5 binanın arasında göydələn tikilir - “İşığa həsrət qalacağıq”
Tarix: 3-02-2018, 15:30 | Çap et
Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə, adı məlum olmayan tikinti şirkətinin nümayəndələri ərazidə hazırlıq işləri aparır, ölçü götürürlər.
“Yeni Müsavat”ın müxbiri adıçəkilən ərazidə olub, vəziyyəti müşahidə edib.
Ərazidə olduğumuz zaman həmin ətrafdakı binaların sakinləri ilə həmsöhbət olduq.
Haqqında danışdığımız ərazi 5 binanın həyəti, gediş-gəliş yolu və avtomobil dayanacağıdır. Bununla yanaşı, binaların qarşısında yaradılan kiçik park isə insanların istirahət məkanıdır. Sakinlər deyir ki, əgər həmin ərazidə çoxmərtəbəli bina tikilərsə sadalanan bütün imkanlar ləğv olunacaq: “Gördüyünüz kimi, bu ərazidə avtodayanacaq, park və 10-a yaxın çoxillik ağaclar var. Bizdə olan məlumata görə, hansısa şirkət bu ərazidə 16 mərtəbəli bina tikmək niyyətindədir. Təsəvvür edin ki, burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də günəş şüasının qarşısı alınacaq. Beş binanın sakinləri bu yolla hərəkət edir. İki əsas yol var ki, o da məcburi şəkildə ləğv olunacaq. Avtomobil dayanacağa, əsas yola çıxmaq üçün dolana-dolana hərəkət etməli olacağıq”.
Sakinlər bildirir ki, qazıntı işlərinə başlanılsa binanın həyətinə toplaşaraq etiraz aksiyası keçirəcəklər: “ İki həftədir ki, binamızın qarşısında bünövrə qazıntısı üçün hazırlıq işləri aparılır. Bunu nə qədər gizli şəkildə aparsalar da, bəlli olur. Tikinti şirkəti bina sakinlərindən xəbərsiz, sakit qaydada öz istəklərini həyata keçirməyə niyyətlidir. Bir neçə dəfə əraziyə naməlum şəxslər gələrək, tikinti ilə bağlı müzakirələr aparıblar. Lakin bu barədə sakinlərə bir söz deyən olmayıb. Hazırlıq işlərindən bəlli olur ki, ərazidə hündürmərtəbəli binanın tikilməsi nəzərdə tutulur. Hələlik bu vəziyyətə səssiz qalırıq, qazıntı işlərinə başlanmasını gözləyirik. Əgər belə bir hal olarsa, beş binanın sakinləri ayağa qalxacaq. Həmin əraziyə toplaşıb, etiraz aksiyası keçirəcəyik. Kimsə bina tikib, pul qazanacaq deyə, bizim uşaqlarımız, qocalarımız zülm çəkməlidir. Buna imkan verməyəcəyik”.
Qeyd edək ki, həmin ətrafda başqa bir çoxmərtəbəli bina da mövcuddur. Lakin bu bina tikintisi normalara uyğun aparılıb. Sakinlərlə söhbət zamanı da həmin bina ilə bağlı hər hansı şikayətin olmadığını öyrəndik.
Binanın tikinti və satış şöbəsinə məsul olan Rizvan Məmmədov şirkətin tikinti normalarına tam riayət etdiyini vurğuladı: “Binanın tikintisi yekunlaşıb, artıq yaşayanlar var. Biz burada bina inşa edən zaman əhatəmizdə olan sakinlərin razılığını aldıq və ətrafda abadlıq işləri aparacağımıza dair vəd verdik. İki binanın həyətində bir sıra abadlıq işləri apardıq. Yeni ağaclar əkdik, yaşıllıqlar saldıq. Uşaqlar üçün atraksionlar, böyüklərin istirahəti üçün skamyalar quraşdırdıq. Bir neçə gündür ki, sakinlər tədirgindir. 20-ə yaxın sakin bizə müraciət etdilər ki, binalarının həyətində tikinti işləri aparmaq istəyirlər. Qeyd edim ki, həmin ərazidə tikinti aparmaq məsafə baxımından normalara uyğun deyil. Salınan mini park, ərazidə olan ağaclar məhv olacaq. İnsanların hərəkəti məhdudlaşacaq. Açığı desəm, bu tikinti bizim də işimizə mane olacaq. Təsəvvür edin ki, 16 mərtəbəli binanın qarşısında başqa bir çoxmərtəbəli bina olarsa, beşmərtəbəli binalara günəş şüası düşməyəcək. Ensiz bir ərazidə tikinti işləri aparmaq isə ətrafda yaşayan sakinlərin həyatını cəhənnəmə döndərəcək”.
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov tikinti normalarını belə izah etdi: “Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|