Binanı tikən dələduz çıxıb... zülmü çəkən camaatdır! - MÜRACİƏT
Tarix: 5-04-2023, 09:50 | Çap et
Bakının Yeni Günəşli ərazisində tikintisi yarımçıq qalan, sahibi dələduzluğa görə həbs edilən "Sahil - S İnşaat" MTK-ya məxsus binasının sakinləri yeni bir cəncəl və ciddi problemlə üzləşiblər. Sakinlər indi də kredit ödənişi etmək üçün maliyyə arayışlarını əldə edə bilmir. Bununla bağlı I vitse prezident Mehriban Əliyevaya və Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu məsələyə dövlətin müdaxiləsi olmasa, vətəndaşlara köməklik göstərilməsə probpem həllini tapmayacaq. "Çünki şirkətin dələduz əməllərinə görə həbsdə olan rəhbəri Taley Alaverdiyev ödənişlərlə bağlı qəbzlərə imza atmır, möhür vurmur. Bu adam istintaq altında olduğu dövrdə biz ödənişləri edirdik, sonra göndərilirdi, o da təsdiqləyirdi, sonra həmin vəsaitlə binanın tikinti işləri görülürdü, liftlər quraşdırılırdı. İndisə şirkətin sahibi qol çəkməkdən imtina edir, biz də qeyri-müəyyən vəziyyətdə qalmışıq, binadakı işləri tamamlaya bilmirik. Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət etdik, oradan cavab verildi ki, istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. Yəni Taley Alaverdiyev istintaq altında deyil, hər arayışlara möhür vurmaqdan imtina edir. Deyir ki, vətəndaşlar məni həbs etdirib, acığa qol çəkməyəcəm. Beləcə, 165 ailənin illərdir ki, çəkdiyi əziyyətin üstünə daha bir problem gəlib"- deyə şikayətçilər müraciətdə üzləşdikləri çətinliyi qeyd ediblər. Onlar Mehriban xanımdan və baş prokurordan bu məsələnin yoluna qoyulması üçün xahiş ediblər: "Taley Alaverdiyev dələduzluğa görə həbs edilsə də, faktiki şirkətin sənədləri ona aiddir, səlahiyyət sahibidir. Biz də ondan asılı vəziyyətə düşmüşük. Nəyə görə belə olmalıdır ? Bu adam fırıldaq edibsə, cinayətə yol veribsə, onun MTK üzərindəki səlahiyyətlərinə xitam verilməlidir. Bəs, dövlət vətəndaşa hansı şəraitdə kömək etmək üçündür? Biz kimdən dəstək gözləməliyik? Bu şəxs Azərbaycan vətəndaşıdır, Azərbaycan qanunları ilə mühakimə olunursa, biz gedib başqa dövlətə müraciət etməli deyilik ki?! Onun dələduzluğu ucbatından onsuz da mənzillərimizə köçə bilmirik, indi öz gücümüz hesabına işləri tamamlamaq istəyirik, amma dövlət bizi bir dələduzdan asılı vəziyyətə salıb. Həbsdə də adam dövlətə , vətəndaşlara, qanunlara meydan oxuyur. Ona görə bu işlə Prezident Administrasiyası, Baş Prokurorluq, məhkəmə sistemi təcili məşğul olmalıdır. Biz artıq bilmirik ki, Taley Alaverdiyev arayışlara qol çəksin. Bu adama belə çıxır ki, qanunların, dövlətin gücü çatmır? Bəs, dövlət vətəndaşa nə zaman yardım edir? Bizə cavab verilir ki, bu dələduzun şirkət üzərində səlahiyyət hüquqları qalır deyə ondan asılı vəziyyətdəsiz. Təsəvvür edin ki, həbsdə olan dələduz orada belə qanunlardan əleyhimizə istifadə edir. Bu nə məhkəmə-hüquq sistemidir? Bu nə yanaşmadır? 165 ailə lift qoydurub binada normal yaşayışını təmin edə bilmir, bir cinayətkar isə dövlət orqanları qarşısında "at oynadır". Ona görə Mehriban xanıma və hörmətli Baş prokurora ümidimizi bağlamışıq. Biz dövlətin ali rəhbərliyinə və ali qanunlarına inanırıq. İnanırıq ki, illərdir yaşadığımız bu müsibətlərə, bitməyən problemlərə dövlətin iradəsi nəticəsində kökündən son qoyulacaq. Faktiki 165 ailə bir dələduzun əlində qalıb və bizi yalnız dövlət rəhbərliyi bu cinayətkarın cəngindən xilas edə bilər. Dövlət bu şirkəti nəzarətə götürsün, himayə etsin, cinayətkar şəxsin səlahiyyətlərinə xitam verilsin, o, MTK üzərində hüquqlardan məhrum olunsun, binadakı işlər ya rəsmi şəkildə sakinlərin kollektiv idarəçiliyinə verilsin, ya dövlət özü himayə edib problemlərə son qoysun. Ümid edirik ki, bizim müraciətimiz eşidiləcək, hörmətli Mehriban xanım və cənab prokuror səsimizə səs verəcək". Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|