Dəmir Yollarında böyük maxinasiya: - diplomsuz stansiya rəisi iş adamlarını necə soyur?
Tarix: 19-10-2016, 11:22 | Çap et
Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunmasından sonra bu sahədə ciddi irəliləyişlər müşahidə olunmağa başladı. Qısa müddətdə Azərbaycanın tranzit layihələrinə qoşulması işləri sürətləndirildi. Bu sahədə Prezident İlham Əliyevin etimadını layiqincə doğruldan Cavid Qurbanovun şəxsi təşəbbüslərinin nəticəsində Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətlərində dəmir yollarının birləşdirməsi məsələsi artıq həllini tapmaq üzrədir. İşlədiyi 18 ay ərzində yeni sədr dəmir yolları sistemində əvvəlki rəhbərliyin yol verdiyi nöqsanları da çəkinmədən ictimailəşdirməklə “Azərbaycan Dəmir Yolları” QSC-ni şəffaf bir quruma çevirmək istəyini ortaya qoyubdur. Cavid Qurbanov ona qədər dəmir yollarındakı vəziyyəti qısaca belə təsvir etmişdi: “Mən əvvəllər də “Azərbaycan Dəmir Yolları” QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, mən yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Mən bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum. "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olunan zaman burada lokomotiv parkı yox dərəcəsində idi. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”. Bütün bunların fonunda “Azərbaycan Dəmir Yolları” QSC-də hələ də əvvəlki təfəkkürlə işləyən rəhbər vəzifəli şəxslər var ki, görülən işlərə gölgə salmaqla məşğuldurlar. AzToday.az-a daxil olan məlumatlara görə, “Azərbaycan Dəmir Yolları” QSC-də stansiya rəisi işləyən şəxslərdən birinin ali təhsili belə olmadığı iddia edilir. Məlumatda bildirilir ki, Daşburun stansiyasının rəisi Mehdiyev Tural İlham oğlu ali təhsil almadığı halda rəis işləməkdə davam edir. Daşburun stansiyasının müsahibi Həsənov İlqar Böyükkişi oğlunun da Tural Mehdiyevin yaxın qohumu olduğu məlumatda əksini tapıb. Maraqlıdır ki, yaxın qohumların bir yerdə işləməsinə qanun icazə vermədiyi halda diplomu olmayan Tural Mehdiyev illərdir bu cür fəaliyyət göstərməkdədir. Səbəb kimi o göstərilir ki, stansiya rəisi etdiyi maxinasiyaları özünün etibarlı adamı İlqar Həsənovun əliylə görür. İki qohumun baş-başa verib, Daşburun stansiyasında dövlətə və sahibkarlara fırıldaq gəldikləri iddia olunur. Belə ki, məlumatda yüklərini daşımaq istəyən iş adamlarına Daşburun stansiyasından verilən çeklərdə qiymət 5 dəfə artıq göstərildiyi bildirilir. “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən maliyyə sənədlərində isə həmin məbləğ iş adamlarına verilən çeklərdə göstərilən rəqəmin 20 faizi həcmində əksini tapır. Heç bir sahibkarın onlara Daşburun stansiyasında verilən çeklərdəki məbləği “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən çekin "kopya"sı ilə üzlaşdırmağa həvəs göstərməməsi Tural Mehdiyev və İlqar Həsənov cütlüyünün işinə yarayır. Dövlətdən böyük həcmdə maxinasiya edən cütlüyün qiymətlərdən narazı qalan iş adamlarını müxtəlif üsullarla "yola" gətirdikləri bildirilir. Bu isə o deməkdir, hər bir sahibkarın Daşburun stansiyasında şərti olaraq verdiyi 100 manatın 70-80 manatının İlham Mehdiyev və İlqar Həsənova çatdığının fərqində olmur. Mənbə qeyd edir ki, Daşburun stansiyasında böyük həcmdə vəsaitlər dövlətdən gizli olaraq mənimsənilməkdədir. Mənbənin sözlərinə görə, Daşburun stansiyasının təkcə bir illik fəaliyyəti araşdırılsa böyük maliyyə maxinasıyalarının üstü açılacaq. Mənbə Daşburun stansiyasında baş verənlərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbəri olmadığını, əks təqdirdə tədbirlər görəcəyini də sözlərinə əlavə edir. Daşburun stansiyasında baş verən maliyyə maxinasiyaları ilə bağlı məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
|