“Azərtoxum” sahibkarı aldadaraq maxinasiyaya yol verib? – ARAŞDIRMA
Tarix: 11-01-2017, 09:53 | Çap et
Ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat vəsait ayrılıb. Həmçinin, qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı ölkəmizdə aqrar bölməsinin dirçəldilməsində mühüm rol oynayıb (xalqqazeti.com). Göründüyü kimi, ərzaq təhlükəsizliyi ölkə rəhbərliyinin prioritet bildiyi məsələlərdəndir və Azərbaycana müxtəlif ölkələrdən keyfiyyətli toxumların gətirilməsi üçün, külli miqdarda vəsait də ayrılır. Lakin vaxtaşırı olaraq, bəzi sahibkarların şikayətlərindən belə qənaətə gəlmək olar ki, hansısa məmurlar və ya işbazlar üçün ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli toxumla təminatı şəxsi maraqlardan daha az əhəmiyyət kəsb edir. Bu günlərdə LEGİON-a müraciət edən Arif Süleymanov adlı sahibkar bildirib ki, Tovuz rayonunda icarəyə götürdüyü 200 hektar torpaq sahəsində qarğıdalı əkiniylə məşğul olaraq ölkə iqtisadiyyatına töhfə vermək istəyib, lakin “Azərtoxum” rəhbərliyinin qərəzli münasibəti ucbatından külli miqdarda zərərə uğrayıb. “Mən bir neçə ay əvvəl “Azərtoxum”un baş direktoru Məzahir Qasımova razılaşdım ki, mənim Tovuz rayonunda icarəyə götürdüyüm 200 hektar ərazidə şərikli qaydada qarğıdalı əkiləcək, məhsul yığımının 50 faizini onlar götürəcək, 50 faizini də mən. Eyni zamanda, mən öz payıma düşən məhsulu onlara sata bilərdim. “Azərtoxum” mütəxəsisləri gəldi, onların tələbi ilə, mən ancaq 127 hektar ərazini şumlatdırdım. Mənə kiloqramı 16 manatdan olan “Pioner” toxumlarının səpiləcəyini dedilər. Sonradan mən olmayanda “Azərtoxum” nümayəndələri gəlib 69 hektarlıq sahəyə toxum səpdilər. Toxum səpinindən əvvəl Məzahir müəllim mənə demişdi ki, “şəxsən, zəmanət verirəm, bu toxumlar ABŞ-dan gətirilib və hər hektara ən az 10 ton məhsul yığılacaq. Hər hektardan 4-5 ton məhsul yığılsaydı belə, mənə bəs edərdi. Çünki mən 43 min, “Azərtoxum” isə Məzahir müəllimin iddiasına görə 45 min manat pul qoymuşdu. Qarğıdalının bir tonunu 300 manata hesablasaq, 690 ton qarğıdalı 207 min manata yaxın pul demək idi. Sonradan isə öyrəndim ki, sən demə, tarlaya kiloqramı 16 manatdan olan toxumlar yox, yerli bazarda 30 qəpiyə satılan keyfiyyətsiz toxumlar səpilib. Bu toxumlardan alıb səpməyə öz imkanım da çatardı. Mən aldadıldığımı bildikdə Məzahir Qasımov suallarımı cavablandırmaq istəmədi. Lakin oktyabr ayında məhsul yığımı zamanı 9 hektarlıq sahədən 11 ton qarğıdalı yığıldığını gördükdə, məhsul yığımını dayandırdım və “Azərtoxum” nümayəndələrinin gəlməsini tələb etdim. Çünki bizə dəyən ziyanın səbəbləri öyrənilməliydi. Məzahir müəllim isə ziyanı aydınlaşdırmaq əvəzinə məni tutduracağı ilə hədələyirdi, və mənim bir daha ona zəng etməməyimi tələb edirdi. Mən müqavilənin şərtlərini ona başa salanda o mənlə danışmaqdan imtina elədi. Keyfiyyətsiz toxuma və az məhsula görə, “Azərtoxum” məsuliyyət daşıyırdı. Lakin mütəxəssislər gəlmədi, o zaman mən özüm Kənd Təsərrüfatı Nazirliyinin Tovuzdakı toxumçuluq mütəxəssislərini dəvət etdim, çəkiliş aparıldı, akt bağlandı. Uzun təkiddən sonra sahəyə gələn Məzahir müəllim bir çox insanların yanında yenidən mənə hədə-qorxu gələrək, gah tutduracağını, gah da rayona buraxdırmayacağını deyirdi. Tez-tez də “Azərtoxum”un arxasında Zeynal Əliyevin durduğunu deyir, mənə hədə-qorxu gəlirdi. Biz onunla razılaşa bilmədik. Lakin “Azərtoxum” rəhbərliyi inadla gəlib məhsul yığımını sonlandırdı, mənə cəmi 11 ton 700 kiloqram qarğıdalı qaldı. “Azərtoxum” isə 100 ton qarğıdalını özü götürdü. Beləliklə, mənim çəkdiyim 43 min manatlıq zəhmətdən mənə cəmi 3300 manat qayıtdı. “Azərtoxum”da heç kim mənə dəymiş ziyanın hesabını vermək istəmir, dəymiş ziyanı qəbul etmir. Bilmirəm, keyfiyyətsiz toxum səpməkdə “Azərtoxum” nümayəndələri hansı məqsəd güdüblər, onlara belə işləmək sərf edir, ya yox… Amma sahibkarları müflis etməklə, “Azərtoxum” rəhbərliyi ölkə iqtisadiyyatına amansız zərbə vurur. Ona görə də oxucuların diqqətinə çatdırmaq istərdim ki, 2016 və 2017-ci illər ərzində “Azərtoxum” şirkəti ilə əlaqəli toxum səpənlər, “Azərtoxum”un rəhbərliyi ilə toxum müqaviləsi bağlasın, toxumun sertifikatını tələb etsinlər ki, sonra mənim kimi çətinliklə üzləşməsinlər. Sizdən xahiş edirəm, problemi araşdıraraq, ictimailəşdirməkdə və ölkə rəhbərliyinin diqqətinə çatdırmaqda, mənə yardım edəsiniz”, – deyə A.Süleymanov Qafqaznews.az-a bildirib. O, həmçinin qeyd edib ki, M.Qasımov bundan əvvəl Bərdə RİH başçısının müavini olub, bir neçə il əvvəl isə vəzifəsindən azad olunub. Biz “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımovun mobil nömrəsini taparaq, onunla əlaqə saxladıq. Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı. “Məzahir müəllim, mən hələ sual verməmişəm axı… “Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi. “Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq. “Gedin işinizlə məşğul olun” deyən Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı. Biz bunu eşitdikdə, adı hallanan Zeynal Əliyevlə əlaqə saxladıq. “Azəryem” MMC-nin rəhbəri olduğunu deyən Zeynal Əliyev qeyd etdi ki, bu qalmaqaldan sonra, Arif Süleymanovla görüşüb. “Mən gördüm ki, onun əməllərində dələduzluq var, qovdum və dedim ki, bir daha qapıdan buraxmasınlar. O toxumların keyfiyyətinə söz ola bilməz. O toxumları mən İsveçrədən gətizdirirəm. Məzahir Qasımov işi düzgün görüb”, – deyə Z.Əliyev bildirdi. “Zeynal müəllim, hər halda, sahibkar da istərdi ki, 69 hektar torpaqdan 11 ton yox, daha çox məhsul götürsün. Eləcə də, “Azərtoxum” daha çox məhsul götürməkdə maraqlı olmalıdır. Sahibkar bizə video da təqdim edib. Hər halda, məsələ araşdırılmalı deyildimi?”, – deyə soruşduq. “Şikayətçiylə gəlin, araşdıraq, problemin həllində kömək etməyə çalışaq”, – deyə həmsöhbətimiz cavab verdi. “Bəs niyə bundan əvvəl problemi həll etmək mümkün olmadı”, – deyə soruşduq. “Çünki Arif Süleymanov haqlı deyildi”, – deyə Z.Əliyev cavab verdi. Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə.. Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq. Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq.
Amma araşdırmamız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
|