Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                 

“Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir? – ARAŞDIRMA
Tarix: 12-01-2017, 09:43 | Çap et
“Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir?
Yanvarın 9-da Qafqaznews.az-da sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC-nin ünvanına səsləndirdiyi ittihamlar araşdırılmışdı. Belə ki, A.Süleymanovun sözlərinə görə, “Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib.

A.Süleymanov qeyd edib ki, “Azərtoxum” nümayəndələri 100 ton qarğıdalını özləri aparıblar, ona isə 11 ton 700 kiloqram zay məhsul çatıb. Onun ittiham etdiyi şəxslər Məzahir Qasımov və Zeynal Əliyev isə bildirmişdilər ki, günah A.Süleymanovun özündə olub. Məzahir Qasımovla yanvarın 9-da olan telefon söhbətini oxucuların diqqətinə çatdırırıq: “Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı.

“Məzahir müəllim, mən hələ sual verməmişəm axı… “Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi.

“Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq. “Ayə, qurtarın qardaş” deyən” Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı.

Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə… Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq. Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq. Xatırladaq ki, Z.Əliyev özünün “Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi “Azəryem” vasitəsilə İsveçrədən “Pioneer” toxumları gətirdiyini demişdi.

Yanvarın 10-da A.Süleymanov M.Qasımov və Z.Əliyevin sözlərini belə şərh etdi: “Məzahir müəllimin mənə görə şirkətə 70 min manat ziyana düşməsi barədə fikrinə münasibət bildirirəm ki, şirkətin mühasibatlığının mənə təqdim etdiyi xərc cədvəlinə görə şirkət 69 ha sahəyə 45984.98 manat xərcləyib, əvəzində isə 100 ton məhsul götürüb. Yəqin ki, mənim ona təqdim etdiyim 200 ha sahənin sənədindən də bəhrələnməmiş olmaz. Artıq şübhə yaranır ki, öz sənədləşdirmələrində bəzi rəqəmləri çox şişirdiblər. Bu da onların mənə təqdim edikləri xərc cədvəlindəki xərcin çox hissəsinin ödənilməsidir.

Görəsən, “bizə 70 min zərər dəyib” deyəndə Məzahir Qasımov nəyi nəzərdə tutur? Bəlkə, öz rəhbərliyini aldatmaq istəyir? Zeynal müəllimə isə demək istəyirəm ki, mən onun işçilərinin əməlləri barədə ona həqiqəti dediyimə görəmi mənim əməllərimi dələduzluq adlandırır? Zeynal müəllim isə deyir ki, guya məni yanından qovub. Halbuki, mənimlə görüşündə məsələnin həlli üçün kömək edəcəyini vəd etmişdi. Belə çıxır ki, sahibkarları və dövləti aldadaraq, istədiklərini edə bilərlər?

Təkcə mənim tarlamda onlar toxumdan 23 min manat “qənaət” ediblər. Bu “qənaət” şirkətin hesabına gedir, yoxsa, onların şəxsi cibinə? Mənim kimi xeyli sahibkar var ki, “Azərtoxum” toxumların və xərclərin qiymətini hesablayarkən, maxinasiyalara əl atır, yazılı zəmanət vermir, qanuna zidd gedərək, toxumla bağlı müqavilə bağlamırlar. Onlar “xeyrinə şərik” olacaqları müqavilə bağlayır, onu da pozurlar. Digər tərəfdən, mən toxumun sertifikatını istədikdə təqdim etmədilər. Bir çox sahibkara sertifikatı göstərmirlər. Məzahir Qasımovun dediyi “1 hektardan 10 ton məhsula zəmanət verirəm” sözləri isə ancaq boş sözlərdir. Çünki o, öz sözünə sahib çıxa bilmir. Mən “Azərtoxum”un rəhbərliyinə də öz hüquqlarını yadlarına salaraq xatırlatmaq istərdim ki, onlara keyfiyyətsiz toxum satan şirkəti məhkəməyə verməklə hər iki tərəfə dəymiş ziyanı ödətmək olar. Ancaq maraqlı tərəf ondadır ki, onların toxumu hansı şirkətdən aldıqları deyəsən yadlarından çıxıb. Belə ki, Məzahir müəllimin bizə “ABŞ istehsalıdır” dediyi toxum kisələrinin üzərinə “Adana, Turkey” yazılan və 2014-cü ilə aid olduğu göstərilən “nakleyka” yapışdırılıb. Bu videoda da görsənir.

Zeynal müəllim isə,həmin toxumların İsveçdən onun tərəfindən gətirildiyini deyir. Məndə olan məlumatlara görə, isə 2015 və 2016-cı illər ərzində Azərbaycan gömrük məntəqələrindən “Azərtoxum” şirkətinə qarğıdalı toxumu daxil olmayıb. Maraqlı cəhətlərdən biri də odur ki, biz ilk işə başlayanda Məzahir Qasımov Azil adlı aqronomu şirkətin mütəxəssisi kimi təqdim etmişdi. Lakin sonrakı danışıqlarında nə Məzahir müəllim, nə də Zeynal müəllim onu mütəxəssis kimi qəbul etməyərək, “O nə vaxtın mütəxəssisidir” deyirlər”.

A.Süleymanov qeyd etdi ki, bazar iqtisadiyyatı olan bütün ölkələrdə hansısa şirkətdən toxumu alıb sahibkarlara satan şirkətlər şikayətləri qeydə alır, “birinci əl” olan şirkətə təqdim edir və izahat tələb edirlər: “Lakin “Azərtoxum”un sahibkarlara “sırıdığı” toxumlar o qədər əldən keçir ki, özləri də bilmir ki, keyfiyyətsiz toxuma görə, kim məsuliyyət daşıyır. Ya da bilirlər, sadəcə məsuliyyət daşımaq onlara sərf eləmir. Dövlət başçısı toxum gətirilməsi üçün 2008-ci ildə 33 milyon manat, keçən il isə 12 milyon manat vəsait ayırıb. Əgər bu vəsaitin necə xərclənməsiylə bağlı araşdırma başlansa, çox faktlar üzə çıxacaq”.

Biz yenidən Zeynal Əliyevlə əlaqə saxladıq. Bu dəfə Z.Əliyev toxumların nə “Azərtoxum”, nə də “Azəryem” tərəfindən gətirilmədiyini bildirdi. “Toxumları mən özüm gətirirəm. Keçən il 100 vaqon toxum gətirmişəm”, – deyə Z.Əliyev bildirdi. “Siz, yəni, fərdi olaraq, yoxsa, hansısa təşkilat və ya şirkət?” – deyə dəqiqləşdirmək istədik. “Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq İdarəsi var… Onların xətti ilə gətirdirəm. Toxumu müxtəlif şirkətlərə, sahibkarlara, o cümlədən “Azərtoxum”a verirəm”, – deyə Z.Əliyev cavab verdi.

Biz ondan sahibkarlara sertifikat göstərilib-göstərilmədiyini soruşduq, belə cavab aldıq: “Yox, göstərilmir, çünki buna ehtiyac yoxdur”. Arif müəllim istəyir, zavodda sertifikatın kopyasını götürüb baxsın”. O vurğuladı ki, “Azərtoxum”la heç bir əlaqəsi yoxdur: “Əgər sahibkarın “Azərtoxum”la problemi varsa, gedib zavodda məsələni ayırd etsinlər. Mən də dost kimi çalışaram ki, bu məsələ həllini tapsın. Tapmasa, hüquq mühafizə orqanları var, məhkəmə var”.

Zeynal Əliyev özünü nə qədər “kənar şəxs” kimi qələmə versə də, bir müddət sonra əməkdaşımıza zəng edən Məzahir Qasımov tamam başqa şey dedi. “Dünəndən mənim müdirimə zəng edirsiniz… Bəli, Zeynal müəllimi deyirəm… Qardaş, mən yaxşı kişiyəm, sən də yaxşı oğlana oxşayırsan, gəl dost olaq”, – deyə M.Qasımov bildirdi.

Bu söhbətin davamı ilə oxucuları yormaq istəmirik… Araşdırmamız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru