"Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq..." - GİLEY
Tarix: 13-12-2023, 11:37 | Çap et
"Azərbaycan Tibb Universitetindən ilk dəfə gələn il (2024-cü il) 30-dan çox tibb bacısı məzun olacaq və iş axtarmağa başlayacaq. Yəqin ki, tapa bilməyəcək. Beş ildir kollec bitirən, tibb bacısı olan mən də iş tapa bilmirəm. Dövlət bu qədər tibb bacısının yetişməsinə pul ayırır, amma sonra onların iş ilə təmin edilməsi mümkün olmur", - bunu AzadlıqRadiosuna iş axtaran onlarla tibb bacısından biri – Aytən Abbasova deyir.
Dövlət Statistika Komitəsi 2023-cü ilin əvvəlinə ölkədə 38 min 479 tibb bacısı olduğunu açıqlayıb. Buraya yalnız dövlət tibb müəssisələrində çalışanlar daxildir, özəl xəstəxanalarda işləyənlərin dəqiq statistikası yoxdur. Bununla paralel, hər il yüzlərlə tibb bacısı orta-ixtisas təhsili müəssisələrindən məzun olur və onların sayı hər ötən il artır. Məsələn, 2021-ci ildə 794 nəfər məzun olmuşdusa, bu rəqəm 2022-ci ildə 909-a bərabər idi. 2020-ci ildən ölkədə ali tibb təhsili verən tək universitet də tibb bacısı ixtisasını yaratdı. Tibb Universitetində bu ixtisas üzrə 100-ə yaxın tələbə təhsil alır. Bundan savayı, universitet və kolleclərlə yanaşı, ölkənin müxtəlif bölgələrində tibb bacısı ixtisası bilgiləri öyrətməyi hədəfləyən 50-200 manatlıq kurslar mövcuddur.
Dörd il təhsil al, sonra... A.Abbasova düşünür ki, ölkədə tibb bacılarının sayı artdıqca bu sahədə işsizlik problemi dərinləşir, özü kimi yüzlərlə gənc işsiz qalır. O, məzun olduqdan sonra iş üçün bir sıra tibb ocağına CV (iş ərizəsi) göndərib, amma heç birindən cavab almayıb.
"Dövlət xəstəxanaları kurs keçənləri götürmürdü. Amma özəl klinikaların bəzilərində üç aya tibb bacısı olanlar işə götürülürdü, biz qalırdıq kənarda. Yalnız qohum-qonşu işinə yarayıb, ayda bir dəfə iki sistem köçürüb üç-beş manata möhtac idim", - Abbasova gileylənir.
Abbasova 24 keçmiş qrup yoldaşından 17-sinin də işsiz olduğunu deyir, hər il yüzlərlə tibb bacısı yetişdirməyə xərc çəkən dövlətin onları işlə təmin etməsini vacib sayır.
Aya 400 manatadək maaş Gülay Orucova isə əvvəlcə 200 manatından keçib tibb bacısı kursunu bitirib, sonra bu sahə üzrə orta ixtisas təhsili alıb. Bir il özəl klinikada işləyən Orucova ixtisara düşüb. O, üç ildir ki iş tapa bilmədiyini dilə gətirir.
"Koronavirus pandemiyası dönəmində qazancımız yaxşı idi, işimiz riskli olsa da, gəlirimiz olurdu. Həmin dövrdə altı aya kimi dövlət xəstəxanasında çalışıb maaş ilə yanaşı əlavələr də alırdım. Yoluxmalar azaldıqca gəlirimiz də azaldı və, nəhayət, maaş 370 manat oldu. Az idi, amma dolanırdım. Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq. Digər özəl tibb müəssisəsindən məsafəyə görə ayrılmalı oldum, çünki maaşım yollara gedirdi. Bir il yaxınlıqda özəl klinikada çalışdım, orda da ixtisar...", - deyən Orucova yenə iş axtarışındadır, ilsonuna kimi iş tapa bilməsə, fərqli ixtisasda özünü sınamaq niyyətindədir. O, əksər sahələrdə olduğu kimi, tibb bacısı maaşının da bugünkü qiymətlərlə ayaqlaşmadığını deyir.
Hazırda dövlət tibb müəssisələrində tibb bacılarının maaş aralığı, əsasən, belədir:
- Baş tibb bacısı - minimum 398, maksimum 560 manat.
- Böyük tibb bacısı - minimum 383, maksimum 497 manat
- Tibb bacısı - 383-441 manat arası
- Çağırış üzrə tibb bacısı - minimum 353, maksimum 458 manat
- Xəstələrə qulluq edən kiçik tibb bacısı - 338-389 manat aralığı
Əmək stajı tələbi olmadan tibb bacı/qardaşları 406 manata kimi maaş alır, xəstəxanalarda maaş aralığı isə tibb bacıları üçün 300-400 manat arası dəyişir. Bu əmək haqlarını Səhiyyə Nazirliyi təklif edir, əlavələr, yaxud dəyişikliklər də istisna edilmir.
Tibb qardaşları da gileylidir Tibb bacıları ilə müqayisədə sayları nisbətən az tibb qardaşları da iş tapa bilmədiklərini deyirlər. Rauf Xəlilli Masallıda işləyəndə qohum-əqrəba, tanışlarının dadına qaçıb, aya 100-150 manata kimi qazanırmış. Bakıya köçüncə gəlirinin artacağına ümidli imiş, amma əksi baş verib. Şəhərdə kollec, kurs bitirən həmkarlarının çoxluğu onun gəlirinə təsir edib: "Oğlanlar tibb kursları keçsə də, psixoloji cəhətdən tibb bacısı/qardaşı kimi çalışmağa həmişə hazır olmurlar. Əsasən, təcili yardım maşınlarında işləmək olur bizimki. Son vaxtlar burada boş vakansiya yoxdur".
Digər tərəfdən, bəzi tibb bacıları çalışdıqları müəssisələrdə kadr çatışmazlığına baxmayaraq, rəhbərliyin vakansiya elan etmədiyini deyirlər. Bunu 15 ildir dövlət xəstəxanalarında tibb bacısı işləyən T.A. söyləyir: "Xüsusən də, virusların çox yayıldığı zamanlar, eləcə də qış aylarında tibb bacısı azlığı özünü göstərir, biz deyəndə isə yola verirlər".
"Hər yeni məzun yeni işsiz deməkdir" Tibb sahəsi üzrə ixtisaslaşan Sevinc Məmmədova dövlət sifarişi ilə təhsil alanlar başda olmaqla məzunların iş ilə təminatını vacib sayır. Mütəxəssisin fikrincə, tədricən tibb kolleclərində tibb bacısı ixtisası yığışdırılaraq ali təhsilli tibb işçiləri ilə əvəzlənəcək, çünki ali təhsilli tibb bacıları hətta ucqar yerlərdə həkim olmadıqda xəstəyə tibbi yardım edəcək savada malik olmalıdır: "Orta ixtisas təhsili alanları da tövsiyə edirik ki, kollec sənədi ilə ali təhsil üçün müraciət etsinlər. İşsiz tibb bacılarının artmasını da nəzərə alaraq bir müddət kolleclərə qəbul dayandırıla, yaxud yer az ayrıla bilər. Çünki hər yeni məzun yeni işsiz deməkdir".
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə abituriyentlərə tibb bacısı ixtisasını da qeyd etməyi məsləhət görürdü. O deyirdi ki, ali təhsilli tibb bacılarına böyük ehtiyac var, bir-iki ildən sonra həmin şəxslər daha tez iş tapacaqlar, nəinki tibb ixtisasını bitirənlər:
S.Məmmədova tibb bacılarının işsizlik probleminin həlli üçün xəstəxanalarda əlavə ştatlar açmağı, məktəblərdə tibbi xidmətin təşkilini yaxşılaşdırmağı, tibb bacılarını orada işə cəlbini təklif edir. Daha bir təklif əmək haqlarını artırmaqla tibb bacı/qardaşlarını bölgələrdə işləməyə cəlb etməkdir.
Xaricə getmək... A.Abbasova kimi iş tapa bilməyən bəzi tibb bacıları isə çıxış yolunu digər ölkələrə getməkdə görürlər. Axı, Azərbaycanın qonşularında tibb bacılarının əməkhaqqı və iş imkanları daha yüksəkdir.
Məsələn, Türkiyədə 2023-cü ilin ilk altı ayı ərzində digər dövlət qulluqçuları ilə yanaşı, tibb bacılarının da maaşları 30 faiz artırılıb. Buna uyğun olaraq, bakalavr dərəcəsi olan tibb bacısının maaşı 13 min 115 TL (769 manata) yüksəlib. Tibb bacısının maaşları əməkhaqqı dərəcəsindən, işlədikləri bölmədən və təhsil səviyyəsindən asılı olaraq dəyişir. Tibb bacısı evlidirsə və ya uşaqları varsa, maaşlara əlavə müavinət verilir.
Gürcüstanda bu il edilən artımla tibb bacıları ortalama 792 lari (505 manat) alır və bu məbləğin növbəti il artacağı bildirilir. Ermənistanda da məbləğ oxşardır – 120 min ADM ( 507 manat).
Avropa ölkələrində, Amerikada isə tibb bacısı/qardaşının maaşı daha yüksəkdir.
Di gəl, azərbaycanlı tibb bacısının xaricdə işləməsi üçün diplomu tanınmalıdır. Xaricdə işləmək istəyən tibb bacısı ilk növbədə dil təhsili almalıdır. Ünsiyyət dilini öyrənməkdən əlavə, gündəlik iş terminlərinin xarici dildəki qarşılığını mənimsəməlidir. Bu, bir sıra ölkələrdə qoyulan tələblərdəndir.
Mənbə: AzadlıqRadiosu © Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
|