“Putyovka”lardan qazanılan milyonlar necə bölüşdürülür? - İTTİHAM VAR!
Tarix: 7-04-2023, 10:51 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır. Sosial yardımların (ÜSY) və əlilliyin müəyyən edilməsi məsələsində vətəndaşların kütləvi etirazına yol açan Agentlik indi də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda sağlamlıqlarını itirmiş qəhrəman vətən övladlarının qəsdinə durub.
Sosial şəbəkələrdə və mətbuatda qazilərlə şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə yönəlik şikayətlərin son dərəcə intensivləşdiyi müşahidə edilməkdədir. Şikayətçilərin ölkə başçısına ünvanlanmış müraciətlərində Agentliyin sədri Vüqar Behbudovun fəaliyyətindən, onun əlil və qazilərə, şəhid ailələrinə sayğısızlıq etdiyi bildirilir.
Qazilərin, həmçinin sağlamlığını itirmiş digər vətəndaşların reabilitasiyası və müalicəsini təşkil etməli olan Sosial Xidmətlər Agentliyinun bu sahədə ciddi qanun pozuntularına yol verməsi də edilən şikayətlər sırasındadır. Qeyd edilir ki, son zamanlar Agentlik əlil və qaziləri tibbi xidmətləri ilə qidalandırma səviyyəsinin yüksək olduğu sanatoriyalara deyil, tibbi personalı olmayan, pasiyentlərə keyfiyyətsiz yemək verilən, ümumi xidmət göstəricilərinin çox aşağı olduğu bərpa mərkəzlərinə göndərir.
Şikayətçilər qeyd edirlər ki, qazi və şəhid ailələrinin kurort mərkəzlərinə göndərilməsi üçün dövlət büdcəsindən on milyonlarla manat həcmində vəsait ayrılsa da, bu pul təyinatı üzrə tam xərclənmir. İddia olunur ki, Agentliyin rəhbəri özünə yaxın şirkətləri tenderlərdə qalib edərək, dövlətdən ayrılan vəsaitləri “silməklə” məşğuldur.
Şikayətçilərin bildirdiyinə görə, qazi və şəhid ailələrinin adlarına sənədləşdirilən göndərişlərdə (putyovka) tibbi xidmətlər üçün qiymətlər iri məbləğlərdə göstərilsə də, onlar reallıqda xidmətləri zəif olan pansionatlara göndərilirlər. Şirkətlərin hesabına köçürülən vəsaitlərin böyük hissəsinin isə sonradan geri alındığı deyilir.
Qeyd edək ki, belə neqativ hallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin dövründə də baş verib.
Diqqətə çatdıraq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin qurumun yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı.
DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.
Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb.
Şikayətlərdən göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qurumunda baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb. Bildirilir ki, Naftalan şəhərində fəaliyyət göstərən bir sıra sanatoriyaların nazirlikdəki bəzi şəxslərlə “otkat” etdiyi məlum olub. Bu barədə faktlar Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı aşkarlanıb.
APA-nın yaydığı məlumatda hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə bir sıra şahidlərin ifadələrində deyilir:
“Məhkəmədə ilk olaraq Ehtiram Əhmədov dindirilib. “Sehrli Naftalan” sanatoriyasında çalışmış Ehtiram Əhmədovun sözlərinə görə, işlədiyi müddətdə imtiyazlı şəxslər “putyovka” ilə sanatoriyada istirahətdə olublar. Hər “putyovka”dan isə müəyyən məbləğ “otkat” kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verilib: “Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu verirdi, aparıb Şəlalə Cəfərovaya çatdırırdım. “Putyovka”lardan ümumilikdə 1 milyon manat “otkat” çatdırmışam”.
Məhkəmədə “Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri də ifadəsində nazirliyin onlardan pul aldığını bildirib. İttihama əsasən, istintaqın araşdırma apardığı dövrdə “putyovka” xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə “otkat” kimi geri qaytarılıb:
“Sanatoriyaya göndərişlər olurdu. Bir “putyovka” təxminən 600-700 manatlıq idi. Hər “putyovka” üçün isə 150 manat “otkat” verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun əli ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat “otkat” verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb”.
Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min manat “otkat” verdiyini deyib. Həmin pullar da “putyovka”lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb.
İddialara görə, nazirliklə bir sıra kurort mərkəzləri arasında olan “otkat” münasibətləri hələ də davam etməkdədir.
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. www.yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|