Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar
Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar

Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar


15-10-2014, 14:45
Azərbaycandan İŞİD-ə qoşulmaq üçün gedən vəhabilər Türkiyə ərazisində ilişib qalıblar
DİA.AZ: - «Bu gün Türkiyədə onlarla azərbaycanlı vəhabi var ki, Suriya ərazisinə keçməyə hazırlaşır». Bu şok məlumat DİA.AZ-ın elektron ünvanına göndərilib.

Xəbəri anonim olaraq verən mənbə iddia edir ki, ümumiyyətlə, Azərbaycandan İŞİD sıralarına cəlb olunanların böyük əksəriyyəti Türkiyə üzərindən Suriya və İraqa göndərilir.

diaaz.space-a daxil olan məlumat belədir: «Azərbaycandan Suriyaya gedən 40-a yaxın mücahid Türkiyənin Adana şəhərində qərarlaşıb. Onlar İŞİD-ə qoşulmaları üçün müvafiq annı gözləyirlər.

Son günlər Türkiyənin öz sərhədlərini möhkəmlətməsi digər ölkələrdən gələn vəhabilərlə yanaşı, Azərbaycandan gedən vəhabilərin də İŞİD-ə qoşulmasını yubadır».

Daha sonra məlumatında mənbə iddia edir ki, Azərbaycandan gedən vəhabilərə elə Türkiyə ərazisindəcə hərbi təlimlər keçirilir.

Onu da bildirək ki, qardaş Türkiyənin rəsmi dairələrinin İŞİD-dən son zamanlara istifadəyə cəhddə bulunması haqda da müəyyən iddialar səslənməkdədir. Eyni zamanda Türkiyə KİV-lərində yer alan məlumatlarda deyilir ki, bu gün qardaş ölkənin küçələrində İŞİD-çilər olduqca sərbəst dolaşa bilir, hətta Türkiyənin xəstəxanalarında belə müalicə olunurlar.

Geri qayıt