Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                 

Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar - ŞİKAYƏT
Tarix: 15-08-2017, 08:12 | Çap et
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Son dövrlər qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir çox mühüm işlər görülsə də, hələ də qeyri-yaşayış sahələrində – uşaq baxçaları, zavod və fabriklərin yataqxanalarında, hətta təhlükəli metallar istehsal edən sexlərdə məskunlaşan məcburi köçkünlərimiz var. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qaçqın və məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi prosesi hələ də davam edir. Lakin bəzi hallarda bu mənzillərə əsl haqqı olanlar, ağır şəraitdə yaşayanlar deyil, müxtəlif vasitələrlə sahib olanlar da var.
Dözülməz mənzərə
Sumqayıtın Tuk zavodunun sexlərində məskunlaşan məcburi köçkünlər buradan köçürüləcəkləri günü səbirsizliklə gözləyirlər. Onlar ümid edirlər ki, köçürülmə birbaşa işğal altında olan torpaqlarda tikiləcək mənzillərə olacaq.
Bu insanlar illərdir ki, ağır metal istehsal edən zavodun sexlərində yaşayırlar. Yayda toz-torpaq, sexlerdən ucalan tüstü-duman, qışda isə bütün bunlarla yanaşı, palçıqlı həyət, cındırından cin hürkən sexlər, ayağının altında dağılmağa hazır olan pilləkənlər, nəmişlikdən üfunət qoxuyan, kanalizasiya sularının dolduğu dəhlizlər və otaqlar… Bax, onlar burada yaşamağa məcburdurlar.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Cəbrayıl rayonunun Çullu kəndindən məcburi köçkün Nübar Həsənalıyeva deyir ki, 1993-cü ildən Sumqayıtın Tuk zavodunun həyətində məskunlaşıblar. Elnən gələn qara günü toy-bayram sayan N.Həsənalıyeva deyir ki, qaçqınlıq dövründə özlərinə imkan daxilində şərait də düzəldiblər: “Zavodun fəaliyyəti dayandırıldığından ilk vaxtlar hazırkı problemlərimiz yox idi. Sonralar bu zavodu Hafiz müəllim aldı şəxs aldı və bununla da qara günlərimiz başladı. Hafiz müəllim burada yeni tikintilər apardı, sexlər açdı. Mis sexləri işə salındıqdan sonra isə nəfəs ala bilmirik. Elə o ümidlə yaşayırdıq ki, müvəqqəti çətinlikdir, tezliklə öz torpaqlarımıza qayıdacağıq. Buraya heç vaxt əbədi, daimi yer kimi baxmadıq.
Ölüm səbəbi onkoloji problem yazılır
Zavodun ərazisində yaşayırıq. Uşaqlarımız burada xəstə doğulur. Əksəriyyət də onkoloji xəstədir. Yəni, bu sexlərdə məskunlaşanlardan dünyasını dəyişənlərin ölüm haqqında şəhadətnamələrində ölüm səbəbi kimi onkoloji problem yazılır. Hazırda burada yaşayan 17 ailənin hər birinin ailəsində onkoloji xəstəlikdən əziyyət çəkənlər var. Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun qəbuluna düşmək üçün müraciət etmişik. Lakin heç birində bizi Ə.Həsənov qəbul edib, dinləməyib. Başa düşmürük, bunlar rəsmi qəbul günlərini elan edib, kimin gözünə kül üfürürlər? Hər yerdən əli üzülən bizim kimi çarəsizləri, ya prezidenti? Üzümü prezidentimizə tutub deyirəm. Cənab prezident, yüksək post tutan məmurların bir qismi vətəndaşları qəbul etmir. Onlar bu işi nazirliyin və ya komitənin əməkdaşlarına həvalə edirlər. Dinləyənlərin eşitdikləri də elə həmin otaqda qalır, kənara çıxmır. Nə şikayətə baxılır, nə də problemə əncam çəkilir. Vətəndaşın problemi havadan asılı qalıb. Nazirlər Kabinetinə, Prezident Administrasiyasına da getmişik. Eyni mənzərədir. Getdik deyək ki, kanalizasiya suyunun içində yaşayırıq. Bizi buradan köçürün. Yaşadığımız ərazini su basır. Özü də kimyəvi axıntıların qarışdığı çirkab sularıyla. Hər ay işığa 100 manat ödəyirik. Hamısını da suyu nasosla çəkmək üçün istifadə etdiyimizə görə. Rayonumuzun icra başçısı Kamal Həsənov bizi qapıdan içəri buraxmır. “Qaçqınkom”un rayon üzrə nümayəndəsi Sevindik Hüseynovun yanına gedirik. Gəlirlər, baxırlar, gedirlər. Sanki muzeyə baxmağa gəlirlər. Canımız boğazımıza yığılanda, hamımız yığışıb getdik Sevindik müəllmin yanına. And olsun Allaha. Necə nərə çəkdisə, qışqırdı ki, siz məni öldürəcəksiniz. Qoymursunuz işləməyə. Gütmişdik deyək ki, telekanallarda rəsmi məlumat yayılıb ki, idarə və müəssisələrdə yaşayan qaçqın və məcburi köçkünlər prezidentin sərəncamıyla köçürülür. Bəs bizim adımız niyə çəkilmədi?.. Yaxşı, bəs kimdən öyrənək? Biz adam öldürənik? Dərhal içəridən çıxıb qaçdı. Bala, bizi nə qeydiyyata alırlar, nə növbəyə götürürlər.
Oradan çıxıb getdik Bakıya, FHN-ə. Dəfələrlə prezidentə, baş prokurora, baş nazirə, səhiyyə nazirinə, Əli Həsənova, Zakir Fərəcova məktub yazmışam. Bir ay getdik-gəldik. Prokurorluqdan dedilər ki, gedin Zakir Fərəcovun qəbuluna. Getdik. Heç bizə üzünü göstərən olmadı…
Hamısı deyir dayan, gözlə…
Torpaqlarımı, Vətənimi, əzizlərimi, işimi-gücümü , varımı-varidatımı itirmişəm. Hamısını bir tərəfə qoyuram. Torpağımı itirmişəm. Atam öləndə bir ovuc torpaq, Ağrıdağdan qar istədi məndən. Torpağımız ermənidə, özümüz də kimya zavodunun çirkab sularında qırılırıq. Arif müəllim (Arif Fərzəliyv Cəbrayıl rayon icra başçısının müavini-red.) çağırıb ki, ay Nübar, 100 AZN yazmışam sənə. Deyirəm ki, pul istəmirəm, bizi nəcisin içindən çıxart. Kənd sovetinin sədri Xaləddin deyir ki, bizlik deyil. Hamısı deyir dayan, gözlə. Nə qədər dayanım? Nə qədər ərizə yazarlar? Suyun içində batırdıq. Gecə zəng etdim yanğınsöndürənlərə ki, bala, bizi suyun içindən çıxardın. Gəlib bunu çəkin. Gəlmədilər, adam adamın gözünü yolda qoyar? Hara yazırıqsa, yenə gəlir yerli idarələrin üzərinə. Hər ay nasosun işləməsi üçün 100 AZN işıq pulu ödəyirəm. 65 yaşım var. Rahatlıq istəyirəm. Zavodun həyətində gölməçə yaradıblar. O da yaşadığımız yerin zirzəmisi olmadığına görə, gəlir dolur yaşadığımız yerə. Müraciət etdiklərimizdən yalnız Səhiyyə Nazirliyindən cavab gəldi. Teleqramlar vururam. Heç kimdən cavab gəlmir. Sanki, varlığımızı unudublar. Ayaqlarım şişib. 17 ailə yaşayır burada. Ümumilikdə 65 nəfərik. Sexlərin tüstüüundən ağ yuyub sərdiyimiz paltarları, ipdən qara yığırıq. Görünür, acından-susuzluqdan yox, xəstəlikdən öləcəyik. Arif müəllim yaxınlıqdakı binadan 15 ailəni çıxartdı. 5-6 il bundan əvvəl Əli müəllim qudasının yerini rahatladı. Bəs biz adam deyilik? Mən Azərbaycan vətəndaşıyam. Qarabağ qaçqınıyam. YAP-ın üzvüyəm. Arif müəllim vəzifədən gedincə YAP-dan imtina etmişəm. Etdiyi hərəkətlərə görə, partiyanı da gözdən salır. Arif müəllim evi olandan 20 000 AZN alıb ev verib. Mənim isə qaçmağa yerim, yatmağa evim yoxdur. Qohumunu Saatlıdan gətirib Müşfiqabadda yerləşdirdi. Məndən isə haqqım olan mənzilə görə, 2000 AZN istədi. Olmadı deyə, verə bilmədim. Ona görə də evsiz qadım. Köçürmədi bizi. Getdim Əli Həsənovun qəbuluna. Amma onun qaçqınları qəbul etdiyini heç kim görməyib indiyədək, əməkdaşları qəbul edir. Biz deyirik, onlar eşidir, eşitdikləri də elə otaqdan çıxanda unudulur. Arif müəllim mənə niyə ev vermədi? Pulum yoxdur ona görə? Məni dövlət saxlayır. Konstitutsiyaya görə, vətəndaşın problemi həll edilməlidir. Xəstəyəm, işləmək qabliyyətim yoxdur. Mən pulu hardan alım verim ona? Öz qohumlarını köçürtdü. Yalandan da utanmadan deyir ki, guya mənə ev verib, istəməmişəm.
Əli müəllimdə bu qədər pul hardandır?..
