Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...
Tarix: 1-03-2024, 10:58 | Çap et
Azərbaycanın məhkəmə-hüquq sistemində dələduzlara, cinayətkarlara hakimlər tərəfindən himayəçilik edilməsi təəccüblü hal sayılmır. Ölkədə onlarla belə məhkəmə hakimi görmək olar ki, zərər çəkmişi yox, təqsirləndirilən şəxsi müdafiə edir, onu qoruyur, hansısa yollarla qismən də olsa haqq qazandırmaq istəyir. Təbii ki, bu femida adına rüsvayçılıqdır. Belə hakimlər geyindiyi mantiyanı əynindən çıxarmalı və başqa peşə seçməlidirlər, ya da tam əksinə, onların cinayəti sübut olunmuş şəxlərlə işbirliyi araşdırılmalıdır. Axı hakim ədalətin yanında olmalıdır, bəs bəziləri niyə cinayətkarların, insanların haqqını yemiş fırıldaqçıların yanında olur?! Soruşa bilərsiniz ki, Anaxeber.info-nun konkret hansı faktları var, o zaman biz təqdim edək, siz tanış olun: Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov ağır cinayət törətmiş iki nəfəri müdafiə edir. Təsəvvür edin, məhkəmənin adı ağır cinayətlə bağlıdır, onun hakimi isə ağır cinayətdə ittiham olunan tərəfə qahmar çıxır... Söhbət Yeni Günəşlidə tikdiyi binada bir mənzili bir neçə nəfərə sataraq dələduzluq etmiş "Sahil - S İnşaat" şirkətinin rəhbərlərindən gedir. Onlar Taley Alaverdiyev və Pənah Kərimovdur. Hər ikisi həbsdədir. Sübut olunub ki, 165 ailə bu şirkətin sahiblərinin dələduz əməllərinin qurbanıdır. Di gəl ki, hakim Əli Məmmədov daşıdığı o ada belə dəyər vermədən "müaviyə"lərin, "yezid"lərin, ailələrin pulunu yeyib yuva qurmaq ümidini söndürmüş, uşaqların sevincini ürəyində qoymuş həmin iki dələduzun tərəfini saxlayır. Halbuki Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin obyektiv araşdırması, sonrakı dönəmdə sakinlərin problemlərini diqqətdə saxlaması, ölkə rəhbərliyinə edilən müraciətlər əsasında dövlət qurumlarının dəstəyi sayəsində sakinlər o fırıldaqçıların yarımçıq qoyduqları işləri öz gücünə, şəxsi resursu hesabına tamamlamağa çalışıblar. Ki, mənzillərinə köçsünlər. Lakin hakim Əli Məmmədov həbsdəki "moşennik"lərin yanında dayanmağa üstünlük verir. Bəs bunu necə edir?Belə ki, dələduzluğa görə həbs edilmiş şirkət rəhbərlərinə qahmar çıxaraq, zərər çəkmişlərdən onlara ödəniş edilməsini tələb edir. Həmin zərər çəkmiş 16 ailə aldadıldığını başa düşdüyü üçün mənzilə görə kredit ödənişini zamanında dayandırıblar. Kredit ödəyiciləri sonrakı dönəmdə ödədikləri pulla binanın yarımçıq işləri tamamlanıb. Belə ki, həmin vəsaitlə lift alınıb, dam vurulub, qaz, su, işıq xətləri çəkilib, arakəsmələr düzəldilib, fasadlar işlənib. Yəni ümumilikdə 16 ailə kreditin əvəzinə o vəsaiti binanın işlərinə yönəldib, nəticədə bütün sakinlərin problemlərinin həlli üçün addımlar atılıb. Əslində 165 ailənin üzləşdiyi bir problemdən söhbət gedir. Ancaq hakim Əli Məmmədov isə dələduzlara sahib çıxaraq belə qənaətə gəlib ki, həmin vəsaitlər tikinti şirkətinə çatmalıdır. Yəni kredit ödəyiciləri o pulu şirkət sahiblərinə ödəməlidirlər, nəticədə onlar azadlığa çıxmalıdır. Bu qədər absurd, bu qədər anormal mövqe... Maraqlıdır, şirkət sahibləri götürdüyü hansı öhdəlikləri yerinə yetiriblər ki, zərər çəkmiş ailələr bu pulu onlara versin?! O ailələr aldadılıb, bununla belə mənzillər təhvil verilsin deyə ödəməli olduqları krediti binanın yarımçıq işlərinə xərcləyiblər. Ki, evlərinə köçüb yaşasınlar. Ancaq hakim bu işdə dələduzların müdafiəsinə qalxır, sakinləri sıxışdırır. Ümumiyyətlə, onun fırıldaqçıları müdafiə etməsi suallar doğurur. Axı Əli Məmmədovun hakim kimi bu işdə nə marağı var ki, həmin şəxslər azadlıqda gəzsinlər, yaxud pullar şirkətə verilsin?! Belə şübhələr yaranır ki, hakim həmin dələduzlarla nəyinsə müqabilində sövdələşib. Bunu başqa cür anlamaq çətindir. Əgər hakim vətəndaşların haqqının pozulmasını deyil, şirkətin iki dələduzunu müdafiə edirsə, deməli, onun məsələyə yanaşması şəxsi prizmadandır, ədalətin bərpası deyil. Ona görə də həmin sakinlər yeni ədliyyə naziri Fərid Əhmədova müraciət edərək bu məsələdə araşdırma aparılmasını xahiş edirlər. Onlar gənc nazirə inanaraq qeyd edirlər ki, hakim Əli Məmmədovun tutduğu mövqenin səbəbi araşdırılacaq. Həmçinin, Ali Məhkəmə sədri İnam Kərimovdan da dəstək istəyən sakinlər deyirlər ki, bu məsələ ciddi şəkildə yoxlanmalıdır, hakimin prosesə baxışı öyrənilməlidir. Sakinlər bildirirlər ki, pozulan hüquqlarının müdafiəsi üçün Prezident Administrasiyasına gedəcəklər və hakimin tələbləri barədə dövlət rəhbərliyini məlumatlandıracaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|