Oğuzun icra başçısından əcaib hərəkət - ŞİKAYƏT VAR
Tarix: 1-11-2016, 10:19 | Çap et
Redaksiyamıza Oğuz şəhəri, Səməd Vurğun küçəsi 2-də yaşayan Xosalı köçkünü Quliyeva Tamella Həsən qızının dövlət başçısı İ.Əliyevə ünvanlı müraciəti daxil olub. Müraciətdə deyilir:
«Çox hörmətli cənab Prezident! Siz daim məcburi köçkünlərin qayğısını çəkirsiniz. Dəfələrlə rəsmi çıxışlarınızda məmurlara məcburi köçkünlərin qayğısına qalmalarını, problemləri ilə maraqlanmalarını tapşırmısınız. Mən də Xocalıdan məcburi köçkünəm, üç qız anasıyam. Övladlarımı dövlətin qayğısı sayəsində tərbiyə edirəm, oxuduram. 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə onlara məxsus Oğuz şəhər Səməd Vurğun küçəsində yerləşən binaya köçüb və bu günə kimi orada yaşayırıq. Hətta bir neçə ay icarə haqqı da ödəmişəm. 2016-cı il yağmurlu keçdiyindən yaşadığımız evə damdan su axmağa başladı. Özümün imkanım olmadığından qohumlarımdan və yaxınlarımdan evin damını təmir etdirmək üçün borc pul aldım. Fikirləşdim ki, sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsi, yaxud «Qaçqınkom» tərəfindən vəsait ayrılar, mən də başqalarından aldığım borcu ödəyərəm. Beləliklə, başqalarından aldığım borcla yaşadığım evin damını təmir etdirdim. Sonra mən «Qaçqınkom» və Oğuz rayon İcra Hakimiyyətinə müraciət etdim. Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən iki nümayəndə gəlib aparılan təmir işinə baxdılar, şəkillər çəkib, təmirə sərf olunan materialların sənədlərini özləri ilə apardılar. Bir müddətdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən mənə məktub gəldi ki, təmirə sərf olunan xərci Nazirlər Kabinetinin 1999-cu il 200 №-li qərarının 6-cı bəndinin tələblərinə əsasən, yerli icra hakimiyyəti ödəməlidir. Bu məzmunda məktub «Qaçqınkom»dan da gəldi. Çox təəssüflər olsun ki, Oğuz rayon İcra Hakimiyyəti 07.09.2016 və 04.10.2016-cı il tarixli rəsmi məktubları ilə bildirdi ki, mənə heç bir köməklik edə bilməz. Səbəb də budur ki, guya qəzalı binanı özbaşıma təmir etdirmişəm. Hörmətli cənab Prezident! Qeyd etdiyim kimi, mən Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə həmin binaya köçürülmüşəm. Əgər həmin bina qəzalı olsaydı, məni və üç övladımı buraya köçürməzdilər. Eyni zamanda, Oğuz rayon İcra Hakimiyyəti də bizim həmin binaya köçməyimizə icazə verməzdi. Hörmətli cənab Prezident! Axı mən nə pis iş tutmuşam ki, bu məmurlar mənə köməklik etməkdən yayınmaq üçün müxtəlif bəhanələr gətirirlər?! Onların bu hərəkəti bir ana kimi mənə qarşı yalnız hörmətsizlikdir, xüsusilə də Oğuz rayon İcra Hakimiyyətinin atdığı addım. Budurmu ölümün caynağından sağ qurtulan beş-üç Xocalı sakininə edilən diqqət, qayğı?! Demirəm ki, bu məmurlar dəyəri milyonlarla öçülən öz villalarından birini də tikib mənə versinlər. Sadəcə, təmirə xərclədiyim borcu ödəmək üçün mənə yardım etsinlər. Çünki borc sahibləri ilə üzləşəndə utanıram, xəcalət çəkirəm. Yerli məmurlar isə mənə kömək etmək əvəzinə, məsələni bir-birilərinin üzərinə atırlar. Çox hörmətli cənab Prezident! Ümidim yalnız Sizə qalıb. İnanıram ki, məhz Sizin göstərişiniz sayəsində problemim həllini tapacaq». *** Məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.\\Təzadlar Qəzeti\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
|