Məmurların TENDER-MENDER OYUNLARI... - İLGİNC FAKTLAR
Tarix: 14-04-2022, 12:06 | Çap et
Azərbaycanda sovet dönəmindən qalma elektrik enerjisi sisteminin yenidən qurulması layihələrinin həyata keçirilməsindən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 2001-2018-ci illərdə prezidentlik etmiş Etibar Pirverdiyevin qazandıqları barədə kifayət qədər yazılıb. Onun bu sistem vasitəsi ilə əldə etdiyi milyonlarla ölçülən var-dövlət barədə də həmçinin. 2018-ci ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə prezident təyin olunmuş Baba Rzayev barəsində də az məlumatlar yayılmayıb. Buna qədər “Azərişıq” ASC-nin sədri olmuş Baba Rzayevin də var-dövləti milyonlarla ölçülür. Bu var-dövlətin mənbəyi isə təbii ki, dövlətdən korrupsiya yolu ilə oğurlanmışlar və oğurlananlardır. Bir sözlə, “Azərenerji” -də təkcə rəhbər dəyişikliyi baş verib, qalan hər şey olduğu kimi davam edir. Etibar Pirverdiyev köhnə elektrik enerjisi sisteminin yenidən qurulması layihələrindən oğurlayırdısa, Baba Rzayev isə işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işlərindən oğurlayır. Təkcə azad edilmiş ərazilər deyil, həm də dəyəri milyonlarla ölçülən, bir çox bölgələrin elektrik enerji ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də. Necə?
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 2021-ci ildə bir sıra yarımstansiyasının tikintisi və elektrikquraşdırması, yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə 8, dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 28 Açıq Tender elan olunmuşdur.
Lakin “Azərenerji” ASC-nin Tender Komissiyası elan olunmuş bu Açıq Tenderlərin nəticələri barədə məlumatları ictimaiyyətə sadəcə bildiriş yolu ilə açıqlamış, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələb etdiyi kimi, bağlanmış müqavilələr üzrə məlumatları açıq şəkildə elan etməmişdir. Biz bilmirik, bəlkə qanunda müqavilələrin gizlin saxlanılması barədə ayrıca maddələr var? Bununla bağlı qurumun Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Bildiyimiz odur ki, sözügedən qanunu 10-cu maddəsinə görə tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti ictimaiyyətə açıqlanmalıdır. Amma görün “Azərenerji” ASC-nin Tender Komissiyası hansı yollara əl atır.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23.12.2021-ci tarixində elan edilmiş 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən müsabiqədə “Azərelektrik Tikinti Quraşdırma” MMC , 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 330 kV-luq 4-cü “Mingəçevir” Hava Xəttinin yenidənqurulması və 37-38 saylı dayaqlararası aşırımda 330 kV-luq 5-ci və 6-cı “Mingəçevir” Hava Xətləri ilə kəsişmədə elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 500 kV-luq “Samux-Qardabani” Hava Xəttində yenidənqurma və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azenco” ASC, 110 kV-luq ikidövrəli “110/35/10 kV-luq “Kəlbəcər” Yarımstansiyası – 110/35/10 kV-luq “Qorçu” Yarım stansiyası” arası Hava Xəttinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 110 kV-luq ikidövrəli “Böyükşor Yarımstansiyası – Binəqədi Yarımstansiyası” arası Elektrik Verilişi Xətlərinin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC, 220 kV-luq 2-ci “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Böyükşor” Yarımstansiyasına, 220 kV-luq 4-cü “Zabrat” Hava Xəttinin giriş-çıxış sxemi ilə “Qala” Yarımstansiyasına, 110 kV-luq 2-ci “Maştağa” Hava Xəttinin giriş-çıxış sxemi ilə 220 kV-luq “Zabrat” Yarımstansiyasına qoşulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Elektrikquraşdırma” Müəssisəsi, 110 kV-luq 1-ci və 2-ci “Şəmkir” Elektrik Verilişi Xətlərinin giriş-çıxış sxemi ilə “Gəncə-2” Yarımstansiyasına qoşulması və 330 kV-luq 1-ci “Goranboy” Hava Xəttinin tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, 500 kV-luq 2-ci “Abşeron” və 330 kV-luq 1-ci “Abşeron” Hava Xətlərinin yenidənqurulması və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Azərelektrik Tikinti Quraşdırma” MMC, “Şimal” Elektrik Stansiyasında yeni su soyutma estakadasının tikintisi və istismara verilməsi işlərinin satın alınmaları üzrə “BCC Group” MMC, “Bakı-3” Elektrik Yarımstansiyasının İdarəetmə mərkəzinin tikintisi işlərinin satın alınmaları üzrə “Azconstruction” QSC, 330/110/10 kV-luq «Ağcabədi» Yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 330/230/110/35/10 kV-luq «İmişli» yarımstansiyanın yenidən qurulması və istismara verilməsi işlərinin satın alınmaları üzrə “Electro İndustries” QSC müsabiqələrin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsinin imzalanmıası barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 08.04.2022-ci il tarixdə açıqlanmışdır.
“Azərenerji” ASC tərəfindən 17 noyabr 2021-ci il tarixində elan edilmiş 330/110/10kV-luq “Gəncə” Yarımstansiyasının yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması, 110/35/10 kV-luq “Laçın (Qorçu)” Yarımstansiyasının tikintisi və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Electro industries” QSC, “Azconstruction” QSC şirkətləri qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilatlarla müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.02.2022-ci il tarixdə açıqlanmışdır.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/10 kV-luq “Masallı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “LİGHT CİTY” QSC , 110/35/10 kV-luq “Ucar” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/10 kV-luq “Yevlax” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Salyan” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Gidromaşservis” QSC şirkətləri tenderlərin qalibi müəyyən edilmişlər.Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 oktyabr 2021-ci il tarixində elan edilmiş 110/35/6 kV-luq “Puta” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə açıq tender üsulu ilə keçirilən tenderdə “Azconstruction” QSC, 110/35/6 kV-luq “Zığ” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Azconstruction” QSC, 110/35/6 kV-luq “205 saylı” YS-nın yenidənqurulması və istismara verilməsi işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilatlar ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 30.12.2021-ci il tarixdə açıqlanmışdır.
“Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ Regional Elektrik Şəbəkə” MMC-nin İnzibati və yardımçı təsərrüfat binalarının layihələndirilərək tikintisi işlərinin satın alınması, 110/35/6 kV-luq Qala Yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV-luq yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satınalınması işləri üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderlərdə “Farcon” QSC,“ Electro İndustries” QSC, “AZCONSTRUCTİON” QSC şirkətləri ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 12.08.2021-ci il tarixdə açıqlanmışdır. “Azərenerji” ASC tərəfindən 01 iyun 2021-ci il tarixində elan edilmiş “Qarabağ REŞ” üzrə istifadə olunacaq müxtəlif növ naqil və kabellərin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Gatdigital” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 26.06.2021-ci il tarixdə açıqlanmışdır.
AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 may 2021-ci il tarixində elan edilmiş üzrə Kəlbəcər rayonunda “Lev-4 KSES”-in yenidən qurulması işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “FARCON” QSC qalib müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 01.07.2021-ci il tarixdə açıqlanmışdır.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 may 2021-ci il tarixində elan edilmiş “Xındırıstan” YS – “Ağdam” YS arası 110kV-luq iki dövrəli EVX-nin tikintisi işlərinin satın alınması üzrə təkliflər sorğusu üsulu ilə keçirilən tenderdə “Electro İndustries” QSC, 110/35/10 kV-luq “Ağdam-2” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “AZCONSTRUCTİON” QSC, 110/35/10 kV-luq “Ağdam-1” Yarımstansiyasının tikintisi və elektrikquraşdırma işlərinin satın alınması üzrə “Electro İndustries” QSC tenderlərin qalibi müəyyən edilmişlər. Qalib gəlmiş təşkilat ilə müvafiq satınalma müqaviləsi imzalanması barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında 09.06.2021-ci il tarixdə açıqlanmışdır.
Qeyd etmək istərdik ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası keçirmiş olduğu bir çox aşağı qiymətli Açıq Tenderlərin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına məlumatlar yerləşdirilib. Lakin nədənsə təkliflər sorğusu üsulu ilə və dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq Tenderlər üzrə bağlanmış müqavilələrdə görülən xidmətlərə ayrılmış vəsatlər barədə məlumatları açıqlamamışdır. Burada məqsəd nə ola bilər? Nə üçün dəyəri yüz minlərlə qiymətləndirilən tenderlər üzrə bağlanan müqavilələrdə ayrılan vəsaitlər açıqlanır, amma dəyəri milyonlarla ölçülən tenderlər üzrə ayrılan vəsaitlər açıqlanmır, gizlədilir. Xüsusilə qeyd etmək istərdik ki, nəinki 2021-ci ildə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası tərəfindən əvvəlki illərdə də keçirilmiş dəyəri milyonlarla ölçülən bir çox Açıq Tenderlərin nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu da keçirilmiş tender prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.
Bundan əlavə dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətin Tender Komissiyası daim bir neçə şirkətə də üstünlük vermişdir. Qalib olan şirkətlərin tenderlərin sayına görə siyahısı belədir: “Azconstruction” QSC 8, “Electro İndustries” QSC 7, “Azərelektrik Tikinti Quraşdırma” MMC 4, “Azenco” ASC 3, “Farcon” QSC 2, “Gatdigital”, “Gidromaşservis” QSC, “LİGHT CİTY” QSC, “BCC Group” MMC, “Elektrikquraşdırma” Müəssisəsi 1 açıq tenderin qalibi olmuşlar. Növbəti yazıda bu şirkətlərin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə nə qədər yaxın olduğuna dair bir sıra gizlinlərə aydınlıq gətirməyə çalışacağıq. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
|