünki həmin tələbələrin böyük əksəriyyəti imkansız əyalət uşaqları olurdu. Rayonlarda dini təbliğatın paytaxta nisbətən zəif getdiyini dərk edən “nurçu böyük”lər bununla gənclərin daha tez ram ediləcəyini düşünürmüşlər. Sual olunur, ev kirayəsinin bəs qalan məbləği kim ödəyirmiş? Bu suala da elə keçmiş nur evlərində qalan tələbələr cavab veriblər. Bu pullar nurçu iş adamlarının camaat daxilində “himmət” adlandırılan yardımları vasitəsi ilə ödənilirmiş. Üstəlik maddi imkanları zəif olan bu gələcək nurçuların soyuducularının daima ərzaq və meyvə-tərəvəzlə dolu olduğu bildirilir. Nurçu şəbəkəsi qidalanmaya xüsusi fikir verirlər. Lakin şəhvani hissləri cilovlamaq üçün camaatdaxili qaydalara əsasən nisbətən yüngül kalorili yeməklərdən istifadə olunub.
Həmçinin qeyd edək ki, bu cür evlər "Memar Əcəmi”, "Gənclik” və "Nərimanov” metrostansiyalarının yaxınlığında daha çox üstünlük təşkil edir.
İcmaya yeni üzvlər necə gətirilir? Adının açıqlanmasını istəməyən nurçu evlərində qalmış bir gəncin sözlərinə görə, bunun üçün hər həftə sonu və ara günlər xüsusi “diplomatiyadan” istifadə olunur. Onlar ya “imtahana birgə hazırlaşmaq” adı ilə “caamat” ailəsindən kənarda qalmış şəxsləri dəvət edirlər, ya da ki, “yemək yemək”, “çay içmək”, “futbol oynamaq” bəhanəsi ilə icmaya yeni insanların gətirilməsinə nail olurlar.
“Nurçu” qruplaşmasının şəbəkə şistemi və idarə olunması Xatırlayırsınızsa, nurçuluqla bağlı ötən yazılarımızın birində bu məsələyə toxunmuşduq. Nurçu şəbəkəsinin bütün dünyada yalnız bir idarəetmə forması var. Türkiyədə “hörümçək toru” adlanan bu şəbəkəni aşağıdan yuxarıya bu cür sıralamaq olar. Ev camaatı – bu evin əhli-beyti adətən 4-6 nəfərdən ibarət olur. Evdə Səid Nursinin və Fətullah Gülənin kitablarının oxunması üçün gündəlik proqramlar tutulur. Tələbələrə isə bu şəxslərin içindən seçilmiş “ev abisi” nəzaərt edir. Abini daha yuxarı “konsey” seçir. Evin “qardaş ev” adlı dayaq məntəqəsi də var ki, burada adətən iki ev birləşərək birgə oxu kampları təşkil edir, yeni tələbələrin camaata cəlb olunması üzrə iş aparırlar. Oxu kampları isə adətən universitetlərdə tətil başlayanm aralıqda daha ağır olduğu da bildirilir. Belə ki, adi günlərdə 3-4 saatlıq “nur” kitabları oxuyan tələbələr yay və qış tətillərində 11-12 saat Səid Nursinin “Risaleyi-nur”larını oxuyurlarmış. Ev sitemindən daha üst isə “səmt” sistemidir. Səmtdə adətən 5-6 ev olur ki, bu evlərə “səmtçi” adlanan şəxs nəzarət edir. “Səmtçi”nin tabeliyində olan evlərin əskiklərini qarşılamaqla məşğul olduğunu öyrəndiklərimiz arasında olan maraqlı informasiyalardandır. “Səmtçi” həm də “ev” və “səmt” evlərində kamplar zamanı camaat üzvlərinin neçə səhifə kitab oxuduğu haqda siyahı tutub, həm də ev abilərindən həftəlik hesabat tələb edən şəxsdir. Əldə etdiyimiz bilgilərə görə, “Səmtçi”lərə isə “bölgəçi” adlanan rəhbərlər nəzarət edirlər. “Bölgəçi”lərin nəzarətində 20-25 arası evin olduğu da əldə edilən məlumatlar arasındadır. Bölgəçilərə isə “ölkəçi” adlanan daha böyük şəxslər rəhbərlik edir ki, həmin insanlara isə siravi camaat üzvünün yaxınlaşması, onu tanıması qeyri-mümkündür.
Sistem daxilində şəxslərin və yaxud əşyaların "kod” adları… Bütün bu qol-budaqlar öz aralarındakı müzakirələri "istişarə” adlandırırlar. İstişarədə tez –tez dəyişdirilən müəyyən kod sözlərdən istifadə olunur. Polis və ya hüquq-mühafizə orqanlarının telefon danışıqlarını dinləməməsi üçün hətta istişarə zamanı telefonlar“daşları” çıxarılaraq başqa bir otağa yğılır. Gələn gizli kodlara. Fətullah Gülənə “hoca əfəndi”, onun ustadı hesab edilən Səid Nursiyə “ustad” deyirlər. Səid Nursinin kitabını gətirin deyəndə? "Ustadın balını gətirin” deyirlər. Dini, qadağan olunmuş kitabın kod adına "bal” deyirlər. Bundan başqa hər həftə herkul.org saytından F.Gülənin həftəlikm çıxışlarının videoyazısı məcburən cammat üzvlərinə izlədilir. Həmin videonun adı isə “bam teli”dir. “Telefon” – mikrofon, video disk- “dərman” adlandılıbmış.
Sistemin nəşrləri… Sistemin kitabları Türkiyədə “Tuna”, Azərbaycanda isə “Xəzər” nəşriyyatında çap edilirmiş. Fətullah Gülənin təhsisçisi olduğu “Sızıntı” (türkcə-T.T) və “Ailəm” (azərbaycanca –T.T) jurnalları isə məcburi olaraq hər kəsə oxutdurulurmuş. Bundan başqa “Zaman” qəzeti də nurçu qruplaşmasının əsas media orqanı hesab edildiyi haqda məlumatlar əldə etdik. Qeyd edək ki, 1992-ci ildən “Zaman – Azərbaycan” adı ilə çıxan bu gündəlik qəzetin də 2 gün öncə bağlandığını elan edildi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|