Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                     BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                     Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb .....                     Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... .....                     Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? .....                     Cənab Şükürovun YARIMŞTAT MARAĞI... .....                     ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq .....                     Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... .....                     Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                 

Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər
Tarix: 11-04-2018, 10:10 | Çap et
Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin seçkidən sonra aradan qalxacağı haqda məlumatlar yayılıb. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyinə 2018-ci il prezident seçkisindən sonra aydınlıq gətirilə bilər.

Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə iddialar var ki, aprelin 11-də keçiriləcək prezident seçkisindən sonra Eldar Mahmudovu cəzalandıracaqlar. Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində də ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir.

Ötən ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb.

Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqliyini təsdiqləyirdi. Rəsmi açıqlamalarda vurğulanırdı ki, Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilib.

Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin işdən çıxarılandan sonra ilk dəfə olaraq istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov da həbsdə çarpışan komandasının yanına göndəriləcək. 2017-ci ilin noyabrından ötən müddət ərzində bu əminlik öləziyib. Amma hələ də sabiq nazirin həbs olunacağı haqda iddialar səngimir. Bu da səbəbsiz deyil. Çünki ortada xeyli danılmaz faktlar var.

Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, onun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Bildirilirdi ki, Eldar Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Lakin bir müddət keçdi, Vüqar Mahmudovun da yaxası istintaqçıların əlinə keçdi.

MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda Eldar Mahmudovun istintaqdan kənar qalması bu gün də çox ciddi suallar doğurur. Üstəlik, 2017-ci ilin iyununda MTN-in sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Həmin qərardadın 2 aydan sonra ili də çıxacaq, amma prokurorluqdan səs çıxmır.

Ötən ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Lakin sonradan Eldar Mahmudovla bağlı proses dayandırıldı.

Həmin günlərdə belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən küllimiqdarda vəsait çıxarıb və istintaqa çağırılandan sonra həmin pulları qaytarmağa söz verib. Cahangir Hacıyevin özü də “Beynəlxalq Bank işi” başlayandan bir neçə ay sonra azadlıqda qaldı. Həmin günlərdə də bunun səbəbi dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı. Cahangir Hacıyevin də taleyi məlumdur. Onu 15 il müddətinə azadlıqdan məhrum ediblər. Eyni ssenarinin Eldar Mahmudova da münasibətdə təkrarlanacağı haqda fikirlər səslənib. Lakin görünən odur ki, Eldar Mahmudov istintaqçılar üçün o qədər də asan “ov” deyil. Mümkündür ki, o, nazir vəzifəsində çalışdığı dövrdə əlində cəmlənən kompromat materialları hərəkətə keçirə bilib. Belə xəbərlər vardı ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkə xaricində saxlayıb. Yeri gələndə kompramat məlumatların ən ziyansız hissəsini gündəmə gətirməklə əlində çox ciddi faktların olması ilə şantaj mövqeyini nümayiş etdirir. İstisna deyil ki, şantaj edilən tərəflər də Eldar Mahmudovun əlində ola biləcək kompromat “bomba”larının hansı gücdə olmasını, nələri dəyişə biləcəyini göz önünə gətirməkdə elə də çətinlik çəkmirlər. Görünən də odur ki, sabiq nazirin qurduğu kompromat “qalası” hazırda onun olduğu statusunu qoruyub saxlamasına imkanlar açır. Bütün bunlara rəğmən Eldar Mahmudovun toxunulmazlığı əbədi deyil. 1 qərarla vəzifəsindən ala biliblərsə, digər qərarla azadlığını da almaq gücü qalır...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru