Ziya Məmmədovdan "qurtuluş yolu"... - Naziri belə çıxdaş edəcəklər...
Tarix: 3-11-2015, 10:13 | Çap et
Xatırlayırsınızsa son günlərə qədər ölkə gündəminin bir nömrəli mövzusu nəqliyyat naziri Ziya Məmmədovun “vurulma prosesinin” məntiqi sonluğuna yaxınlaşması idi. Müşahidələr də belə düşünməyə əsas verirdi ki, artıq bu istiqamətdə ciddi addımlar atılıb və prosesin dönməz xarakter aldığı qətiləşib. Belə ki, səlahiyyətləri bir-birinin ardınca əlindən alınan Ziya Məmmədov faktiki olaraq “portfelsiz nazir” statusuna gətirilib ki, bu da prosesin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırmaq üçün ipucları verməkdədir. Amma Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən məlum olaylar bir vaxtlar ölkə gündəminin əsas mövzusu olan Ziya Məmmədov məsələsini sanki ikinci plana itələyib.
Məlum olduğu kimi, milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən tutduğu vəzifədən uzaqlaşdırıldı, MTN-də iri rütbəli əməkdaşların həbsiylə müşaiyyət olunan proses isə bütün digər mövzuları kölgədə qoydu. Bununla belə, etiraf olunmalıdır ki, nəqliyyat naziri Ziya Məmmədovun aqibətilə bağlı məsələ hələ də ictimai maraq kəsb edir. Elə bu ictimai marağı nəzərə alaraq “Unikal” qəzeti mövzuya yenidən qayıtmaq və Ziya Məmmədovla bağlı hansı ssenarinin işə salına biləcəyi ilə bağlı ehtimalları nəzərdən keçirmək qərarına gəlib. Məlumat üçün bildirək ki, Ziya Məmmədov 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub. Artıq 13 ildir ki, bu postda əyləşən Ziya Məmmədov həm təmsil etdiyi sahədə baş verən nöqsanlar, həmçinin də ailə üzvləri və qohumlarının bir sıra neqativ hərəkətləri ilə hər zaman medianın gündəmində olub. İstisnasız olaraq deyə bilərik ki, haqqında mediada ən çox tənqidi məqalə yazılan məmurlardan birincisi elə Ziya Məmmədovdur. Bir çoxları hesab edir ki, əslində onun bu post ilə vidalaşacağı heç də qəribə görünməməlidir. Çünki buna əsas verən bir sıra səbəblər vardır. Nəqliyyat naziri Ziya Məmmədov əsasən ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına cavabdeh olan şəxsdir. Düzdür, bu müddət ərzində yollar əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, amma nöqsanlar yenə də qalmaqda davam edir. Bu sahədə əsas narazılıq ondan ibarət idi ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir, bu sahədə fantastik yeyinti faktları mövcuddur. Belə ki, çəkilən yollar bir neçə müddətdən sonra yararsız vəziyyətə düşür. Belə olan halda ikinci dəfə dövlət büdcəsi hesabına yenidən yollar çəkilməli olur. Bu da büdcəyə ikiqat ziyan gətirən amildir. İkinci əsas problemlərdən biri də Bakıda avtobus və taksi sistemi ilə bağlıdır. Taksi sürücülərinin Nəqliyyat “qoçu” larından dəfələrlə narazı olduqlarının şahidi olmuşuq. Baş verən mübahisələr, davalara dair çoxsaylı videolar yayımlanıb. Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri bir çox hallarda qayda pozuntusuna yol veriblər. Görünür, elə bu narazılıqların məntiqi yekunu olaraq sürücülərin “qorxunc röyası”na çevrilmiş nəqliyyat müfəttişləri artıq tarixə qovuşdu. Nəqliyyat Departamentinin səlahiyyətləri isə Dövlət Yol Polisinə verilib. Söhbət Nəqliyyat Nazirliyinin əlindən alınmış səlahiyyətlərindən düşmüşkən qeyd edək ki, adıçəkilən qurumun əksər səlahiyyətləri “Asan xidmət” və digər dövlət strukturları arasında bölüşdürülüb. Bütün bunlardan sonra isə gözlənilən o idi ki, proses nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi ilə yekunlaşacaq. Hətta belə bir xəbərlər də yayılmışdı ki, Ziya Məmmədov əmək məzuniyyətindən ya qayıtmayacaq ya da qayıdan kimi onun işdən azad olunmasına şahidlik edəcəyik. Amma fakt ondan ibarətdir ki, Ziya Məmmədov məzuniyyətdən qayıtdı və bu gün də işinin başındadır. Düzdür, demək olar ki, əksər vacib səlahiyyətləri əlindən alınıb, bununla belə o hələ də nazir kreslosunu qorumağı bacarıb. O, hətta bu “uğur”u ilə öyünməkdən belə çəkinmir. Məsələn, məzuniyyətdən qayıtdıqdan sonra bölgələrdəki görüşlərdən birində jurnalistlərə “bəs yazırdınız ki, mən qaçmışam” deyə atmaca atan nazir bununla həm də hakimiyyət düşərgəsindəki rəqiblərinə meydan oxuduğu şübhəsizdir. Bununla bağlı “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, hakimiyyət daxilində Ziya Məmmədovun işdən çıxarılmasına çalışan güclü qruplaşmalar var.Amma mənbəmiz iddia edir ki, Ziya Məmmədov hələ bir müddət postunda qalacaq: “Ziya Məmmədov aralıq dövrü üçün nazir postunu qoruyub saxlayacaq. Amma bunun uzun müddət davam edəcəyini düşünmək də doğru olmaz. Fakt bundan ibarətdir ki, hazırda Nəqliyyat Nazirliyinin əksər səlahiyyətləri əlindən alınıb, bu isə həmin strukturda ciddi islahatların aparılmasını diqtə edir. Çox böyük ehtimalla Nəqliyyat Nazirliyi yaxın zamanlarda ləğv olunsun və onun bazasında tamamilə yeni bir qurum yaradılsın. Ziya Məmmədovun “vurulması” isə məhz həmin ərəfədə reallaşa bilər”. Bu və digər suallara cavab tapmaq məqsədilə “Unikal” qəzetinin əməkdaşı nazir Ziya Məmmədovla telefon əlaqəsi yaratmağa çalışıb. Təəssüf ki, “Unikal” qəzetinə dəfələrlə açıqlamalar vermiş nəqliyyat naziri bu dəfə tamamilə fərqli mövqe sərgiləyib. Telefonu qaldırandan və ona zəng edənin “Unikal” qəzetindən olduğunu bilən kimi Ziya Məmmədov “mən mətbuata heç bir açıqlama verməyəcəm” sözlərini deyərək telefonu qapadıb. Bununla belə biz yaxın günlərdə Ziya Məmmədovla yenidən əlaqə yaratmağa və ondan bəzi suallara cavab almağa çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
• Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02 |
|
|
|
• Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58 |
|
|
|
• Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56 |
|
|
|
• “Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47 |
|
|
|
• “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08 |
|
|
|
• "Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05 |
|
|
|
• “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02 |
|
|
|
• “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58 |
|
|
|
• ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56 |
|
|
|
• Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53 |
|
|
|
• Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37 |
|
|
|
• Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25 |
|
|
|
• Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22 |
|
|
|
• Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15 |
|
|
|
• “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12 |
|
|
|
• Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08 |
|
|
|
• “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03 |
|
|
|
|