"Beynəlxalq Bank” işində hüququn gözündən yayınanlar: - Sənədlər
Tarix: 4-04-2017, 07:02 | Çap et
Bir neçə gün öncə Beynəlxalq Bank işiylə əlaqədar həbs olunan Dünyamin Xəlilovun vəkili Elvin Səlimovla müsahibə almışdıq. Vəkil Ovqat.com-un suallarını cavablandırarkən, müvəkkilinin heç bir mənimsəmə hadisəsində iştirak etmədiyini, sadəcə, xarici layihələrə investisiya yatırılmasında formal rol oynadığını bildirmişdi. Onun sözlərinə görə, qanunvericilikdə xarici layihələrin birbaşa maliyyələşdirilməsi mexanizmi olmadığından bank rəhbərliyi pul transfertləri üçün müxtəlif formal şirkətlər yaradıb və ayrılan vəsaitlər həmin hüquqi şəxslər vasitəsilə əsl ünvana köçürülüb. Dünyamin Xəlilov isə etibarlı şəxs olduğundan bu iş eks-deputata həvalə olunub. Təqsirləndirilən şəxs transfert olunan həmin vəsaiti ümumiyyətlə görməyib və pullar onun hesabında heç bir saniyə belə qalmayıb. Ovqat.com-a ötürülən sənədlər də vəkilin sözlərini təsdiqləyir. Sənədlərdən biri - “Banque Commerce et de Placements” (BCP) bankının 22 fevral 2017-ci il tarixində təqdim etdiyi hesabat aktıdır. Akt 2007-ci ildən 2011-ci ilə qədər “Oceanstream İnc.” şirkətinin pul transfertlərini əks etdirir. Digər sənəd isə yenə həmin şirkətin 2005-2007-ci illərdəki əməliyyat hesabatıdır. Hesab aktı Luksemburq notariatlığı tərəfindən apostil olunub. Bu isə sənədlərin etibarlılığını təsdiqləyir. Yüzlərlə hesab fakturasından ibarət olan bu sənədlərdə xarici layihələrə yatırılan hər sent kiçik detallarına qədər göstərilib. Maraqlıdır ki, istər Dünyamin Xəlilov, istərsə də Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev müxtəlif layihələrə ayrılan kreditləri mənimsəməkdə ittiham olunurlar. Əlimizdəki apostillər isə, ən azı, bu maddə ilə onların mühakiməsinə haqq qazandırmır. Çünki sənədlər də sübut edir ki, Beynəlxalq Bankın keçmiş rəhbərliyi bəlkə rentabelsiz layihələrə investisiya yatırmış ola bilər, amma pullar həqiqətən də müxtəlif hesablara yatırılıb. Luksemburq notariatlığının apostil etdiyi hesabat aktlarında hardasa 52 milyon dolların taleyinə aydınlıq gətirilir. Cahangir Haciyevin ötən il keçirilən məhkəməsindən mətbuata yansıyan bəzi faktlar isə bu sənədlərin diqqətə alınmadığını göstərir. Görünür, onun Cinayət Məcəlləsinin 179.3.1 maddəsinə (mənimsəmə və israfetmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) əsasən həbs olunmasının əsas sirri də elə bu amillə bağlıdır. Məhkəmə prosesi zamanı xarici bankların verdiyi apostillərin nəzərə alınmamasını ittiham irəli sürən prokurorun fikirləri də təsdiqləyir. Musavat.com-un 27.09.2016-ci il tarixində dərc etdiyi “Cahangir Hacıyevin evindən 110 minlik saat, qızıl sikkələr çıxıb- Prokurorun məhkəmədə çıxışı” sərlövhəli məqaləsində bildirilir ki, kreditlərin layihələrə ayrılması barədə müttəhimin dediklərini prokuror Fərid Nağıyev inandırıcı hesab etməyib. Fikrini isə belə əsaslandırıb: "Cahangir Hacıyev iddia edir ki, ayrılmış kreditlər xaricdə layihələrin həyata keçirilməsinə yönəldilib. Əvvəla, həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı. Digər tərəfdən isə əgər layihələrə yönəldilirdisə, niyə qaydalara uyğun olaraq layihə banka təqdim edilməyib, müzakirə aparılmayıb, həmin layihənin gəlir gətirib-gətirməyəcəyi proqnozlaşdırılmayıb? Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?” Prokuror Fərid Nağıyevin bu fikirləriylə əldə etdiyimiz sənədləri müqayisə edəndə təzaq ortaya çıxır. Belə təsəvvür yaranır ki, ya Cahangir Haciyev bizim əldə etdiyimiz apostilləri prokurora verməyi lüzum görməyib, ya da prokuror bu sənədlərə dəlil kimi baxmayıb. Yəqin razılaşarsınız ki, birinci versiya o qədər də inandırıcı görünmür. Sabiq bankiri gözləyən 17-15 illik həbs cəzası 15 sutkalıq azadlıqdan məhrumetmə deyildi ki, o, “nə cəza kəsirlərsə, kəssinlər” deyib buna əhəmiyyət verməsin. Deməli, ikinci versiya daha ağlabatandır. Bəs, o zaman hüquq mühafizə orqanlarımız apostilləri sənəd kimi qəbul etməyə bilərlərmi? Bu suala qaneedici cavab vermək üçün, gəlin, apostilin nə demək olduğunu araşdıraq: Apostil - 5 oktyabr 1961-ci il tarixində tərəfdaş ölkələr tərəfindən imzalanan Haaqa Konvensiyasına görə, bir ölkədə imzalanan rəsmi sənədin digər ölkədə tanınmasına imkan verən notariat aktıdır. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən bu Konvensiyaya üzv olan ölkələr apostilləri hüquqi akt kimi qəbul etməyə borcludurlar.Azərbaycan da 5 mart 2004-cü ildə bu konvensiyaya qoşulub. Deməli, apostilləri hüquqi sənəd kimi qəbul etmək öhdəliyini boynuna götürüb. O halda prokuror Fərid Nağıyevin “...həmin vəsaitlərin layihələrə yönəldiyini sübut edən heç bir fakt ortaya qoyulmadı” deyərkən, nəyi nəzərdə tutduğu anlaşılmır. Prokurorun sualının digər hissəsinə isə (“Əgər hər şey səmimi və qaydalara uyğun idisə, niyə bankın daxili qaydalarına uyğun ayrılmırdı?”) vəkil Elvin Səlimovun bizimlə müsahibəsində qeyd etdiyi bu cümlələr kifayət qədər aydınlıq gətirir: “Beynəlxalq Bankın nəzarətində müəyyən layihələri olub və həmin layihələr faktiki xaricdə həyata keçirildiyindən, Azərbaycanın rezidentində olan Beynəlxalq Bank onları birbaşa maliyyələşdirə bilməzdi. Maliyyələşdirmənin yolu ölkə daxilində hüquqi şəxslərin yaradılması və pulun həmin hüquqi şəxslər vasitəsilə Bankın həyata keçirdikləri lahiyələrə transfertindən keçirdi. Həmin layihələr hal-hazırda da mövcuddur”. İttihamçının “Beynəlxalq Bank niyə layihələrin rentabelliliyini yoxlamadan kapital ayırırdı” sualına isə Cahangir Hacıyevin hələ 2015-ci ilin sonlarında “Report” xəbər agentliyində dərc olunan müraciətində cavab tapmaq mümkündür. Həmin müraciətində qeyd olunur ki, 2008-ci ildə dünyada gedən qlobal böhran ABB-dən də yan keçməyib: “ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı. Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi”. Cahangir Hacıyevin bildirdiyinə görə, bu müddətə qədər investisiya yatırılan həmin şirkətlər rentabelli işləyib. Nəticədə 2008-ci ildə dünyanı bürüyən qlobal maliyyə böhranına rəğmən, Beynəlxalq Bank hər ili gəlirlə başa vurub. Hətta 2014-cü ildə bankın təkcə Moskva filialının mənfəəti 20 milyon dollar olub. Cahangir Hacıyevin sözlərinə inansaq, hər şey Beynəlxalq Bankdakı kadr dəyişikliyindən sonra baş verib: “2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərilir və sonra nə baş verir? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verilir. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verilir, iş tələsik məhkəməyə göndərilir, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü ilə başa çatır”. Redaksiyamıza təqdim olunan apositlərdə diqqəti çəkən digər məqam həmin sənədlərin 2011-ci ilə qədərki dövrü əhatə etməsidir. Cahangir Hacıyevin bir hissəsini təqdim etdiyimiz yuxarıdakı müraciətindən isə belə anlaşılır ki, Beynəlxalq Bank 2010-cu ildən etibarən 3 il ərzində ciddi yoxlanışa məruz qalıb. Bu yoxlanmalar hətta o qədər sərt olub ki, bankın iş rejimini belə pozub. Elədirsə, 2011-ci ilə qədər pul transfertlərinə niyə mane olunmayıb? Ümumiyyətlə, istənilən bankdan böyük həcmli pul transfertləri üçün bankın Müşahidə Şurasının təsdiqi lazımdır. Axı Beynəlxalq Bank da Müşahidə Şurasının razılığı olmadan bu əməliyyatları yerinə yetirə bilməzdi. Bəs, sözügedən cinayət işində Müşahidə Şurasının məsuliyyəti niyə müəyyənləşdirilməyib? Qeyd edək ki, bu sual Cahangir Hacıyevin vəkillərini də xeyli düşündürür. Vəkil Aqil Layıcov 11 Dekabr 2015-ci il tarixində “Azadlıq” radiostansiyasına verdiyi müsahibəsində sözügedən məsələni gündəmə gətirərək bildirirdi: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”. \\moderator.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
|