"Oğlum dayısına aldanıb, ərizə yazıb" - GİLEY
Tarix: 6-02-2018, 12:06 | Çap et
Bakı sakini Yasin Bayramov əvvəllər Nizami Rayon Məhkəməsində hakim vəzifəsində işləmiş Aygün Abdullayevadan şikayətçidir. Şikayətçi bildirir ki, üzləşdiyi problemlə bağlı müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə musavat.com-a müraciət edərək, məsələni ictimailəşdirmək qərarına gəlib.
O, şikayətini geniş formada aşağıdakı kimi anladıb: “2006-cı ildə qaynım Rauf Mehdiyev Süleyman oğlu biznes fəaliyyəti ilə məşğul olurdu. İşlərinin düz getməməsi nəticəsində bankrot olub. Daha sonra oğlum Ruzigar Bayramova deyib ki, dostum vəkildir, gəl gedək onun yanına, atanın mənzildən istifadə hüququnun itirilməsinə dair sənəd hazırlayaq. Adı mənə bəlli olmayan vəkil götürüb Nizami Rayon Məhkəməsində saxta sənədlə iddia qaldırıb. Bu sənədə nə mənim yoldaşım Elmira Mehdiyeva imza atıb, nə də digər oğlum. Özüm də həmin ərəfədə Rusiyada olmuşam. Sadəcə olaraq oğlum dayısına aldanıb, ərizə yazıb. Həmin ərizəyə də digər ailə üzvlərim imza atmayıblar. Ancaq buna baxmayaraq onların yerinə sənəddə saxta imza çəkilib. Gətirdiyim sənədlərdən görə bilərsiniz ki, yoldaşımın və oğlumun həqiqi imzaları başqadır. Yuxarıda qeyd etdiyim ərizə 2006-cı ilin 27 fevral tarixində verilib. Məhkəmə həmin ilin martın 6-da işi icraata götürüb. Bu işdən isə yoldaşımın xəbəri olmayıb. Yazılan ərizədə göstərilib ki, guya mən 5 ildən artıqdır ki, Bakıda yaşamıram və harasa naməlum istiqamətə getmişəm, ailəmlə əlaqə saxlamıram. Halbuki, mən hər ay ailəmə pul göndərmişəm ki, bunun da sənədləri var. Bundan başqa da 2003-cü ildə Bakıda şəxsiyyət vəsiqəmi dəyişdirmişəm. Bununla da bağlı əlimdə sənədlər var. Bütün bu faktlar isə Aygün Abdullayevanın sədrliyi ilə keçirilən məhkəmədə nəzərə alınmayıb. Nəticədə Qara Qarayev prospekti, ev 108, mənzil 112 ünvanında olan evim mənim adımdan çıxarılıb və 90 min manata satılıb. Məhkəməyə guya qonşularımdan da bəziləri şahid qismində qatılıb, hələ akt da yazıblar. Guya 3 qonşu akt hazırlayıblar ki, mən 5 ildir ki, qeyd olunan mənzildə yaşamıram. Həmin qonşulardan biri Orxan Bayramovla söhbətim zamanı o, bildirib ki, ümumiyyətlə, bu işlə bağlı məhkəmədə olmayıb və hər hansı bir ifadə də verməyib. O.Bayramov həmçinin qeyd edib ki, akta çəkilən imza da ona aid deyil. Ümumiyyətlə, məhkəmədə heç bir şahid iştirak etməyib. Bundan əlavə digər oğlum Ziyadəli Bayramov da məhkəmənin keçirildiyi vaxt Gürcüstanda olub. Ancaq onun da adından ərizə yazılıb, qol çəkilib. Hazırda da evsiz qalmışam. İşlə bağlı apellyasiya şikayəti vermişəm. Apellyasiya Məhkəməsində dedim ki, burada ərizə saxtakarlığı var. Mənə dedilər ki, qarşı tərəf belə demir, axı... Cavab verdim ki, Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə əsasən kimin adına iddia ərizəsi verilirsə, o adamlar və ya səlahiyyətli nümayəndələri ərizəyə imza çəkməyibsə, ərizə qəbul edilmir. Rusiyadan ötən ilin 7-ci ayından gəlmişəm. Evi isə adımdan çıxarıb, 2009-cu ildə satıblar. Bakıya ötən il gəlmişəm. Ailəm bir neçə il Rusiyada mənim yanımda yaşayıb. Hazırda isə qaynımın evi satdığı pulla aldığı 1 otaqlı mənzildə yaşayırlar”.
Yuxarıda adıçəkilən Orxan Bayramovla da əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, Yasin Bayramov yalan danışır: “Onun oğlu Ruzi mənim sinif yoldaşımdır, həm də bir məhəllədə qalırıq. Mən 11-ci sinifdən Yasin kişini görməmişəm. Heç o, övladları Ruzinin, Ziyanın toyuna da gəlməyib. Bu insanı yalnız ötən il görmüşəm. Ona görə də mən həqiqətə qol çəkmişəm. Çox səhv edib mənim adımdan danışır. Dostumdu, əzizimdi qol çəkmişəm. Qol çəkən 3-4 qonşudan da biri mənəm. Deyəsən onun başında problem var. Getsin ailəsi ilə problemini həll etsin. Bu günlərdə mənə bu barədə danışdı. Dedim ki, hadisə çoxdan olub, yadımda deyil. Sonra yadıma düşdü ki, bəli, belə bir hal oldu və qol çəkmişəm. Ondan sonra da Yasin kişini görmədim ki, deyəm ki, bəli, qol çəkmişəm. Ona qətiyyətlə deməmişəm ki, kağıza qol çəkməmişəm. Dedim ki, yadımda deyil, fikirləşib deyərəm. Sonra da onu görmədim. Bir daha deyirəm ki, qol çəkmişəm və burada qeyri-qanuni heç nə yoxdur. Yasin kişini bu günlərdə görəndə heç tanımadım. Sonra tanışlıq verdi, yadıma düşdü. Hadisə 2006-cı ildə olub. Əhəmiyyətli bir şey deyil deyə, o, məndən qəfil soruşan vaxtı yadıma sala bilmədim. Sonradan yadıma düşdü ki, Ruzi bir neçə nəfər qonşuya qol çəkdirmişdi, biri də mən idim”.
Daha sonra şikayətçinin xanımı Elmira Bayramova ilə əlaqə saxladıq. O da söylədi ki, 17 ildir, yoldaşı burada yaşamır: “17 ildir ki, o, burada yaşamır. 2001-ci ildən 2 oğlanı üstümə atıb, gedib. İndi şikayət etdiyi qaynı onun övladlarına baxıb. Heç kim kiminsə yerinə qol çəkməyib. Hər kəs öz yerinə imza atıb. İki oğlumun toyunu etdik, ev satıldı, pul banka qoyuldu. Evi də atam onun adına almışdı. Hazırda işimiz apellyasiya məhkəməsindədir. Deyir ki, guya 23 yaşında oğlum hakimi aldadıb. 23 yaşlı adam hakimi aldadırsa, o zaman bu nə hakimdir? Sadəcə olaraq Yasin saxtakarlıq edir. Hazırda birlikdə qalmırıq. 17 il sonra Rusiyadan qayıdıb gəldi, mən də evə qoymadım”.
Yuxarıda adıçəkilən Ruzigar Bayramov da “Yeni Müsavat”a bildirdi ki, atasının danışdığı bütün fikirlər yalandır: “Boş söhbətlərdir. O adam 17 ildir ki, burada deyil və bizi də görməyib. Nə rüşvət vermişəm, nə də başqa bir iş görmüşük. Qonşuların da imzası ilə məhkəmədə iştirak etmişik. Ev özəlləşməmişdi. Evi 2006-cı ildə özəlləşdirib, 2009-cu ildə isə satmışıq. Alnımız açıq, üzümüz ağdır. Dayımın adın çəkir. Bizə baxan elə dayım olub”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
|