Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!
Tarix: 13-09-2022, 11:53 | Çap et
Rayonun memarı deyir ki, bizlik deyil, bu məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi baxır... Məlumdur ki, son illərin ən ciddi problemlərindən biri, bəlkə də birincisi, paytaxt Bakının rayonlarındakı qanunsuz tikililərdir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, Rayon İcra Hakimiyyətlərinin memarlıq şöbəsinin, şəxsən baş memarın rəsmi icazəsi ilə kimlərsə boş sahə görən kimi oranı hasarlayıb xırda ticarət obyekti, kafe, köşk tikdirir. Və hətta bu obyektlər vətəndaşların keçdiyi səkiləri zəbt ediblər. Həm də bu məsələdə memarlıq şöbəsinin adı daha çox hallansa da icra başçılarının bundan xəbəri olmaya bilməz. Yəni bütün bu qanunsuzluqlar icra başçılarının birbaşa icazəsi ilə baş verib. Bütün bu qanunsuz tikintilər əslində böyük biznes məsələsidir. Uşaqdan böyüyə hamı bilir ki, Bakıda pulunu verməsən bir daşı daşın üstə qoymaq olmaz. Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək. Təsəvvür edirsiniz, hansısa məmur öz şəxsi marağına görə, daha dəqiq desək pul qazanmaq üçün kiməsə obyekt tikməyə icazə verir. Və bir neçə ildən sonra həmin qanunsuz obyekt dövlətin hansısa layihəsinə mane olduğu üçün söküləndə, həm obyekt sahibi qazanır, həm də həmin məmurlar qazanır. İtirən isə dövlət büdcəsi olur. Axı, dövlət büdcəsi havadan-zaddan yaranmır. Bu büdcə vətəndaşların ödədiyi vergilər əsasında yaranır. Deməli, rüşvətxor məmur və qanunsuz obyektin sahibi pul qazanır, itirən isə vətəndaşlarımız olur. Amma əslində qanunsuz tikiliyə icazə verən məmur dəyən zərəri ödəməli idi. Sözün qısası, neçə illərdi ki, şəhərimizin səkiləri, parkları məmurlar tərəfindən zəbt olunur. Hətta rayon ərazilərindəki yüksək gərginlikli elektrik xətlərinin altındakı ağaclar kəsilərək, yaşıllıqlar məhv edilərək yerində çayxanalar, ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Bu məmurlar başa düşmür ki, həmin yaşıllıqlar, ağaclar məhz yüksək gərginliyi kompensasiya etmək üçün salınıb. Əgər sabah həmin ərazidə bir fəlakət baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq..? Bütün bu sadaladığımız problemləri aradan qaldırmaq üçün cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edildi. Hətta icra hakimiyyətlərinin bəzi səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə verildi. Amma... Əmması odur ki, bütün bunlara baxmayaraq icra başçıları, memarlar köhnə bazarlarından, köhnə alverlərindən əl çəkmək istəmirlər. Paytaxt Bakının qanunsuz tikililərlə ən çox zəbt olunmuş rayonlarından biri də Xətai rayonudur. Yeri gəlmişkən, onu da qeyd edək ki, memarlıq şöbəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün rayonlardakı memarlıq işləri Rayon Təsərrüfatı şöbəsinə tapşırıldı. Düzdür, bu şöbənin tikintiyə baxan mühəndisləri, memarları var. Xətai Rayon İcra Hakimiyyətində bu məsələlərə şöbə müdiri Rafiq İsayev və memar Əhməd Məmmədov baxır. Ən maraqlısı odur ki, son vaxtlar rayon ərazisindəki qanunsuz tikililərdən söhbət düşən kimi.... İcra hakimiyyətinin memarı, şöbə müdiri, hətta Xətai rayon İcra hakimiyyətinin başçısı Quliyev Rafiq Çəpərxan oğlu birağızdan deyir ki, məsələ artıq bizlik deyil, gedin qanunsuz tikililərin səbəbini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən soruşun. Təsəvvür edin ki, Xətai sakinləri etiraz aksiyası keçirir və deyirlər ki, hansısa şirkət gəlib həyətimizin ortasında qanunsuz tikili tikir. İcra başçısı isə deyir ki, mənlik deyil. İcra başçısından soruşan yoxdur ki, neçə illərdir ki, rayon ərazisində tikilən qanunsuz obyektlər də sənlik deyil..? Xətai icra hakimiyyətinin memarı isə həyətdə tikilən qanunsuz tikili barədə deyir ki....Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir. Belə yerdə deyiblər ki, vur palçıqdan çıxsın. Necə yəni səndə olan məlumata görə... İki dövlət qurumu arasında adi koordinasiya yoxdurmu ki, konkret biləsiniz ki, tikinti qanunidir, yoxsa yox. Həm də sakinlərin həyətində tikilən obyekt necə qanuni ola bilər, ayy .... Yaxşı, Xətai rayonu ərazisində kəsilən ağacları da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi eləyib..? Axı, bu ağacların kəsilməsinə siz icazə vermisiniz... Bəs rayonun Mənzil Kommunal İstismar İdarəsi hara baxır..? Sözün qısası, Məşədi İbad demişkən, əvvəl qızın bir adaxlısı var idi. İndi iki olub. Və qanunsuz tikli ilə bağlı nə varsa bir-birinin üzərinə atır. Amma, istənilən halda, Xətainin icra başçısı Rafiq Quliyev və yaxın ətrafı sanki harasa tələsirlər. Elə bil vaxtın bitdiyini hiss edərək, hər tini, dalanı satmağa hazırdırlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi məmurlar mediadan yuxarılara şikayət edirlər ki, imkan vermirlər işləməyə, barəmizdə yazırlar-pozurlar və... Qaçaq Nəbi filmində deyilən kimi, imkan vermirlər ki, oğurlayaq, sataq, qazanaq... Belə məmurlar “krışaları” deyir ki, siz də medianı verin məhkəməyə, tapşıracağıq, qoy başları özlərinə qarışsın və...məmurlar yaddan çıxsın... Bizim isə bir media olaraq belə məmurlara sözümüz odur ki, bizim yazmaqda yeganə məqsədimiz cənab Prezidenti məmur özbaşınalığı ilə məlumatlandırmaqdır. Və bizə olan hər hansı təhdidə qarşı cənab Prezidentimizə video-müraciətlərimiz var. Bir sözlə, məmur özbaşınalığına qarşı mübarizəmiz davam edir. Növbəti yazılarda digər paytaxt rayonlarında baş verən qanunsuz tikintilərdən, baş memarların əməllərindən bəhs edəcəyik. Bizi izləyin. P.S. Deyirəm, bölgələrdə ildırım çaxanda agacları, fermaları, böyük evləri, obyektləri vurur. Nədənsə Bakıda "ildırım" çaxanda Bakı və ətraf rayonların arxiv müdirləri ilə memarlarını vurur. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|