Bu qədər məktub yazıram, prezidentə çatmır? Məmurlar nə maaş alır, hamısının altında milyonluq maşınları,villaları, var-dövləti hardan alırlar axı bunları? Deməli, bizə ayrılanı yeyirlər. Başqa ölkələrdə məmur sahibkar ola bilməz. Biz də isə sahibkarlar ancaq nazirlər, sədrlər komitə sədrləridir. Çörək pulu ilə 2000 AZN-ni necə yığım?.. Əli Həsənov nəvəsinə ötüşmək üçün “Gallenvagen” ala bilir, maşın kolleksiyası toplayır, amma qaçqının problemini həll edə bilmir? Hamını qıran-çatan nəvəsinə pul tapır, amma məni köçürməyə pul tapmadı? O maşınlara verdiyi pula 100-lə qaçqına normal mənzil şəraiti yaratmaq olar. Əli müəllimdə bu qədər pul hardandır?.. Deyəndə də deyirlər ki, qan-qan deyirsən. Bəs neyləyim? Problemim olmasa, danışmaram axı…”
Şikayətimizə baxan yoxdur
Sexdə yaşayan köçkünlərdən Sahibə Dəmirova Qubadlı rayonundandır. O da 1993-cü ildən bu zavodun sexlərində yaşayır. Deyir ki, zavod işə düşəndən mis, alminium və düral istehsal edir. İstehsal prosesi üçün isə su gölməçəsindən istifadə edirlər: “Gölməçənin isə axın yeri olmadığından su dolur binanın altına. Binanın fundamenti olmadığından isə həmin sualar yaşadığımız otaqlarda dizdən yuxarı qalxır. Bu bina bataqlığın üzərində tikilib. Sexlərin zəhərli tüstüsündən hamımız xəstəlik tapmışıq. Biz demirik ki, zavod işləməsin, sex fəaliyyətini dayandırsın. Prezidentimiz sərəncam verib, pul verib ki, qaçqının yaşayış şəraiti yaxşılaşdırılsın. Bu sexlərin qonşuluğunda yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Şkayətimizə də baxan yoxdur. Əgər o yanan yerin torpağından götürüb analiz etsələr, o zaman bizim niyə bu qədər xəstəliyə məruz qaldığımızın səbəbini bilərlər. Burada yaşayanlar, əsasən tənəffüs yollarının xərçəngindən dünyasını dəyişir. Mən də xəstəyəm. Amma burada yaşadığımızdan etdiyimiz müalicənin də təsiri olmur. Hamısı da bu sexlərin fəliyyətinin nəticəsidir. Hələ yenilərini də tikirlər. Vəziyyətimiz çox pisdir. Sanki Çernobılda yaşayırıq. “Qaçqınkom”da da Əli Həsənov heç kimi qəbul etmir. Ailəmizdən 2 nəfər xərçəngdən dünyasını dəyişdi. İndi yaydır, payıza-qışa dönəndə burada yaşamaq çətinləşir. Övladlarımıza yazığımız gəlir. Uşaqlar hər dəfə evi su basanda stress yaşayır, hər dəfə otaqlara su dolanda dəhşət yaşayırıq. Buna baxmayaraq, kanalizasiya suyunun içində dərs oxuyan 2 uşaq bu il yüksək balla tələbə adını qazanıb. Sevindik müəllim isə bizi mənzil növbəsinə də almır. Yanına gedəndə necə qışqırırsa, elə bil buna deyirik ki, evindən çıx, bizə ver. FHN-ə getdik. Orada Arif müəllim adlı bir şəxs vardı, gəldi baxdı, çəkdi apardı. May ayında isə ona zəng edəndə dedi ki, mənə daha zəng etməyin, məni işdən çıxarıblar”.
Digər məcburi köçkün Almaz Quliyeva də deyir ki, bütün ailəsi xəstəlikdən əziyyət çəkir. Müalicə etdirməyə isə imkanları yoxdur.
Fizuli rayonundan olan Şəfəq İmanquliyeva isə bildirir ki, onun əkiz uşaqları burada xəstə doğulub: “Bax, indi oğlum xəstədir, 40 qızdırmayla yatır. 1 ildir ki, həyatımız cəhənnəmə dönüb, hər otağa nasos qoymuşuq. Suyu çəkəndən sonra isə nəmişliyin verdiyi xəstəliklər bizi qırıb. Burada ən yüngül xəstəlik revmatizmadır. Bronxlarımız sıradan çıxıb. Bütün bunlarla bağlı icra başçısına yazdıq. Nümayəndəsi gəlib baxıb. Deməsinə görə, lazımı yerlərə sözümüzü çatdırır. Dedilər sizi köçürəcəklər. Gözümüz yollarda qalıb. Nə gələn var, nə gedən…. Biz burada can çəkişirik, bir tikə çörəyə görə səsimizi də çıxarmırıq, deyirik pis günün ömrü az olar, amma daha kanalizasiya suyunun içində yaşaya bilmirik!”

Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar
Məcburi köçkünlər Tuk zavodunun sexlərində kanalizasiya suyunun içində yaşayırlar










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru