Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                 

Cahangir Hacıyev və sabiq deputatın 5 milyon 300 min dolları hansı yollarla mənimsədiklərinin detalları məlum olub - İSTİNTAQ AKTINDAN
Tarix: 28-01-2017, 12:48 | Çap et
Cahangir Hacıyev və sabiq deputatın 5 milyon 300 min dolları hansı yollarla mənimsədiklərinin detalları məlum olub
"Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işinin detalları məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, cinayət işinin ibtidai istintaqı zamanı müəyyəın olunub ki, D.Xəlilov "Azərbaycan Beynəlxalq Bank" ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın münasibətdə olub.
İttiham aktında göstərilib ki, həmin şəxslər bir neçə cinayətin törədilməsi üçün "Səbail Mebel" ASC-nin baş direktoru Seyfulla Seyfullayev, "Aqora" MMC-nin direktoru Fərhad Əmiraslanov, "Kondor Qrup" MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "Azərbaycan Beynəlxalq Bank"ına külli miqdarda ziyan vurublar.
Belə ki, D.Xəlilov C.Hacıyev, F.Əmiraslanov və qeyriləri ilə birlikdə bankın sabiq İdarə Heyətinin sədrinin göstərişi ilə "Aqora" MMC yaradıb və fəaliyyətinə özü nəzarət edib. Həmin MMC-yə kreditlərin rəsimləşdirilməsinə dair C.Hacıyev özü və digər şəxslər vasitəsi ilə qanunsuz göstərişlər verib. Sabiq deputat qanunsuz göstərişləri icra edərək, öz növbəsində bu barədə F.Əmiraslanova da qanunsuz tapşırıqlar verib. Bundan sonra F.Əmiraslanov "Aqora" MMC ilə ABŞ-da yerləşən "CARGİLL İNCORPORATED" şirkəti arasında, həmin şirkətdən 10402.38 ton qarğıdalı məhsullarının alınması və dəyərinin 365 gün müddətinə ödənilməsi barədə 13 aprel 2007-ci il tarixidə müqavilə imzalayaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. "CARGİLL İNCORPORATED" şirkətinin akkreditiv açılması haqqında ərizəsi əsasında "Aqora" MMC qeyd olunan filial ilə 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pula dair 24 aprel 2007-ci il tarixli, 1960 nömrəli kredit müqaviləsi bağlanılıb. Lakin "CARGİLL İNCORPORATED" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 1 milyon 999 min 999 ABŞ dolları məbləğində pulu 18 aprel 2008-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin ABŞ şirkətinin Norveçin Oslo şəhərində yerləşən "SKANDİNAVİSKA ENSKİLDA BANKEN" bankında olan hesabına köçürülüb.
Bundan başqa, D.Xəlilov C.Hacıyevin göstərişi əsasında, F.Əmiraslanova qanunsuz tapşırıqlar verməsi nəticəsində, sonuncu "Aqora" MMC ilə İsveçrədə yerləşən "CARGİLL İNTERNATİONAL SA" şirkəti arasında həmin şirkətdən 9620.149 ton soya-paxla məhsullarının alınması və dəyərinin 365 gün müddətində ödənilməsi barədə 20 aprel 2007-ci il tarixli, GPS1926-X nömrəli müqavilə bağlanaraq, "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialına təqdim təqdim edib. Həmin filialda iki şirkət arasında 3 milyon 299 min 999 ABŞ dolları məbləğində pula dair 26 aprel 2007-ci il tarixli, 1969 nömrəli kredititə imza atılıb. Lakin "CARGİLL İNTERNATİONAL SA" şirkəti ilə hər hansı mal mübadiləsi aparılmayaraq, akkreditiv açılması haqqında ərizədə və kredit müqaviləsində nəzərdə tutulan 3 milyon 299 min 999 ABŞ dolları 21 aprel 2008-ci tarixdə "Azərbaycan Beynəlxalq Bank" ASC-nin Mərkəzi filialının aidiyyati əməkdaşı vasitəsi ilə həmin İsveçrə şirkətinin Fransanın Paris şəhərində yerləşən "NATİXİS" bankında olan hesabına köçürülüb.
Qeyd edək ki, 2015-ci ilin yayından "Azərbaycan Beynəlxalq Bank"a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
Hazırda təqsirləndirilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır.
Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru