“Pul verib məhkəməni uddular, qaldım küçələrdə” - Aktyoru evindən qovdular
Tarix: 4-04-2017, 11:25 | Çap et
Akademik Milli Dram Teatrının keçmiş aktyoru Cavanşir Eyyubzadə analığının qızı tərəfindən öz evindən qovulub.
Bu barədə BakiPost.az-a aktyor özü məlumat verib. O, hazırda məhkəmə çəkişməsinin davam etdiyi evin atasının vətəndaş nikahında yaşadığı qadının qohumları tərəfindən zəbt edildiyini bildirib.
Söhbət Sumqayıt şəhəri, Azərbaycan prospekti 5/28 ünvanında yerləşən 56 nömrəli mənzildən gedir. C. Eyyubzadənin sözlərinə görə, o, 1962-ci ildə sözügedən mənzildə dünyaya gəlib. Valideynləri 1976-cı ildə boşandıqdan sonra anası öz atasının evinə qayıdıb. Cavanşir Eyyubzadə isə atası Məmmədşad Eyyubov ilə qalıb. M. Eyyubov 1978-ci ildən sonra Qusar rayonundan olan Ağayeva Həqiqət adlı qadınla vətəndaş nikahında yaşamağa başlayıb: "O gündən sonra qara günlərimiz başladı. Analığım mənimlə dolanmırdı. Mənə görə atamla tez-tez dalaşırdı, evdən getməyimi istəyirdi. 1995-ci ildə atam rəhmətə getdi və Həqiqət Ağayeva məni evdən qovdu. Mən də məhkəməyə verdim. Analığım hakimin qarşısında ağladı, sızladı ki, tənha qadınam, evdən çıxarmayın və s. Hakim də dedi ki, gedin ümumi razılığa gəlin. Biz də evdə bir yerdə yaşamağa başladıq. Lakin elə rəftar edirdi ki, mən evə gəlmirdim. Öz evimdən didərgin düşmüşdüm. Gəlib Bakıda kirayə ev tutub, orada qalırdım. Həmin vaxt da Bakıda kinostudiyada və "Azdrama”da işləyirdim”.
Cavanşir Eyyubzadə yaranmış problemlər səbəbindən kinostudiyadakı və teatrdakı işlərindən ayrılmaq məcburiyyətində qalıb. İşsizlikdən əziyyət çəkən aktyor Rusiyaya üz tutub. Onun Rusiyaya getməsindən istifadə edən analığı yaşadığı mənzilə sahib olmaq üçün özünü evin sahibi Məmmədşah Eyyubovun yeganə varisi elan edib və 2007-ci ildə bunu notariusla təsdiqlədib: "Mənim onun bu cinayətindən xəbərim olmayıb. Notarius da atamın yeganə övladı mən olduğum halda atamla heç bir hüquqi bağlılığı olmayan qadını onun yeganə varisi kimi təsdiqləyib. Görünür, məsələni rüşvətlə həll ediblər. Həmin qadın 2012-ci ilin sentyabr ayında rəhmətə gedib. Mən də bu vaxtlar Bakıda idim. Evimizə gedib içəri daxil olmaq istəyirdim ki, gördüm qapı dəyişdirilib. Qonşulardan nə məsələ olduğunu soruşanda dedilər ki, o qadının qızı gəlib, evə yiyələnib. Halbuki Həqiqət Ağayeva başqa bir kişidən dünyaya gətirdiyi həmin qızın üzünü 2-cə ay görüb. Sonradan heç vaxt nə xəbər tutub, nə də görüb. Bu qız – İradə Ağasıyeva anası öləndən sonra peyda olub, özünü varis adlandırıb və evimiz keçib analığımın başqa kişidən olan və atama heç bir aidiyyəti olmayan bir qadının əlinə. O da iz itirmək üçün evi öz qohumuna satıb”.
Doğma atasının yeganə varisi olan Cavanşir Eyyubzadə haqqı olan evi almaq üçün üz tutub məhkəməyə. Lakin hakimlər İradə Ağasıyevanın xeyrinə qərar çıxarıb: "Apellyasiya məhkəməsi də oldu. İndi Ali Məhkəməyə verməyə hazırlaşıram. Pul verib bütün qərarları öz xeyirlərinə çıxartırırlar. Onlarla üzləşəndə mənə dedilər ki, "sən kimsən ki, ləzgilərin qarşısında at oynadırsan?” Vallah mən belə həyasızlıq görməmişəm. Atama heç bir aidiyyəti olmayan bir qadın gəlib evi zəbt edib və məhkəmə də onun xeyrinə qərar çıxarır. Hamısını pulla həll ediblər. Çünki mən məhkəməyə verəndə də dedilər ki, boş yerdən özünü yorma, çünki heç bir məhkəməni udmayacaqsan”.
C.Eyyubzadə deyir ki, imkansızlıqdan məhkəmələrdə onu təmsil etməsi üçün bir vəkil belə tuta bilmir. O hazırda atasının vətəndaş nikahında yaşadığı qadının vərəsəlik hüququnun ləğvini istəyir. Lakin bu iddiası da məhkəmə tərəfindən rədd edilir. Aktyor Prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və aidiyyəti qurumlardan kömək istəyir.
Məlumat üçün bildirək ki, C. Eyyubzadə 1989-2003-cü il tarixlərində Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çalışıb. 1997-2002-ci il tarixlərində isə həm də Akademik Milli Dram teatrında müqavilə ilə aktyor kimi işləyib. Bu müddət ərzində o, bir çox tamaşalarda əsas rolların ifaçısı olub: "Eşq və intiqam” tamaşasında baş rol, "Hökmdarın qızı” tamaşasında "Əbülfət ağa” və bir çox rollar canlandırıb. Bundan əlavə, filmlərdə də rol alıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|