AXCP-dən istefa verəni hədələyiblər
Tarix: 17-08-2015, 18:02 | Çap et
AXCP-də son aylarda yaşanan böhran kritik həddə çatıb. Təsadüfi deyil ki, keçən həftə qurumdan iki funksionerin istefası reallaşdı. Bunlar Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov və hazırda həbsdə olan Sumqayıt təşkilatının sədri İsa Qurbanov oldu. Hər iki funksioner getmələrinin səbəbi kimi, rəhbərliyin siyasətindən narazı olduqlarını bildirdilər. Hətta İ.Qurbanov həbsxanadan göndərdiyi müraciətdə YAP-a keçdiyini açıq şəkildə bəyan etdi.
Hər iki şəxsin istefasına AXCP-nin mövqeyi maraqlı oldu. Qurumun mətbuat orqanı funksiyasını icra edən “Azadlıq” qəzetindəki məlumatda S.Məmmədovun ümumiyyətlə, AXCP üzvü olmadığı qeyd olunub. Qəzetdə gedən xəbəri olduğu kimi təqdim edirik: “AXCP-dən ayrılma səbəblərini partiyanın idarəçilik sistemindəki nöqsanlarla izah etməyə çalışan bu şəxsin iddialarının nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün qurumun Gəncə şəhər Məclis sədri Qaçay Abbasovla əlaqə saxladıq.
Məlum oldu ki, Sabir Məmmədov ümumiyyətlə, AXCP-nin üzvü olmayıb. Qaçay Abbasovun dediklərindən: “Sabir Məmmədov 2013-cü il seçkiləri ərəfəsində AXCP-yə üzv olması üçün ərizə ilə müraciət etmişdi. Həmin vaxt o, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki kampaniyasına öz təşəbbüsü ilə könüllü kimi qoşulmuşdu. Biz də onun ərizəsini qəbul etdik. Lakin ona rəsmi üzvlük vəsiqəsi verilməyib. Çünki partiya rəhbərliyinə təqdim etdiyi sənədlərə baxış keçirilməmiş, onun Azərbaycan Demokratiya və Rifah Hərəkatında fəaliyyət göstərməsi haqda məlumat aldıq. Başqa təşkilatda fəaliyyət göstərən birisinin AXCP-dən istefa verdiyini bəyan etməsi sadəcə gülüncdür”.
“Yeni Müsavat”a müraciət edən Sabir Məmmədov AXCP rəhbərliyini yalançılıqda suçladı. O, “Azadlıq” qəzetində istefası ilə bağlı barəsində gedən məlumatda Qaçay Abbasovun adından fikirlər yazıldığını bildirdi : “Mətbuata Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olmağımla bağlı vəsiqə təqdim etmişəm. Bundan əlavə, Əli Kərimlinin öz imzası olan partiya üzvlüyümü təsdiq edən bileti də göstərmişəm. Partiya vəsiqəmin nömrəsi 400201-dir. 1 fevral 2012-ci ildən həmin partiyanın üzvüyəm. Qeyd olunur ki, guya Gəncə AXCP Məclisinin sədri Qaçay Abbasov üzv olmağımı inkar edib. Bildirib ki, belə bir üzvümüz yoxdur. Onun özü ilə danışdım. And içdi ki, belə bir açıqlama verməyib, “Azadlıq” qəzeti onun adından yazı dərc edib. O, beş-altı partiya üzvünün yanında mənə dedi ki, əgər belə sözlər desəm, səndən üzr istəyərəm. Açıqca dedi ki, Gözəl Bayramlı onun adından açıqlama uydurub. İstefamdan sonra Gözəl üzərimə gəldi. Mənə deyir ki, niyə “Yeni Müsavat”a açıqlama verirsən? Mən də dedim ki, belə məsləhət gördüm. “Yeni Müsavat”da obyektivliyinin olduğunu bildirdim. Qayıdıb mənə deyir ki, nə ilə sübut edə bilərsən? Gözümlə gördüklərimə uyğun addımlar atdığımı dedim. İstefamdan peşman deyiləm. Bunu Gözələ də dedim”.
