1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                     "Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                 

“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə... - İtstintaqa nələri deyib?
Tarix: 12-11-2016, 12:02 | Çap et
“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə...
Tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi bilinən İsfəndiyar Axundov “MTN işi”nə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun ittiham olunduğu epizodlarından birində İ.Axundov dindirilib.

İttihama görə, A.Çovdarov 2008-ci ildə Bakıda hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan “Azərtikinti-ATF” məhdud məsuliyyətli cəmiyyətinin direktoru Azər Quliyevi hədələyərək ondan külli miqdarda pul alıb.

Belə ki, A.Quliyev barəsində hər hansı rəsmi şikayət və araşdırma olmadan Çovdarovun əmri ilə MTN-ə aparılaraq 8 saat saxlanılıb və bir neçə biznesmenə borcu olması, şirkətinin inşa etdiyi binalarda eyni mənzili bir neçə adama satması bəhanələri ilə həbs ediləcəyi barədə hədələnib. A.Çovdarov bu hədələrinin reallaşmaması üçün Azər Quliyevdən 1 milyon 200 min dollar pul tələb edib. A.Quliyev inşa etdiyi binalardan birində Çovdarov üçün 2 mənzil ayıracağına söz verib və həmin ilin mart ayında Xudu Məmmədov 34 ünvanındakı binadan dəyəri 62 860 AZN və 115 500 AZN olan mənzilləri Çovdarova verib. General isə bir il sonra mənzillərdən ucuz olanını satıb, digərini isə Novxanıda bağ evinin bağbanı Elxan Həsənovun adına rəsmiləşdirib. Sonradan isə A.Quliyevdən 15 min dollar nağd pul alıb.

Zərərçəkmiş A.Quliyev istintaqa ifadəsində deyib ki, “Orxan” MMC ləğv edilmiş MTN-nin işlər idarəsinin şirkəti olub: “Bütün bunlar həmin idarənin rəisinin tapşırığı ilə olub. 2007-ci il Aqil Axundov Qazaxıstanda yaşayan Canpolad adlı şəxsdən 1 milyon 200 min dollar alaraq hündürmərtəbəli bina tikintisinə cəlb etdiyini dedi. Bir müddət sonra zəng edib həmin adamın mənə sualı olduğunu dedi. Tanımadığım adam “Aqil deyir pul sənə çatmayıb, düzdür?” deyə soruşdu, mən də təsdiqlədim. Sonra bildim ki, Aqil o pulu başqa tikintiyə cəlb edib. Üç-dörd ay sonra Aqil mənə zəng edib MTN-ə gəlməli olduğumu dedi. Mən “MTN-də heç bir işim yoxdur” deyib telefonu söndürdüm. Sonra yenə zəng gəldi, danışan adam özünü Akif Çovdarov kimi təqdim etdi. MTN-ə getdim, orada məni hədələdilər. Heç kimdən pul almadığımı dedim. “Rəhbərliyə bu formada məruzə etməyimiz üçün iki mənzil verməlisən” dedilər, razılaşdım.

Sonradan Aqil Axundov mənə dedi ki, tələb olunan pulu o MTN-ə verib. Mən də buna görə verdiyim mənzilləri geri istədim, razılaşdılar. Bunun əvəzində yenə məndən 20 min dollar istədilər, 15 min verəcəyimi dedim və verdim. Lakin mənzilləri də qaytarmadılar”.

Bu epizod üzrə şahid qismində dindirilən İsfəndiyar Axundov bildirib ki, Azər Quliyevin şirkəti “Azərtikinti ATF”in inşa etdiyi binalarda eyni mənzillərin bir neçə şəxsə satılmasına görə zərərçəkmişlərə dəyən ziyanı özü ödəyib: “Azər Quliyevi 2007-ci ildən tanıyıram. O zamana “Orxan” MMC-nin direktoru Alim Əlizadə ilə Azər Quliyev arasında belə bir anlaşma olub ki, "Orxan" MMC Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə yüksək mərtəbəli binaların inşası üçün ayrılmış torpaq sahəsində olan tikintisi yarımçıq qalmış dörd ədəd 16 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsini və tikintiyə icazə verilməsi üçün nəzərdə tutulmuş bütün sənədləri qaydasına salmalı, “Azərtikinti ATF” isə həmin yarımçıq binaların tikintisini tamamlayaraq təhvil verməli və bundan sonra əldə olunmuş mənfəət iki şirkət arasında bölünməli idi.

“Şərurlu İsfəndiyar”ın adı “MTN işi”ndə...
İsfəndiyar Axundov

"Orxan" MMC tərəfındən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam şəkildə yerinə yetirildikdən sonra “Azərtikinti ATF” MMC tərəfindən həmin binalarda tikinti işləri başlandı. Müqaviləyə əsasən “Azərtikinti ATF” MMC-nin tikilmiş binada mənzil satmaq kimi səlahiyyəti olmayıb. Buna baxmayaraq, “Azərtikinti ATF” MMC-nin direktoru Azər Quliyev "Orxan” MMC-nin məlumatı olmadan binanın tikilməmiş mənzillərini bir neçə şəxsə satıb. Bundan başqa Azər Quliyev podratçı kimi bina tikintisi ilə məşğul olduğu "Babək-94" MTK-da eyni qayda da mənzilləri bir neçə nəfərə satıb.

Bunlar Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı da aşkarlandı. 2008-ci ildə “Orxan” MMC , təsisçisi olduğu "Şaiq" MTK-nə qoşuldu. Bundan sonra Azər Quliyevin qanunsuz olaraq vətəndaşlara satdığı mənzillərdən əldə etdiyi vəsaiti vətəndaşlara ödədim. Hətta mənim qaytardığım pullar Azər Quliyevin binaların tikintisinə xərclədiyi məbləğdən 800 min manat artıq idi. Bundan sonra Azər Quliyevlə bağlanmış müqavilə ləğv edildi və o tikintidən uzaqlaşdırıldı. Biz həmin binalarda tikinri işlərini başa çatdırdıq, Azər Quliyev isə həbs edilərək 10 il cəza aldı. “Orxan” MMC-nin də, mənim təsisçi olduğum “Şaiq” MTK-nn da Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyatı olmayıb. O binaların tikintisini də nazirlik sifariş etməyib”.

Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin Dövlət Baş Ekspertiza idarəsinin Smeta şöbəsinin müdiri Vilayət Tağıyev ifadə verərək İsfəndiyar Axundovla sinif yoldaşı olduqlarını deyib: “İsfəndiyarın xahişi ilə bir neçə dəfə həmin binalarda olmuşam. Tikintinin keyfiyyətinə nəzarət edirdim. Həmin binaların və şirkətlərin MTN-nin Maddi-texniki Təminat idarəsi və həmin idarənin rəisi işləmiş Nizaməddin Həmidovla hər hansı əlaqəsi olduğunu bilmirəm”.

Qeyd edək ki, Azər Quliyev cəzaçəkmə müəssisəsində vəfat edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru