Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal
Əsas Səhifə > Cəmiyyət, Manşet > Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal

Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal


28-08-2023, 11:25
Vitse-spikerlə məşhur reabilitasiya mərkəzi arasında qalmaqal
Milli Məclisin vitse-spikeri Adil Əliyevlə ARS Reabilitasiya Mərkəzi arasında qalmaqal yaranıb.

DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda bildirilir. Məlumata görə, Adil Əliyev adıçəkilən tibb müəssisəsinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Buna səbəb isə vitse-spikerin oğlu Məhəmməd Əliyevin ARS Reabilitasiya Mərkəzində prosedur zamanı kürəyinin yandırılmasıdır.

Bu hadisədən sonra əliyevlər ailəsi Nərimanov rayon Prokurorluğuna müraciət edib.

Müraciətdə Leyla adlı həkimin cəzalandırılması və müəssisə barəsində hüquqi ölçü götürülməsi tələb olunub.

Nərimanov rayon Prokurorluğu isə öz növbəsində uşaq üçün ekspertiza təyin edib.

Geri qayıt