BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                     Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb .....                     Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... .....                     Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? .....                     Cənab Şükürovun YARIMŞTAT MARAĞI... .....                     ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq .....                     Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... .....                     Burada nə yediyinizə diqqət edin... .....                     KONTAKT HOME yenə də narazılıq yaradır... .....                     Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? .....                     Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... .....                     Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... .....                     Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir .....                     Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? .....                     “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… .....                     Qüvvələrimiz Ermənistana belə girə bilər .....                     Bakı çox yüklənib, həm adamla, həm də maşınla... .....                     BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... .....                     "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir" .....                     Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... .....                     Qaqauz lider Kişinyov hava limanında saxlanıldı .....                     670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                 

Sabirabadın icra başçısına ilginc ittiham... - Ayrılan dotasiyaların Nazim İsmayılova çatdığı deyilir...
Tarix: 26-06-2015, 12:22 | Çap et
Sabirabadın icra başçısına ilginc ittiham...
Sabirabad rayonu, Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovun iş adamı Aqif Nəcəfovun başını partlatması barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, bələdiyyə sədrinin müavini ilə sahibkar arasındakı mübahisə pul üstündə düşüb. Belə ki, Fikrət Əmrahov işlətdiyi çayxananın ərazisinin bələdiyyənin mülkiyyətinə aid olduğunu bəhanə gətirərək iş adamından pul tələb edib.

Qarşı tərəf bir neçə dəfə ona hörmət etsə də, sədr müavini sonradan məbləği artırıb və nəticədə tərəflər arasında insident yaşanıb. Baş vermiş dava nəticəsində sahibkar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda baş vermiş hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində və rayon prokurorluğunda araşdırma aparılır. Redaksiyamıza Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini haqqında ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən kənd sakininin verdiyi məlumatda deyilir ki, Fikrət Əmrahov əvvəllər bələdiyyənin sədri vəzifəsində işləyib və həmin vaxt saysız-hesabsız qanun pozuntularına imza atıb: "Keçən bələdiyyə seçkilərində bir nəfər xanım sədr seçildi. Fikrət müəllim isə onun müavini oldu. Əslində, bu, formal xarakter daşıyır. Çünki bələdiyyə indi də keçmiş sədrin diqtəsi altında idarə olunur. Bu adam nə əvvəl, nə də indi xidməti vəzifəsini lazımi səviyyədə icra edib. Kənd sakinləri onun fəaliyyətindən razı deyil. Ona görə ki, bələdiyyə sədrinin müavini camaatın istifadəsində olan torpaq sahələrinin bir hissəsinin təyinatını qeyri-qanuni şəkildə dəyişərək ayrı-ayrı iş adamlarına satıb. Proses hazırda da davam edir. Vətəndaşlara bələdiyyədən hansısa sənəd lazım olanda nəysə verməmiş ala bilmirlər. Həşimxanlı Sabirabad rayonunun ən bərbad kəndlərindən biri hesab edilir. Kəndin yolları sanki birinci dünya müharibəsi dövründən qalıb. Yayda toz-torpaqdan, qışda isə palçıqdan yollar keçilməz olur. Kəndin daxili yollarının təmir edilməsi üçün bələdiyyəyə dəfələrlə müraciət etmişik. Fikrət müəllim hər dəfə bizə deyib ki, büdcədə pul yoxdur. Həşimxanlı bələdiyyəsinin büdcəsi kənddəki bir sıra problemlərin həllinə imkan verir, amma sədr müavini iş görən adam deyil. Sədrin üzünü indiyə kimi görməmişik. Deyəsən, o işə çıxmır. Bələdiyyənin bütün işlərini və maliyyə əməliyyatlarını sədrin müavini həyata keçirir. Kənddə xırda sahibkarlıqla məşğul olan insanlar bu adamın əlindən hara üz tutacaqlarını bilmirlər. O kimin bir balaca imkanı varsa, dərhal həmin adamın başının üstünü alır və bildirir ki, filan qədər verməlisən. Bələdiyyəyə aidiyyəti olmayan torpaq sahələrində yerləşən ticarət obyektlərinin fəaliyyət göstərməsinə imkan vermir. Bəzi savadsız şəxslər onun hədələrinə aldanıb ayda müəyyən məbləğdə "şirinlik" verirlər. Ancaq qanunlardan anlayışı olan insanlar sədr müavininin özbaşına əməllərinə etirazlarını bildirirlər. Haqqını tələb edənlərə qarşı onun münasibəti çox pisdir. Belə şəxsləri əsassız olaraq incidir, onların barəsində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına yalan məlumatlar ötürür. Artıq neçə illərdir bələdiyyədə rəhbər vəzifədə işləyən Fikrət Əmrahov özünə yaxşı şərait qurub. Deyilənə görə, onun rayonun mərkəzində bir neçə dükanı, Həşimxanlı kəndində hektarlarla torpaq sahəsi və şəxsi təsərrüfatı var. Kənd sakinlərinin bir çoxu ondan çəkinir. Bunun səbəbi var. Sədr müavini harda oturur deyir ki, mən icra başçısı Nazim İsmayılovun adamıyam və onun tapşırıqları əsasında iş görürəm. Yəni özünün icra etdiyi qeyri-qanuni işləri rayon rəhbərinin adı ilə bağlamağa çalışır. Hər dəfə bildirir ki, bələdiyyəyə ayrılan dotasiyalar və yerli özünüidarə orqanının büdcəsinə yığılan digər vəsaitlər icra hakiminin sərəncamına verilir. Bu isə heç bir məntiqə sığmır. Hamıya məlumdur ki, bələdiyyələr icra orqanlarına tabe olmayan müstəqil qurumdur. Başqa sözlə desək, icra hakiminin bələdiyyənin fəaliyyətinə müdaxilə etməyə haqqı yoxdur. Belə çıxır ki, ya sədr müavini başçının adından istifadə edir, ya da Nazim İsmayılov qanunların tələbini pozaraq bələdiyyənin fəaliyyətinə maneçilik törədir". Kənd sakini onu da əlavə etdi ki, Həşimxanlı bələdiyyəsinin rəhbərliyi əhali ilə səmərəli əlaqə qura bilmir: "Sakinlərin qanunvericiliyə uyğun olaraq seçdikləri bələdiyyənin fəaliyyətini daim nəzarətdə saxlamağa, ondan gördüyü işlər barədə hesabat tələb etməyə, məlumat almağa, yerli özünüidarəetmə orqanlarının işini canlandırmaq üçün əsaslı təkliflər verməyə, nöqsanları doğuran səbəbləri aradan qaldırmaq üçün birgə tədbirlər görməyə haqqı çatır. Lakin bələdiyyə rəhbərliyi buna şərait yaratmır. Elə bu səbəbdən bələdiyyə rəsmiləri işə məsuliyyətsiz yanaşır, öz fəaliyyətlərində aşkarlığı, şəffaflığı təmin edə bilmirlər". Məsələyə aydınlıq gətirmək istəsək də, sədr müavini ilə əlaqə yaratmaq cəhdlərimiz bir nəticə vermədi. Yəqin ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbər işçiləri Həşimxanlı bələdiyyəsində mövcud olan problemlərin izinə düşüb müvafiq ölçü götürəcəklər.
\\gundelik-baku\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
“Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48
Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41
Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40
BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28
"Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21
Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16
Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru