“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                 

«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin» - İcra başçısı imkansızlıq üzündən övladını itirmiş atanı ələ saldı
Tarix: 8-09-2015, 10:51 | Çap et
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
Neftçalada durumun yetərli qədər ağır olduğu barədə hələ bir müddət əvvəl məlumat vermişdik. Bildirmişdik ki, rayonda sosial-iqtisadi problemlər biabırçı vəziyyət yaranıb. Neft-qaz hasilatı ilə məşğul olan rayonun kənd və qəsəbələrinin əksəriyyətində təbii qaz yoxdur. Varsa belə, onun varlığı ilə yoxluğu məlum deyil.

JAM.AZ xəbər verir ki, «mavi yanacaq» problemi yaşayan kəndlərdən biri də Aşağı Qaramanlıdır. Daha doğrusu, bu kəndə qaz xətləri çəkilərkən layihədən bir xeyli kənara çıxılıb. Nəticədə, bir çox sakin ciddi problemlə üzləşib. Əslində, Neftçalanın Aşağı Qaramanlı kəndinin «qaz bombası»nın üzərində olduğunu demək daha dəqiq olardı. Çünki kəndə çəkilən qaz xətlərinin böyük bir qismi yerin altı ilə aparılıb. Təhlükəsizlik tədbirlərinə dair Əsasnamədə isə vurğulanır ki, təbii qaz xətlərinin yerin altı ilə çəkilməsi qadağandır. Çünki baş verə biləcək istənilən sızıntının sonradan partlayışa səbəb olma ehtimalının böyüklüyüdür. Amma Qaramanlıda bunu qətiyyən nəzərə almayıblar.

Qeyd edək ki, Neftçala rayonunda təkcə Aşağı Qaramanlı deyil, həmçinin Kür-Qarabucaq, Birinci Qaralı, Qədimkənd kimi kəndlərdə də vəziyyət fərqli deyil. Bu kəndlərin bəzilərində qaz xətləri yerin altı ilə, bəziləri qapıların üzəriylə aparılıb. Bəzi kənd sakinlərinin evlərinə isə ümumiyyətlə qaz xətti çəkilməyib. Və səbəb kimi də gülünc arqument göstərilib…

Nəzərinizə çatdıraq ki, Aşağı Qaramanlı kəndində Əbülfəzl Abbas məscidi var. İnanclı insanların üz tutduğu bu məscidə qaz xəttinin çəkilməməsinin səbəbini bilən yoxdur. Ona görə ki, əsas qaz xəttindən 30-35 metr aralıda yerləşən bu ibadət yerinin «mavi yanacaq»la təmin olunmaması hamıda təcccüb yaradıb.

Elə kənd sakini Fuad Nağıyevin də başına analoji iş gətirilib. Daha doğrusu, onun evinə qaz xətti çəkilərkən darvaza üçün yer saxlanılmayıb. Ev sahibinin qürbətdə olması səbəbindən özü çəkiliş zamanı hadisə yerində olmayıb. Amma atasının etirazlarına baxmayaraq, «Azərqaz»ın işçiləri bildiriblər ki, onlar layihə üzrə hərəkət edirlər. «Bu həyətin darvazası yoxdur, ona görə də qapı üçün yer qoya bilmərik».

Maraqlıdır ki, Allah iraq etsin, sabah yanğın və ya başqa bir bədbəxt hadisə baş verərsə, o zaman yanğınsöndürən maşın və ya ambulans bu həyətə necə girəcək? Bu suala cavab verə biləcək kimsə yoxdur. Çünki sualın cavabı yoxdur.

Aşağı Qaramanlı kənd sakini Əbülfət Qurbanovun durumu isə daha ağırdır. Üstəlik, acılı atana Neftçala İcra Hakimiyyətində yetərli qədər ələ salıblar. JAM.AZ-ın əməkdaşı ilə söhbəti zamanı Qurbanov bildirib ki, 46 yaşı var və 15 il kirayələrdə yaşayıb. Ayrı-ayrı adamların qapısında işləyərək, ailəsini dolandırmağa çalışır. Nəhayət, özünə kiçik bir daxma tikərək, ailə-uşaqla oraya yığışıb. «Hər yerə qaz çəkildi, bircə mənim evimdən başqa. Səbəbini öyrənmək üçün döymədiyim qapı qalmayıb. Mənə nə cavab verirlər, nə də qəbul edirlər. Məsələdən Neftçalanın icra başçısının, kəndimizin icra nümayəndəsinin, bələdiyyənin xəbəri var. Amma tədbir görmürlər».

Həmsöhbətimiz bildirir ki, üzləşdiyi problemlə əlaqədar rəsmi qurumlara müraciət etmək istəsə də, qarşısını alırlar. «Qonşularım evimin şəkilini çəkərək, Facebookda paylaşmışdılar. Həmin insana olmazın təzyiq göstərdilər. Yazdığım məktubu kompyüterdən çapa verməyə imkan vermirlər. Prezidentə göndərdiyim məktubu isə poçtda cırıb, tullayıblar».

Əbülfət Qurbanov, həm də 12 yaşlı uşağını itirib. Övladının xəstə olması və maddi imkanının müalicəyə çatmaması uşağının tələf olmasına gətirib çıxarıb. Amma Neftçalanın icra başçısı bu ürəyi dağlı atanı ələ salmaqdan çəkinməyib. «Öz kiçik imkanlarım hesabıma özümə daxma tikmişəm. Neftçalanın icra başçısının qəbulunda olarkən mənə bildirdi ki, «Get evinin üstünü qaldır, amma elə et ki, təyyarə dəyməsin. Sonra qaz xətti çəkilər». Beləcə məni ələ saldı, kor-peşman geri döndüm. Düzdür, İsmayıl Vəliyevin İstanbulda yaşayan qaynı Rövşənin adına 2 milyon dollarlıq fabrikim yoxdur ki, ipək alveri edib, biznes quram, saraylar tikdirəm».

Sonda onu da bildirək ki, Əbülfət Qurbanov özü də xəstədir. Lakin maddi imkanının olmaması müalicə almasını əngəlləyir. Rəsmi qurumların isə insanların hansı durumda olması veclərinə də deyil.

Müvafiq qurumlardan mövcud vəziyyətlə bağlı münasibət öyrənmək cəhdlərimiz alınmadı. Qarşı tərəfi dinləməyə hazırıq.

«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»
«Get evinin üstünü qaldır, elə et ki, təyyarə dəyməsin»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru