Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur - Şok faktlar
Tarix: 27-02-2017, 10:00 | Çap et
Göyçayın başçısı Ziya Məmmədovun kadrlarına rəhmət oxudur
Göyçayın icra başçısı sarıdan heç bəxti gətirməyib. Nə Mənsur Məmmədov, nə Mübariz Ağayev, nə də ki indiki Mehdi Səlimzadənin dövründə gün görüblər. Lakin hazırkı rayon rəhbəri sələfilərinə rəhmət oxudur. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrlarından cana doymuş göyçaylılar ümid edirdi ki, yeni rayon icra başçısı onlara oxşamaz.

Başçı müavini qudasından qanunsuzluq

M.Səlimzadənin Z.Məmmədovla əlaqəsinin olmaması da təsəlli yaradırdı ki, Göyçayın babat günləri başlanır. Sən öz saydığını say, gör Səlimzadə nə sayır misalına uyğun olaraq icra başçısı bölgəyə divan tutmağa başlayıbmış. Onun rəhbər posta gəlişi heç nəyi dəyişmədi. Dəyişən isə şikayətlərin çoxluğu oldu. “Gündəm-Xəbər”in apardığı araşdırma da faktlara istinad edir. Bu faktlardan aydın olur ki, Göyçayda bir addım inkişaf olmayıb. Ordan başlayaq ki, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun qanunsuz əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Sakinlər deyirlər ki, həmin boru vasitəsi ilə Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdı: “Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb və satıb talan edib. Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edib. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırılıb, texnikalar əkin yerlərini qazıb taxılı məhv edib. Bu misli görünməmiş qanunsuzluqdur ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirib. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilib. Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur, ümidimiz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq”. Sakinlər bildirirlər ki, bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Buna görə də bu qanunsuzluqları bələdiyyə sədri qorxmadan törədib: “Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik ki, talançılıq törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görülsün”.

SOS: 20 ölü, 50 xərçəng

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, adıçəkilən kəndin problemləri bununla yekunlaşmır. Sakinlər bildirirlər ki, kəndin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə altındadır: “Bunu isə rüşvətxor, harın vəzifəli şəxslər ediblər. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını Göyçay şəhərinin zibillik poliqonu ediblər. Zibilin suyu kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. Nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır. Təkcə son bir il ərzində 20 nəfər kənd sakini xərçəng xəstəliyindən dünyasını dəyişib. 50 nəfərə yaxın insan isə onkoloji xəstədir. Mal-qara tələf olur. Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə, həm əkinə və malqaraya istifadə edir. Başqa su mənbəyi yoxdur ki, istifadə edək”. Kəndlilər deyirlər ki, hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır: “Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısına, 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə və digər qurumlara müraciət etsək də, heç bir tədbir görülməyib. Həmin əraziyə Göyçay şəhərinin zibilini boşaltmağa kənd icra nümayəndəsi Hafiz Həsənov və bələdiyyə sədri Səyyaf Səmədov razılıq veriblər. Çünki bu adamlar bizim kənddə yaşamırlar, onlar bu arxın suyundan istifadə etmirlər”. Sakinlər bildiriblər ki, Ərəbcəbirli, Mirzəhüseyinli kəndlərinin bələdiyyəsi və icra nümayəndəliyi eynidir: “Kənd icra nümayəndəsi və bələdiyyə sədri Ərəbcəbirli kəndində yaşayırlar. 6 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Göyçay şəhərində yerləşir. Oranın müdiri Mədət Novruzovun başı ancaq rüsum adı altında vətəndaşları soymağa qarışıb. 23 fevral 2017-ci il tarixdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Kürdəmir rayonunda Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayon sakinlərinin qəbulunu keçirəcək. Mirzəhüseynli kənd sakinləri də nazir Hüseynqulu Bağırovun qəbulunda olacaq və bu acınacaqlı vəziyyət barədə ona şəxsən məlumat verəcəyik. Kənd camaatının həyat və sağlamlıqları təhlükədədir. Ümüdümüz Allaha və vicdanlı şəxslərə qalıb. Xahiş edirik bizə kömək edin”. Bir kəndin fəlakətlə üzləşməsi və ölümlə baş-başa qalması yerli məmurların vecinə də deyil. Göyçayın icra başçısı Mehdi Səlimzadə nə tədbir görür, nə mətbuatda gedən şikayətlərə əhəmiyyət verir. Nəticədə kənd sakinləri Mirzəhüseynlini tərk etmək məcburiyyətindədir.

Absurd: məktəb donur, bina qazanxanası isə satılıb

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, Göyçayın dərdi-səri bir kəndlə bitmir. Göyçayın Ləkçıplaq kənd sakinlər 1 №-li tam orta məktəbin vəziyyətindən şikayətçidirlər. Bu məktəb sovet dönəmindən indiyədək təmir olunmayıb. Məktəbdə istilik sistemi yoxdur, döşəmələr sınıqsökük, tavan isə uçulub tökülür. Şagirdlər məktəbə getməkdən imtina edərək şəhər məktəblərinə üz tuturlar. Bununla yanaşı bu məktəbdə 600-ə yaxın şagirdin adının qeyd olunduğu bildirilir. Bu da azmış kimi, Göyçay rayonunun Nətavan küçəsi 7 A-da yaşayan sakinlər Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevdən şikayətçidirlər. Sakinlər Ayaz Səfəralıyevin 500-dən çox sakinin yaşadığı iki beşmərtəbəli binanın istiliyini təmin edən qazanxananı qanunsuz olaraq fiziki şəxsə satmasına etiraz edirlər: “Hazırda həmin qazanxana çörək bişirmə sexi kimi istifadə edilir. Ayaz Səfəralıyev rayon ərazisindəki qazanxanaların əksəriyyətini öz mülki kimi qanunsuz olaraq satıb. Buna görə də 100 ailənin yaşadığı iki böyük binanın sakinləri soyuqdan əziyyət çəkirlər. Dövlət hər il büdcədən "Azəristiliktəchizat" ASC-yə pul ayırır, Ayaz Səfəralıyev isə həmin pulları mənimsəyir. Biz, bina sakinləri mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək xahiş edirik ki, bu qanunsuzluqları yerində araşdırılsın və saxtakarlıqla məşğul olan Ayaz Səfəralıyevin barəsində ciddi tədbirlər görülsün”. Yəni, faktiki bu problemlər var, uydurma deyil, şikayətçilər bəllidir və xirtdəyə qədər çətinliklər məngənəsində sıxılan Göyçayın bəlaları məhz icra başçısı Mehdi Səlimzadənin dövründə yığılıb. Təəssüf ki, prezidentin məmurlara etdiyi xəbərdarlıqlar və göstərişlər Göyçaya çatmayıb. Ölkə başçısı dəfələrlə bildirib ki, icra başçıları xalqla işləməlidir, əhalinin problemlərini həll etməlidir. Yuxarıda göstərilən problemlərin hər hansı biri barədə tədbir görüldüyü haqda məlumat yayılmayıb. Demək, Göyçay rəhbərliyini heç nə narahat etmir.

Məşğulluq İdarəsinin bitməyən qalmaqalı

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, 2017-ci il Göyçay məmurları üçün düşərli olmayıb. İl başlayandan elə bir məmur qalmayıb ki, haqqında şikayət olmasın. Yeri gəlmişkən, sonuncu qalmaqallardan biri də Göyçayda Məşğulluq İdarəsi müdiri haqda mətbuatda yayılan xəbərlərdir. Yada salaq ki, Göyçay rayonunda işaxtaran vətəndaşlar haqsızlıqla üzləşib. Belə ki, 9 yanvar 2017-ci il tarixdə Göyçayda əmək yarmarkası keçirilib. Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etməkdir. Ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaradır. Bu da digərlərinin narazılığına səbəb olur. Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur. Yusif Xasıyev yerli hüquq müdafiəçilərinə müraciət edərək bu barədə şikayət edib. Qeyd edək ki, Namiq İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun qardaşıdır. Bu fakt mediada tirajlanandan sonra şikayətçiyə təzyiqlər olub. Onu video çıxışla dediklərini təkzib etməyə məcbur ediblər. Bir qədər sonra kənd sakini yenidən sığınacaq taparaq video çıxışı təzyiq altında etdiyini söyləyib. Əslində, Göyçaydan bu ilin iki ayı ərzində o qədər şikayət var ki, hansını yazsan yetməz. O baxımdan növbəti sayların birində davamını təqdim etməyə çalışacağıq. Bu yazıdakı iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru