İcra hakimiyyəti qaçqın ailəsinə "dözün" deyir? - ŞİKAYƏT
Tarix: 10-04-2017, 12:00 | Çap et
«FHN xilasediciləri gətirib yataqxananın qabağında çadır qurdular. Belə çıxır ki, bundan sonrakı həyatımız yenə çadırda davam edəcək». Bunu Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş «Energetiklər pansionatı»nda məskunlaşan köçkün Şəhla Məmmədova deyir.
Məmmədovlar ailəsinin məskunlaşdığı otağın tavanının bir hissəsi ötən ilin avqustunda, qalan hissəsi isə bu il aprelin 4-də uçub. İlk dağıntı zamanı ana və azyaşlı övladı başlarından xəsarət alıblar. İkinci dağıntıdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri ailəyə xəbərdarlıq ediblər ki, otaqda qalmaq təhlükəlidir. Köçkün ailənin rəsmi qurumlara evlə təmin olunmaqla bağlı müraciətlərindən sonra hökumət nümayəndələri məsələni elə həmin binanın qarşısında çadır qurmaqla həll ediblər. Köçkün ailəsi isə buna etiraz edir: «İki gündür pansionatdakı otaqdan çadıra daşınmışıq. Pisimizə gəlir. 3 azyaşlı uşaqla çadıra yerləşmək...».
4-mərtəbəli binadakı otaqların tavanları dağıldığından sellofandan «örtük» çəkilib. Binada kommunikasiya və işıq xətləri çürüyüb, yuxarı mərtəbələrdəki tualetin çirkab suları aşağı mərtəbədəki yaşayış olan otaqlara axır. Binada su olmadığı üçün köçkünlər yay-qış yaxınlıqdakı çimərlikdən su daşıyıb istifadə edirlər. İllərdir ki, köçkünlər hökumətdən normal yaşayış yerlərinə köçürülmələrini tələb edirlər. Bu ilin fevralında binaya gələn «Qaçqınkom» sədri Əli Həsənov onlara daha bir az səbirli olmağı tövsiyə edib.
Ancaq Şəhla Məmmədova deyir, çadır şəraitində səbirdən keçib: «Deyirik, gəncliyimiz onun-bunun sidiyi başımıza axa-axa keçdi, heç olmasa, övladlarımıza bir gün ağlasınlar. Yazıqdılar, uşağım rütubətdən, şəraitsizlikdən astma xəstəliyinə tutulub. Binada sağlam uşaq tapmazsınız. Heç olmasa, onlar gün görsün, bunlarsa beş addımlıqda çadır qurub gedirlər. Cavanlığım siçovul yuvasında keçdi, bu yaşdan sonra da çadırda yaşamalıyam. Bəs mən nə vaxt gün görəcəm?».
Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, aprelin 4-də baş verən dağıntıdan sonra qurumun, «Qaçqınkom»un və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri evə baxış keçiriblər: «Orada yaşamaq çox təhlükəliydi, ailəyə xəbərdarlıq da olundu. Ailə getməyə yeri olmadığını bildirdi. Təklif olundu ki, müvəqqəti çadır qurulsun, ailə də razılaşdı. Hər halda, çadır həyatı uzun sürməyəcək, «Qaçqınkom» da vəziyyətdən xəbərdardır, 2 ay əvvəl Əli Həsənovla birlikdə Prezident Administrasiyasından da gəlmişdilər. Prezidentin də göstərişi var ki, bu il inşa olunacaq növbəti köçkün şəhərciklərinə ilk növbədə belə qəzalı binalarda məskunlaşmış köçkünlər köçürülsün».
3 azyaşlının da olduğu köçkün ailəsi 2 gündür ki, küləkli, yağışlı havada istilik olmayan çadırda həyatla mücadiləni davam etdirməyə məcburdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
|