Balakəndə güclü külək büdcə vəsaitlərini “havaya sovurdu” - Yeyinti ittihamı...
Tarix: 11-08-2016, 11:23 | Çap et
Məlum olduğu kimi, iyul ayının 22-də ölkənin şimal-qərb bölgəsində güclü küləklə müşayiət olunan leysan yağışlar yağıb. Külək Zaqatala, Şəki rayon mərkəzlərinə və bir neçə kəndə ciddi ziyan vurub. Həmçinin güclü külək Balakən rayonunda da bir sıra fəsadlara yol açıb. Məlumatlara görə, rayon mərkəzində və 17 kənddə 400-dən çox fərdi yaşayış evinə, 150-dən çox yardımçı tikiliyə, sahibkarlıq obyektlərinə, inzibati binalara və məktəblərə ciddi ziyan dəyib. Həmçinin daha çox fərdi yaşayış evlərinə ziyan dəymiş kəndlərdən biri də məhz rayonun Talalar kəndidir. Bu xüsusda redaksiyamıza məlumatı təqdim edən mənbə bildirir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası tərəfindən evlərə dəymiş ziyanın miqdarı müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində artıq konkret işlər də görülür. Lakin, mənbənin iddiasına görə, yerli icra orqanları tərəfindən bu işlərin həyata keçirilməsində ciddi qanun pozuntularına yol verilir. Belə ki, Talalar kəndinin bəzi sakinləri bizimdovr.az-a müraciət edərək, yerli qurumların zərərrçəkənlər arasında ayrı-seçkilik etmələrindən şikayətlənirlər. Onlar iddia edirlər ki, kənddə qasırğanın dağıtdığı evlər qala-qala, azca ziyan çəkənlər təmir olunur. Sakinlər Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Məhəmməd müəllimi və onun müavini olan Qurban müəllimi saxtakarlıqda, sakinlərə paylanmaq üçün verilmiş inşaat materiallarını satmaqda ittiham edirlər. Aldığımız açıqlamada deyilir: “İcra nümayəndəsi və onun müavini komissiyanın qərarına düzgün əməl etmirlər. İcra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Azad Balayev açıq-aşkar bəyan etdi ki, ziyan dəymiş bütün evlər təmir olunacaq. Lakin icra nümayəndəliyi təmir ediləcək evləri özü seçir. İstədikləri evi təmir edirlər, istəmədiklərini etmirlər. Kəndə şifer gətirdilər ki, evlərin damları yığılsın. Bunlar isə, şiferin bir hissəsini satmağa başlayıblar. İradımızı bildirəndə də deyirlər ki, guya fövqəladə hallar komissiyasının qərarı ilə evlərin hamısı təmir olunmalı deyil...” Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi ilə telefon əlaqəsi də saxlayıb. Lakin söhbət əsnasında icra nümayəndəsinin müavini Qurban müəllim həqiqətən də məsuliyyəti fövqəladə hallar komissiyasının sədri Azad Balayevin üzərinə cəhd göstərdi. Onun sözlərinə görə, kəndə göndərilən şifer dam örtüyü əslində tələb olunandan azdır və bütün evlərin təmiri üçün nəzərdə tutulmayıb. Lakin nədənsə Qurban müəllimin səmimiliyinə dair bizdə ciddi şübhələr yaranıb. İlk növbədə ona görə ki, redaksiyamıza daxil olan məlumatlarda fövqəladə hallar komissiyasının və şəxsən komissiyanın sədri, Balakən RİH başçısının müavini Azad Balayevin yaranmış vəziyyətdə gördüyü tədbirlərə qarşı elə bir ciddi iradlar irəli sürülmür. Digər tərəfdən isə, əgər həqiqətən kəndə göndərilən materiallar tələb olunduğundan əskik olubsa, o zaman satışa çıxarılan şifer hardan peyda olub?
İstənilən halda, məsələyə Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də şəxsən cənab Azad Balayev tərəfindən aydınlıq gətirilməsi həm Talalar kənd sakinlərinin, həm də bizim bir çox suallarımızı cvablandırmış olardı.
Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini əks etdirə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|