Sabiq partiya funksioneri Gözəl Bayramlının onu hədələdiyini də qeyd etdi: “Gözəl mənə dedi ki, səninlə hesablaşacağıq. Mənə möhkəm hədə-qorxu gəldilər. Üzvlər mənə deyirlər ki, sən qorxursan? Bunlar insanları qorxu altında partiyada saxlayırlar. Hamı onlardan bezib. Heç nədən qorxum yoxdur. Hesab etmirəm ki, mənə təhlükə yaratmağa gücləri çatsın. Əli Kərimlinin partiyada nələrin baş verdiyindən xəbəri var. Qarşısını almaq üçün tədbirlər görmürsə, demək o da bu yolun yolçusudur. Partiyanın daxilində nizam-intizam olar. Qaydanı pozan hər bir üzv partiyadan xaric olunmalıdır. Amma belə şəxslər AXCP rəhbərliyi tərəfindən himayə edilir. Gözəl ikiüzlü adamdır. Samuxda mənə dediyi sözü Gəncədə dandı. İstefamdan sonra Əli bəy bir dəfə də olsun, mənə zəng etmədi. Təkcə Gözəl Bayramlı zəng vurdu. O da məni hədələmək üçün. “Yeni Müsavat”a müsahibə verməkdə düz etdiyimi ona da dedim. Belə bir partiya mənə lazım deyil. Orada saxtakarlıqla işləməkdən başqa əllərindən bir iş gəlmir. Məni Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi təyin ediblər. Amma “Azadlıq” qəzeti yazır ki, belə bir şey yoxdur. Bunların iç üzləri budur. Seçkilər ərəfəsində mənə digər partiyalardan pullar təklif olundu. Amma nə digər partiya keçdim, nə də təmsil olunduğum partiyanı satdım. İnsanda ən təmiz varlıq vicdandır”.
S.Məmmədov Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Demokratiya və Rifah Hərəkatının üzvü olduğunu açıqladı: “İyunun 28-dən bu hərəkata qoşuldum. Ellada Məmmədli təsis iclasında iştirak edirdi. Qaçay bəyin özü də ADR-in üzvüdür. Burada cəbhəçilərdən bu qurumun üzvü olanlar çoxdur. “Azadlıq” qəzetinin yazdıqları böhtandır. Birbaşa Əli Kərimlinin tapşırığı ilə məlumat yazılıb. Bunların siyasəti bundan ibarətdir”.
İ.Qurbanovun istefası ilə bağlı sosial şəbəkələrdə status paylaşan partiya lideri Əli Kərimli onun addımını təzyiqlərlə əlaqələndirib. AXCP sədri onun həbsinin gizlədilməsinin səbəbləri barədə geniş məlumat verib: “İsa Qurbanov İlham Əliyevə son müraciətində azadlığa çıxmaq üçün ondan istənilən hər şeyi etdi. Keçmiş əqidə yoldaşlarını təhqir edib, yamanladı. YAP-a keçdiyini bəyan etdi. Bütün bunlardan sonra indi nə istəyirsiniz? Adamı azad edin, getsin ailəsinin yanına, öz ömrünü yaşasın”.
Adından açıqlama yazıldığı iddia edilən Qaçay Abbasovun özü ilə danışmağa nail olduq. O, açıqlamasının təhrif olunduğunu etiraf etdi: “Demişəm ki, Sabir müəllimin mən də ərizəsi olmayıb. Bəzi fikirlər adımdan yazılıb. Amma üzvü olması ilə bağlı ərizəsinin şahidi olmamışam. Partiyanın üzvü olduğunu da deyə bilmərəm. Mən onu 2013-də tanımışam. Cəmil bəyin səlahiyyətli nümayəndəsi kimi. Sonradan bildirdi ki, AXCP-nin Qərb üzrə səlahiyyətli nümayəndəsidir. Qəzetdəki yazılar mənə aid deyil. Mənə zəng edib fikir almaq istəyiblər. Demişəm ki, təşkilatın sədrindən alın. Sabir müəllim və mən ADR-in üzvüyük”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
|