Gədəbəyin XANI nə istəyir onu da edir... - NARAZILIQ VAR...
Tarix: 2-08-2016, 10:32 | Çap et
Artıq xeyli müddətdir ki, “Gündəm Xəbər”in hər sayında gədəbəyli sahibkarların problemlərindən bəhs olunur, onların üz-üzə qaldıqları haqsızlıqların, süründürməçilik amillərinin tüğyan etməsi və s, aidiyyəti qurumların diqqətinə də çatdırılır. Amma atılan addımlara baxmayaraq, hələ də əksər sahibkarların problemləri həllini tapmır ki, tapmır. Bütün bunlara səbəb, təqribən dörd il bundan əvvəl Ramiz Yediyarovun Gədəbəy rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi oldu. Bir anlığa olsa belə ötən illərə nəzər salıb görək ki, bu illər ərzində nələr dəyişdi, nələr dəyişmədi. Nələr dəyişmədisə də, dəyişən təqribən 43 nəfər sahibkara məxsus obyektlərin heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan altüst edilməsi oldu. Atılan addımların icrası Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Şahbaz Bayramova həvalə olunduğundan, o, verilmiş fürsətdən yararlanaraq çox şeyləri dəyişdirdi. Məsələn, əslən Gədəbəydən olan və uzun illər ərzində rayonun mərkəzi ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Oqtay Qaraoğlu bizimlə söhbətində bildirir ki, “mənim rayonun M.Quliyev küçəsində yerləşən və 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan tarmar edilən 38,5 kvm-lik obyektim, icra başçısının şifahi tapşırığı, Şahbaz Bayramovun isə əməli addımları nəticəsində yoxa çıxarıldı. O, halda sual oluna bilər ki, icra başçısının və şəhər icra nümayəndəsinin heç bir məhkəmə qərarı olmadan atdıqları addımların hüquqi əsası varmı? Əlbəttə ki, yox! Belə bir səbəblər üzündən də, sökütü-dağıntı işlərini həyata keçirmiş Şahbaz Bayramovla bağlı, bu gün hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etmək barədə düşünürəm. Ötən 17 ay ərzində üz-üzə qaldığım problemlərin həlli ilə bağlı, əksər dövlət qurumlarına şikayət ərizələrimi, müraciətlərimi, teleqrammalarımı ünvanlasam da, hələ də heç bir nəticəsi yoxdur. Düzdür, dövlət qurumları ünvanladığım şikayət ərizələrimi qəbul edirlər və tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına da göndərirlər. Amma, həmin qurumdan problemin həlli ilə bağlı hər hansı addım atılmır, hətta göndərilmiş məktublara hər hansı cavab da verilmir. Onu da qeyd edim ki, icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərovun mənimlə bağlı qərəzli mövqe tutması, göndərilmiş məktublara cavab verilməməsinə səbəb olan əsas amildir. Bu da rayon rəhbərliyinin həyata keçirdiyi idarəçiliyin mahiyyətini müəyyən etməyə əsas verir. Amma, Ramiz Yediyarov keçirilən toplantılarda müəyyən açıqlamalar verib deyir ki, “o, Oqtay Qaraoğlu xəstədir, müxalif düşüncə tərzi olan bir şəxsdir”. Belə olan halda istəyim odur ki, KİV nümayəndələrinin iştirakı ilə bir çəkiliş həyat keçirim və məndə olan qəbzləri də nümayiş etdirim. O halda qoy hər kəs xəbərdar olsun ki, Gədəbəydə icra hakimiyyəti aparatı başda olmaqla, digər dövlət qurumlarının fəaliyyəti sanki fəaliyyətsizlikdən başqa bir şey deyil”. Oqtay Qaraoğlu onu da vurğulayır ki, “mən 19 iyulda PA-da Dövlət Nəzarəti Şöbəsinin müdiri cənab Eldar Nuriyevin müavinin qəbulunda oldum və üz-üzə qaldığım problemlərin varlığını, həmin şəxsin diqqətinə də çatdırdım. Bu gün qarşı tərəfdən cavab gözləyirəm, əgər mənə verilmiş vədlər həllini tapmazsa, o halda xarici ölkələrdən birinə üz tutmaq məcburiyyətində qalacağam. Çünki, bəzi sahibkarların problemləri həllini tapsa da, nədənsə bizim ailəyə məxsus problem həllini tapmır ki, tapmır”. Ümumiyyətlə, gədəbəyli sahibkarlara məxsus problemlərin nə həddi, nə də ki, hüdudu bilinir. Məsələn, verilən məlumatlarda o da bildirilir ki bir sahibkara məxsus obyekt var idi ki, həmin obyekt standarta uyğun inşa olunsa da, çox keçmədi ki, Ramiz Yediyarovun vermiş olduğu şifahi tapşırıq əsasında altüst edildi. Həmin an ələ düşmüş şəraitdən bacarıqla yararlanan maliyyə idarəsinin müdiri Namiq Məmmədov, çox keçmir ki, təqribən 70 ədəd şam ağacının ömrünə “hökm” oxutdurur və yaşıllıqlardan təmizlənmiş ərazidə özünə yaxın bildiyi bir şəxsin adına “Çay evi” də tikdirir. Digər bir olay isə, bugünkü “Kredit Bank”ın yerləşdiyi ərazidə kasıb bir şəxsə məxsus obyektin olması və həmin obyektin də, icra başçısı tərəfindən darmadağın etdirilməsidir. Maraql haldır ki, altüst edilən həmin obyektin yerində də, Namiq Məmmədov özünə “Kredit Bank” inşa etdirib. Rayonun giriş hissəsində fəaliyyət göstərən və tikinti materiallarının satışı ilə məşğul olan bir neçə mağazanın da ağır texnika ilə darmadağın etdirilməsi, az sonra isə, həmin sahibkarların özlərinə tikdirilməsi, bu gün Gədəbəydə yaşanan reallıqlardır. Yaşanan olaylarla bağlı o halı da vurğulayaq ki, Gədəbəydə qanunsuzluğa söykənən və atılan hər bir addımın kökündə, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun bu və ya digər formada izi olur. Onun belə bir addımlar atmasına səbəb, Maliyyə Nazirliyində söz sahiblərindən biri olan Azər Bayramov faktorunun varlığıdır. Çünki, verilən məlumatlarda o da bildirilir ki, Namiq Məmmədovun aylıq gəlirinin müəyyən hissəsi hər ay ünvan üzrə, yəni Azər müəllimin “mini büdcə”sinə çatdırılır. Ətraflı növbəti sayımızda.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|