Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                 

“Badi-Kubə” MTK-nın binasında nələr baş verir... - FOTOLAR
Tarix: 25-01-2018, 11:22 | Çap et
“Badi-Kubə” MTK-nın binasında nələr baş verir...
Redaksiyamıza Yeni Günəşli qəsəbəsi V massivində, “Badi-Kubə” MTK-nın binasında yaşayan sakinlərin adından şikayət məktubu daxil olub. Anonim məktubun üzərində həmin binada yaşayan 70 nəfər qadının adından yazıldığı qeyd edilib.

Şikayətdə binanın kommunal problemlərindən və MTK sədrinin laqeyd münasibətindən bəhs olunur. Bildirilir ki, 2006-cı ildə bünövrəsi qoyulan “Badi-Kubə” MTK-dan mənzil alan sakinlər binaya köçdükləri gündən bəri problem içərisində yaşayırlar.

Şikayətçilər 6 ildir tikintisi başa çatmış binada kommunal xidmətin normal səviyyədə olmamasından narazıdırlar. Binaya rəsmi qaydada texniki şərt alınmadığından mənzillərə təbii qazın verilişi hələ də bərpa olunmayıb. MTK-nın binasında yaşayan sakinlərin sayı müvafiq normaya çatmadığı üçün isə onlar kommunal ödənişləri 2-3 qat baha ödəmək məcburiyyətində qalıblar. Məktubda qeyd olunur ki, içməli suyun 1 kubmetrinin qiyməti rəsmi qaydada 50 qəpik müəyyən olunsa da, sakinlər hər kubmetr suya görə 2 AZN ödəyirlər, 1 kvt-ı 0.07 AZN olan elektrik enerjisini isə 0.10 AZN-dən ödəyirlər.

Məsələni yerində araşdırmaq üçün həmin ünvanda olduq. Ərazidə olduğumuz zaman 16 mərtəbəli binanın həyətində işləyən usta və fəhlələrin təmir işləri apardığının şahidi olduq. Öyrəndik ki, binanın tikintisi tam yekunlaşıb, bəzi sakinlər isə mənzillərini təmir etdirir.

Təqribən 1 saata yaxın binanın qarşısında dayanıb 10-a yaxın sakinlə həmsöhbət olduq. Lakin onlar şikayət məktubundan xəbərsiz olduqlarını dilə gətirdilər.

Binanın yuxarı mərtəbələrinə qalxıb, mənzil sahiblərinin də fikirlərini öyrənməyə çalışdıq. Redaksiyamıza göndərilən şikayət məktubunu onların diqqətinə çatdırdıq. Binanın durumu və kommunal problemləri ilə maraqlandıq. Sakinlərdən Köçəri Hüseynov bildirdi ki, şikayət məktubundan məlumatsızdır: “Şikayətlə bağlı ilk dəfə sizdən eşidirəm. Şəxsən mənim bununla bağlı məlumatım yoxdur. Əvvəllər binanın kommunal problemləri var idi. İşıqlar çox zəif idi, indi yeni şəbəkə çəkilib, hər şey qaydasına düşüb. Binanın əsas problemi təbii qazın olmamasıdır. Bu səbəbdən otaqları qızdırmaq üçün elektrikdən istifadə edirik. Bir neçə gün öncə MTK sədri ilə görüşdük. Sədr Firudin müəllim bildirdi ki, qaz çəkilişinin həyata keçirilməsi üçün sakinlər tam məskunlaşmalıdır. İndi mənzil sahibləri evlərinin təmirinə başlayıblar. Bu gedişlə yay aylarına kimi mənzil sahiblərinin böyük əksəriyyəti məskunlaşacaq. Ümid edirik ki, bu problem də aradan qalxacaq”.

Şikayətdə sakinlərin əsas problemlərindən birinin dəhlizlərə atılan tullantılarla bağlı olduğu yazılmışdı. Həmsöhbətim bunu təsdiqlədi: “Binada təmirsiz mənzillər çoxdur. Bir neçə aydır ki, mənzil sahibləri təmir işlərinə başlayıblar. Lakin işləri səliqəsiz şəkildə aparırlar. Yükqaldıran qurğuların daşıdığı yüklərin fəhlələr tərəfindən liftlərlə aparıldığının şahidi olmuşuq. Dəfələrlə işi aparan ustalarla mübahisələrimiz olub. Məcbur qalaraq məsələ ilə bağlı komendanta da şikayətimizi bildirmişik. Bununla bağlı tədbir görülüb”.

Şikayətlərə aydınlıq gətirmək üçün “Badi Kubə” MTK-nın sədrləri Ədalət Qəmbərov və Firudun Əliyevin də fikirlərini aldıq. F. Əliyev həmin şikayətlərin əsassız olduğunu bildirdi: “Bu cür yanlış informasiyalar bəzi qəzet və saytlarda çox dərc olunub. Düşünürəm ki, bu, təxribat xarakteri daşıyır. Mənimlə və yaxud Ədalət Qəmbərovla bağlı hər hansı bir şəxsi ittiham və yaxud şikayət olsa idi, yəqin ki, hər hansı bir güc strukturuna müraciət olunardı. Məktubu yazan bir nəfər şəxs 70 nəfərin adından şikayət yazır. Heç bir imza, heç bir ad olmadan... Əgər binadan şikayət varsa, istənilən mənzilin qapısını döyüb, maraqlana bilərsiz”.

MTK sədri binanın kommunal ödənişləri ilə bağlı məsələyə belə aydınlıq gətirdi: “Hazırda binada 72 ədəd su sayğacı quraşdırılıb. Lakin yaşayış az olduğundan texniki şərt almaq mümkün deyil. Bu zaman biz suyu öz hesabımıza alırıq. Suyun 1 kubu üçün qeyri-yaşayış sahəsi kimi 2 manatdan ödəməli oluruq. Binada yaşayan ailələrin sayı 100-ə çatmalıdır ki, bu vəziyyət aradan qalxsın. Bu isə yaxın zamanlarda həllini tapacaq. Gərək sakinlər mənzillərini təmir etdirsinlər. Biz də tez-tez xəbərdarlıq edirik. Son günlər artıq sakinlər evlərini təmir etdirib, köçməyə başlayıblar. Digər sayğaclar da quraşdırıldıqdan sonra abonentlər 0.50 qəpikdən ödəyəcəklər. Bakıdakı bütün MTK-larda vəziyyət eynidir. Ümumiyyətlə, su, elektrik verilişi bu şərtlərlə həyata keçirilir”.

Qeyd edək ki, anonim məktubda MTK sədri Ədalət Qəmbərova dair ittihamlar da yer alıb. Bildirilir ki, 2007-2008-ci illərdə işlər yolunda gedərkən, MTK-ya sədr təyin olunan Ədalət Qəmbərov bir sıra mübahisələri ilə yadda qalıb. Hətta vəziyyət o həddə çatıb ki, MTK-nın keçmiş sədri olan Asif Əsədullayevin oğlu Tural Əsədullayev hazırkı MTK sədri Ə. Qəmbərova adıçəkilən binanın qarşısında odlu silahdan atəş açıb. Nəticədə Ə.Qəmbərov ağır yaralanıb.

Bundan əlavə, Ə.Qəmbərovun binada 322 mənzili 500-ə yaxın vətəndaşa satdığı bildirilir. Bu səbəbdən də Yasamal məhkəməsinin 25 yanvar 2017-ci il tarixli həbs-qətimkan qərarı ilə Kürdəxanı həbsxanasında cəza çəkdiyi qeyd edilir.

Ərazidə olduğumuz zaman Ə.Qəmbərovun iş başında olduğunun şahidi olduq. O, binada aparılan təmir işləri ilə bağlı müəyyən tapşırıqlar verirdi. MTK sədri Firudin Əliyev bu informasiyaların yalan və böhtan olduğunu bildirdi: “Bu bina bir neçə əl dəyişib. Bizdən öncəkilər insanların başına min bir oyun gətirib. Biz bu binanı təhvil alan zaman yarımçıq idi. 12 mərtəbə ”karkaz" formasında idi, ilk 6 mərtəbənin hörgüsü var idi, 4 mərtəbənin isə suvağı vurulmuşdu. Yəni yaşayışa hazır bina formasında deyildi, sadəcə, natamam bir tikili idi. MTK sədri Ədalət Qəmbərov öz vəsaiti hesabına, 1.5 milyon manat xərc çəkərək binanın tikintisini tamamladı. Bizdən öncəkilər bir mənzili 3 nəfərə satdığından insanları razı salmaq üçün öz vəsaiti hesabına 3-cü və 4-cü blokları tikdi. MTK-nın keçmiş rəhbərləri Nəsib Əliyev, Zaur Cabbarov, Asif Əsədullazadə tərəfindən 150-dən çox zərərçəkmiş vətəndaşı mənzillərlə təmin etdik. Adıçəkilən şəxslər saxta sənədləşdirmə apararaq, bir mənzili 3-4 nəfərə satmışdılar. Ümumilikdə, vətəndaşlardan 6 milyon manat vəsait mənimsəmişdilər. Tikinti işlərini isə yarımçıq qoymuşdular. Buna görə də hazırda Nəsib Əliyev həbsdədir. Asif Əsədullayev isə 2 il məhkum olunduqdan sonra hazırda icbari həbsdədir. Həmçinin Zaur Cabbarov da icbari həbslə azadlıqdadır. Ağır Cinayətlər Məhkəməsinin qərarında Nəsib Əliyev tərəfindən MTK-ya 2 milyon 800 min manat zərər vururulduğuna dair sənədlər var. Bu şəxslər həbs olunandan sonra biz binanın tam qaydada tikintisini başa vurduq. Yəni keçmiş MTK sədrlərinin eləmədiyi işləri qısa zamanda həyata keçirdik. Onların indiyədək gördüyü işlər ümumi işin heç 30 faizini təşkil etmirdi. Yerdə qalan 70 faiz işləri biz apardıq. Bu işlər MTK-nın daxili vəsaiti hesabına həyata keçirildi. Korrupsiya İdarəsinin tövsiyə məktubu əsasında istintaq zamanı zərərçəkmiş şəxslər müəyyən olundu və onlar tərəfimizdən mənzillə təmin olundular".

“Badi-Kubə” MTK-nın binasında nələr baş verir...
“Badi-Kubə” MTK-nın binasında nələr baş verir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru