Tovuz boyda rayonu qatlayıb qoyub cibinə... - İTTİHAM VAR!
Tarix: 29-04-2023, 12:27 | Çap et
Öz üslubumuza uyğun olaraq həmişəki kimi haqqında bəhs edəcəyimiz vəzifəli şəxsin tərcümeyi-halına nəzər salmalı olduq. Söhbət Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədovdan gedir. Deməli, Tovuz RİH-nin ( http://tovuz-ih.gov.az ) saytına daxl oluruq və oxuyuruq: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur. Biz bu mövzuda dəfələrlə yazmışıq ki, RİH-nin saytı rəsmi dövlət qurumunun saytıdır, hansısa həvəskarın fb səhifəsi-zadı deyil ee... Prezident Administrasiyası bu pərakəndəliyə son qoymalıdır. Prezidentin böyük bir rayondakı səlahiyyətli nümayəndəsinin kim və nəçi olduğu məlum olmalıdır. Necə yəni 1961-ci ildə anadan olub və 2018-ci ildə Prezident onu rayona icra başçı təyin edib. Bəs bu Məmməd deyilən məxluq 2018-1961 = 57 il harada olub..? Görəsən, Cahangir kişinin oğlu Məmməd niyə öz tərcümeyi-halını gizlədir..? İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib...? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..? Sözün qısası, özümüzü əziyyətə salıb araşdırma aparmalı olduq. Uzun araşdırmalardan sonra məlum oldu ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov uzun müddət “AQRO Kimya” MMC-nin prezidenti olub və icra başçısı təyin olunan kimi vəzifəsini oğlu Rəhman Məmmədova təhvil verib. Sonra o da məlum oldu ki, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşıdır. Məlumat üçün onu da bildirək ki, Cahan Məmmədov 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb. Bəli, məlum oldu ki, icra başçısı Məmməd Məmmədov 1 gün də olsun dövlət idarəetmə sahəsində çalışmayıb, ancaq bizneslə məşğul olub. Məlumdur ki, biznesmenin cibi olur, ona görə də Məmməd Məmmədov Tovuz boyda rayona sanki öz cibi kimi baxır. Bəli, məhz öz cibi kimi. Deməli, Məmməd Məmmədov icra başçısı təyin olunan kimi vəzifələrə öz qohum-əqrəbalarını yerləşdirməyə başladı. Sonrakı etapda Məmməd Məmmədov rayondakı sahibkarların, iş adamlarının, fermerlərin torpaq sahələrini ələ keçirmək üçün onları şantaj etməyə başlayıb. (Onu biz demirik haa, Tovuz camaatı deyir) Sahibkar Rəşid Məmmədov yazır ki, 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam, Ceyrançöldə qanuni olaraq 57 hektar torpaq sahəm var, icra başçısı həmin torpağı məndən almaq istəyir. Şikayətçi deyir ki, icra başçısı heç bir əsas olmadan məni məhkəmə ilə hədələyir, təhdid edir. Şikayətçi yazır ki, 5 dəfə icra başçısının qəbulunda olmuşam, məndən nə istədiyini soruşmuşam, mənə konkret deyib ki, torpağı mənə satmalısan, ya da istənilən yolla torpağı səndən alacam. İndi gördünüzmü, icra başçısı Məmməd Məmmədov hansı əməlin sahibidir. Cənab Prezident İlham Əliyev bu şəxsi icra başçısı təyin edəndə dedi ki, gedin sakinlərin problemlərini həll edin. Bu cənab Məmməd Məmmədov isə Prezidentin tapşırığını qulaqardına vurur. Bu Tovuzda baş verənlərin 100-də biridir ee... Bu hələ harasıdır..? Prezidentin göstərişi ilə sahibkarların, fermerlərin, kəndlilərin əkin sahələrinin su ilə təmin edilməsi üçün xeyli dövlət vəsaiti xərclənib, artezian quyuları qazılıb. Amma Məmməd Məmmədov həmin artezian quyularını özününküləşdirib və nəticədə fermerlər, kəndlilər əkin sahələrini suvarmağa su tapmır. Camaat Məmməd Məmmədova el arasında hələ bir ayama da qoşublar... Məmməd Məmmədov bilərkdən sahibkarlara su vermir ki, bezib axırda torpaq sahələrini ona satsınlar. İndi bildinizmi, Məmməd müəllimin məqsədi bütün Tovuz torpaqlarını ələ keçirməkdir. Vətəndaş car çəkir ki, əlimdə torpaqla bağlı Dövlət Aktı var, icra başçısı deyir ki, torpağı mənə verməlisən. Sözün qısası, Məmməd Məmmədov Tovuz camaatını bezdirib. Hətta tovuzlular son vaxtlar ona başqa bir ayama da qoşurlar. Yəqin ki, inşallah yaxın zamanda möhtərəm Prezidentimizin “Dəmir yumruğu” xalqa xidmət etməyən məmurların başına enəndə yediklərini zəhər kimi qaytaracaq.
P.S. El arasında "Zəhər Mamed" kimi tanınan şəxsin kimliyi haqqında növbəti sayımızda... //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
|