Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

Deputat şəhid malına əl uzadıb - “Karmen” şəhid ailəsinin 40 min manatını necə “üyüdüb?”
Tarix: 6-04-2017, 10:42 | Çap et
Deputat şəhid malına əl uzadıb
Tanınmış vəkil Osman Kazımov deputat Əsabil Qasımova məxsus “Karmen” şirkətinin şəhid əsgərimiz, prezident İlham Əliyevin 25 iyun 2011-ci il tarixli sərəncamına əsasən, “İgidliyə görə” medalı (vəsiqə №1-168) ilə təltif edilmiş Heydərov Sərvan Heydər oğlunun ailəsindən aldığı 175 ton taxılın pulunu ödəməkdən min bir bəhanə ilə yayınır.

Yeniçağ.Az xəbər verir ki, bu məsələni davamlı olaraq ictimailəşdirən vəkil Osman Kazımov özünün “Facebook” səhifəsində “Karmen”in və hüquq-mühafizə orqanlarının şəhid Sərvan Heydərovun ailəsini 2 ildən çoxdur ki, süründürüldüyünü qeyd edib.

Vəkil sosial şəbəkədə paylaşdığı statuslarda diqqəti Daxili İşlər Nazirliyi (DİN) Təhqiqat və Baş istintaq İdarəsi ilə Baş prokurorluğun bu işə 2 ildir, yumşaq deyilsə, səhlənkar yanaşdığına yönəldib. Kazımovun yazdığına görə, qeyd olunan məsələ üzrə ittiham olunan şəxslərdən biri şəhid ailəsinə vurulan külli miqdarda maddi ziyanın 1 manatını belə ödəmədiyi halda, azadlığa buraxılıb:

“Daxili İşlər Nazirliyi və Baş Prokurorluq 2 ildir ki, yəni 720 gündən çoxdur, quldurları məsuliyyətə cəlb edə bilmirdi. Əsas quldurbaşını da guya müəyyən edə bilmirdilər. Bu gün həmin murdarın əldə etdiyim şəkilini dövlət başçısı İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova göndərdim. Özü də cavablı və sifarişli məktubla: itirməsinlər deyə. Bəhanələrini də kəsmişəm”.

Kazımov paylaşdığı növbəti məlumatda “Karmen”in ölkə xaricində 1 milyard dollarlıq layihə həyata keçirtdiyi halda, şəhid ailəsinə ödənəcək məbləğin “arxasına keçdiyini” bildirib. Vəkil bununla bağlı son paylaşımında prokurorluğun şəhid ailəsinin 175 ton taxılını mənimsəyən şəxsləri məsuliyyətə cəlb etmədiyini deyib:

“Dələduzlardan birinin barəsində həbs qətiimkan tədbiri seçilib. Amma Bakı Apellyasiya məhkəməsi həmin şəxsi azad edib. Digər şəxs isə guya axtarışdadır, şəxsiyyətini müəyyən edə bilmirlər. Baxmayaraq ki, həmin şəxsin fotosu istintaqa təqdim edilib. Üçüncü şəxs isə “Karmen”in məsul əməkdaşıdır. Prokurorluq onu məsuliyyətə cəlb etməyə cəsarət etmir. Halbuki, taxılın pulu bilavasitə onun tərəfindən guya tanımadıqları dələduza verilib. “Karmen”in sahibləri Rusiyada 1 milyard dollara yaxın dəyəri olan sanatoriya tikdiriblər. Hətta açılışı özləri etdilər. Şəhid ailəsi isə zəhmətlə əkib-becərdiyi taxılın pulunu ala bilmir. Müstəntiqlə söhbətimdən aydın oldu ki, burda yazdıqlarımı hər gün oxuyurlar”.

Şəhid ailəsi ilə bağlı bu həssas məsələ barəsində Yeniçağ.Az-a danışan vəkil Osman Kazımov “Karmen” şirkətinin külli miqdarda pulla ifadə olunan bu fırıldağını qısa olaraq belə təsvir edib:

“Şəhid Sərvan Heydərovun ailəsi və şirkətdə işləyən yaxın qohumları 175 ton taxılı “Karmen”ə təhvil veriblər. “Karmen”in məsul işçisi isə taxılın sahiblərini işdən çıxarıb, pulu isə guya heç bir sənəd tələb etmədən tanımadığı şəxsə verib. Bu gün də deyir ki, həmin şəxsi tanımır. Özünüz deyin, 40 min manat pulu naməlum şəxsə verərlərmi? O vaxtdan bu yana iki ildir ki, məsələ həll olunmur”.

Vəkil bu fırıldaqda iştirak edən şəxslərin hələ də məsuliyyətə cəlb olunmamasını hüquq-mühafizə orqanlarının çəkingənliyi ilə əlaqələndirib:

“Onların məsuliyyətə cəlb edilməmələrinin səbəbini Daxili işlər Nazirliyi və Baş Prokurorluq daha dəqiq deyə bilər. Pulu verən şəxs şirkətin Müşfiq adlı əməkdaşıdır. Sadəcə, onu məsuliyyətə cəlb etməkdən qorxurlar. Hər şey ortadadır. Həmin şəxsin şəklini bu gün Prezidentə, Daxili İşlər Nazirinə və Baş Prokurora göndərmişəm”.

Kazımov “Karmen”in sahibi olduğu deyilən deputat Əsabil Qasımovun adının bu məsələdə hallanmasına nədən göz yumduğuna da münasibət bildirib:

“Siz bu barədə yazdıqlarımı deməli, oxuyursunuz. Onu deputatdan soruşun ki, qohum-əqrabasının cilovunu niyə çəkmir? Şəhid malına niyə göz dikirlər?”

Vəkil sonda qeyd edib ki, məsələ tezliklə öz ədalətli həllini tapmasa, şəhid ailəsi Azərbaycana utanc gətirən addım ata bilər:

“Şəhid ailəsi müraciətlərə verilən cavabdan asılı olaraq növbəti addımını müəyyən edəcək. Konkret nə edəcəklərini isə bilmirəm – buna özləri qərar verəcəklər”.
Yeniçağ.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru