Əhməd Vəliyevin qardaşıoğlunu öz qohumlarından oğurluğa nə vadar edib? - İDDİA
Tarix: 5-01-2017, 10:31 | Çap et
Onsuz da vaxtaşırı mətbuatın tənqid hədəfində olan millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev 2016-cı ilin sonlarında yenidən gündəmə gəldi. Bu dəfə onun 70 illik yubileyini təntənəli şəkildə, bahalı restoranda qeyd etməsi bəzi saytlar tərəfindən də tənqid olundu. “Keçmiş deputat , “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev prezidentin Sərəncamı ilə təhsil nazirinin təqdim etdiyi “Şöhrət” ordeni ilə qane olmayaraq, Bakıda bahalı restoranda özünə təmtərəraqlı yübiley məclisi keçirib. Nazirlərdən, komitə rəhbərlərindən, deputatlardan, rektorlardan yenidən hədiyyə qəbul edib. Bahalı restoranda baş tutan məclisdə iştirak edən qonaqlar arasında Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbnin rektoru Elmar Qasımov, Əhməd Vəliyevin oğlu, təhsil nazirinin müşaviri Samir Vəliyev,Texniki Universitetinin prorektoru İlham Pirməmmədov və başqa rəsmi şəxslər iştirak etmişlər (olkexeber.az). Bundan başqa, “Odlar Yurdu” Universitetində prorektor Munir Əhməd oğlu Vəliyevin otağıdakı seyfdən külli miqdarda pulun oğurlanması da son aylarda mətbuatın gündəmindədir. Bu məsələyə diqqət çəkdikdə, maraqlı məqamlar ortaya çıxır: “Universitetin prorektoru çalışan Munir Vəliyev oğurluğa görə daha çox öz əmisioğlu - təqsirləndirilən şəxslər sırasında olan Vüqar Vəliyevi günahlandırıb. Sonuncu şəxs "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri işləyib. Bu oğurluğa görə suçlu bilinib hakim önünə çıxarılan təkcə Vüqar Vəliyev deyil. Sabiq deputatın qardaşıoğlu ilə yanaşı, daha altı nəfər də mühakimə olunur - Sübhan Əkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Fərhadov, Fərahim Baxşıyev və Mirsənan Seyidov. Fərahim Baxşıyev və Mirsənan Seyidovu çıxmaqla, digərləri oğurluqda, bu iki nəfərsə cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pullardan pay götürməkdə suçlanır. Munir Vəliyev deyir ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, amma oğurlanmış pulun geri qaytarılmasını tələb edir. Məsuliyyətə cəlb olunanlardan yalnız Vüqarı tanıdığını deyən prorektorun sözlərinə görə, hadisə günü axşam ona gözətçi zəng vurub, kabinetin qapı-pəncərəsinin açıq olduğunu bildirib: "Gecəylə universitetə gəldim. Mən gələnədək gözətçi olanları polisə xəbər vermişdi. 18-ci bölmənin işçiləri artıq orada idilər. Seyfin içində 219 min dollar və 94 min manat pul olub. Pulu otağa bir gün əvvəl müavinim Ceyhun Əliyevlə gətirmişdik. Pulun gətirildiyini Vüqar Vəliyevlə Elməddin adlı keçmiş tələbəmiz görmüşdü. Ona görə də birinci gündən Vüqardan şübhələnmişdim". Vüqar Vəliyev əmisi oğlunun onun ünvanına söylədiklərini inkar edib. Deyib ki, nə bu məsələdən xəbəri olub, nə də cinayətdə iştirak edib. Universitetin kadrlar şöbəsinin müdiri Rafiq Qasımov da məhkəmədə ifadə verib. Əhməd Vəliyevin Vüqara toy eləməsindən, ev almasına yardımından da söz açan Rafiq Qasımov deyir ki, əvvəllər özü də istintaq orqanlarında çalışıb: "Otaqdan seyfin oğurlanması oranı yaxşı tanıyan adamın işi ola bilərdi. Çünki o otağın üstündə heç Munir Vəliyevin adı yazılmamışdı. Bəs niyə kassadakı, mühasibatlıqdakı pulları aparmayıblar?". Təqsirləndirilən şəxslərdən Sübhan Əkbərov Vüqar Vəliyevin qaynıdır. Sübhan Əkbərov məhkəmədə ifadə verərkən oğurluq təklifinin bacısının ərindən gəldiyini, seyfin yerini ona Vüqarın dediyini bildirib: "Mənə demişdi ki, semestr imtahanları dövründə seyfdə yaxşı pul olur. Yoxsa mən haradan bilirdim? Mənim nəinki ali təhsilim, ümumiyyətlə, təhsilim yoxdu, heç bilmirəm semestr imtahanları nə vaxt olur" (azadliq.org). Maraqlıdır ki, prorektor 300 min ABŞ dollarını öz seyfində saxlayır, amma bu pulun “Odlar Yurdu”na aid olmadığını deyir. Həmçinin, bu işdə öz qohumu iştirak edib... Təqsirləndirilən şəxslərdən birinin ifadəsi də diqqəti çəkir: “Semestr vaxtı seyfdə yaxşı pul olur”. Görəsən, “Odlar Yurdu” Universitetinin prorektoru 300 min ABŞ dollarını saathesabı dərslərlə qazanıb? Və ya, vaxtaşırı mətbuatda “Odlar Yurdu”nda pul yığımı ilə bağlı dərc olunan məlumatlar özünü bir daha təsdiqləmirmi? Daha bir sual da bizi maraqlandırdı: qohumlar yeni il ərəfəsində anlaşa bildilərmi? Yox, anlaşmadılarsa, Munir Vəliyevin “şikayətçi olmadığı” qohumu məhkəməyə və mətbuata daha maraqlı şeylər açıqlaya bilərmi? Eyni zamanda, əmiuşaqlarının arasının bu dərəcədə pozulmasına səbəb olacaq nələr baş verib? Təəssüf ki, təqsirləndirilən şəxslərin vəkil və ya nümayəndələrini axtarıb tapa bilmədik. Lakin dekabr ayının son həftəsi hər gün bir neçə dəfə “Odlar Yurdu” Universitetinə zəng edərək, Munir Vəliyevi otağında tapmağa çalışdıq. Düşündük ki, “yəqin, daha seyfdə pul olmadığından, Munir Vəliyev iş otağında oturmağı lazım bilmir”, ona görə də, universitetin digər məsul şəxsləriylə danışmağa çalışdıq. Təəssüf ki, “bu suallarınıza ancaq Munir müəllim cavab verə bilər” deyə universitet əməkdaşları bizimlə danışmaq istəmədi. Nəhayət ki, bu günlərdə Munir Vəliyevin iş telefonunda zəngimizə cavab verən oldu – amma M.Vəliyevin özü yox, xanım köməkçisi. “Munir müəllim burdadır, amma qəbula gəlib sualınızı verə bilərsiniz”, - deyə M.Vəliyevin köməkçisi bildirdi. “Xanım, mətbuat telefonla da işləyə, sual verib açıqlama ala bilər. Biz Munir Vəliyevdən məhkəmə işi, pul oğurlanmasıyla bağlı bəzi şeyləri soruşmaq istərdik”, - deyə LEGİON əməkdaşı qeyd etdi. “Munir müəllim telefonda mətbuata müsahibə vermir. Xüsusilə də, bu mövzuda”, - deyə adını öyrənə bilmədiyimiz universitet əməkdaşı dəstəyi asdı. Maraqlıdır, görəsən, halal pullarını qaytarmağa çalışan prorektor niyə mətbuatdan qaçır? Pul elə bir şeydir, nəinki əmiuşaqlarının, qardaşların da arasını poza bilər. Ümid edirik ki, Münir Vəliyev bundan sonra oxşar problemlərlə daha rastlaşmayacaq. Qardaş demişkən, Münir Vəliyevin qardaşı Samir Vəliyev təhsil nazirinin müşaviridir və biz onunla da danışıb fikrini öyrənmək istədik. Lakin Təhsil Nazirliyinə etdiyimiz zənglər nəticə vermədi. Araşdırma davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
|